Bir neçə il öncə Afrikaya getmişdim. Avropa Birliyi formatında bir nümayəndə heyəti idik. Finlandıya, Rumıniya, Hollandiya, Kataloniya təmsilçiləri ilə birlikdə Kamerunda maliyariya xəstəliyinə ayrılmış vəsaitlərin necə xərcləndiyini yoxlamaq, oradakı sağlıq problemləri ilə tanış olmaq məqsədilə belə bir ekzotik səfər gerçəkləşdirmişdik. Maraqlı ölkədir, şəhərlərindən başlamış cəngəlliklərinə qədər xeyli yerləri gəzmə fürsəti qazandım. Fransız şirkətinin iyirmi il öncə inşa etdiyi yola heyran qaldım, avtobusda stəkanda dopdolu qoyduğun su silkələnib tökülmürdü. Ucqar bir əyalətdə gördüyüm universiteti müqayisə etməyə Azərbaycanda universitet tapa bilmədim. Sadəcə təbiətlə mübarizəyə böyük vəsait xərcləyirlər, çünki bir yaramaz ağcaqanad adama iynəsini batırdısa, filan qədər pulun-paran dərmana getməlidir. Uşaq ölümünün sayı da bu səbəbdən xeyli çoxdur. Getməzdən öncə müxtəlif təbəqələrdən olan azərbaycanlı dostlarımla, millət vəkili həmkarlarımla səfər barədə danışarkən, ənənəvi sözləri söyləməli olurdum: “Birdən ürəyinizdən keçən nəsə olar, alıb gətirim.” Qəribədir ki, sanki hamı bir-biri ilə sözləşmiş şəkildə zarafata salıb eyni ifadəni işlədirdi: “Deyirlər orada adamyeyənlər olur, imkan olsa adamyeyən gətirərsən.” Təbii ki, mənim zərif yumoru necə anlayışla qəbul etmə xarakterimə bələd olduqlarından bu zarafat dolu ismarışı rahatlıqla verə bilirdilər. Mənimsə diqqətimdə qalan bir məqam idi: bu qədər fərqli insanın Afrika haqqında təsəvvürlərində ortaq aşağılayıcı bir düşüncə necə olub ki, dəyişməyib?”
Dönüşdən sonra bu yumora öz cavabımı hazırlamalı olmuşdum. Bilirdim ki, ilk sorğu-sual bu zəmində olacaq ki, “bəs, hanı adamyeyən, söz vermişdin, gətirməmisən.” Elə də oldu. Hamıya hazır cavabımı qoydum ortaya və düşünürəm ki, hamını adamyeyənin gətirilməyindən çox mənim cavabım məmnun etdi. Soruşan hər kəsə söylədim ki, orada xeyli adamyeyənə rast gəldim, xahiş etdim ki, gəlin sizləri bizim ölkəyə aparım. Əvvəl tanımadılar, əlacsız qalıb xəritədə harada yerləşdiyimizi izah etdim. Tanış olan kimi dərhal imtina etdilər. Səbəbini soruşanda, bildirdilər ki, sizin məmləkət barədə məlumatımız var, biz burada adamyeyənik, ancaq orada elələri var ki, bizi yeyərlər.
Biz durduğumuz nöqtədən dünyaya baxdığımız kimi, dünyanın da bizə baxdığı nöqtələr var. Yüksək səviyyədə təmir olunmuş, üzlük daş çəkilmiş evlərin yanından keçirəm və bu cür təmirdən sonra sökülüb yerlə-yeksan olduğunu görürəm. Və düşünürəm ki, ən yüksək yolsuzluğun olduğu ölkələrdə belə, pul belə yeyilməz. Bu elə mənim afrikalıların adından söylədiyim adamyeyənlikdir, qardaşım. Bu məmləkətin yüzlərlə insanının evə, işə, çörəyə möhtac olduğu bir şəraitdə, öncədən bilə-bilə ki, söküləcək, milyonları töküb yüksək səviyyədə binanı təmir edirsən, təmir tamamlanandan sonra sökmək barədə qərar qəbul edirsən. Mənasız hasarların hörgüsünə, üzləməsinə yollar boyu, dəniz boyu çəkilən izafi büdcə xərclərini dəfələrlə gündəmə gətirsək də, zərrə qədər də düşüncə dəyişikliyini görmədik. İndi də Milli Bankın binası doğru yerdə tikilmədiyinə görə, söküləcək, deyə bir informasiya yayılıb. Ötən ay yeni təmirdən çıxmış bir neçə məktəbin idman zalına baş çəkdim. Akustikası normal olan, avadanlıqları yerində olan, hətta yuyunmağa duşu, hovuzu olan birisinə rast gəlmədim. İndi izah edin görək, bu zavallı məktəbli övladımız necə idman dərsində, əlavə vaxtda fiziki yorğunluğunu çıxarsın? Ona görə də hər tənəffüsdə dərsdən çıxan oğlanlar özünü köşkə yetirib bir dənə siqareti qəpik-quruşa alıb canlarına zəhəri yeridirlər.
Bizim özümüzü aldatmaq üçün tez-tez leksikonumuzdan çıxarıb səpələdiyimiz yalançı ifadələr var: Qarabağ savaşında yaxşı hazırlaşmadığımıza görə məğlub olduq, Vəzirov qoymadı Qarabağa yerləşək, Mütəllibov qoymadı silah alaq və s. Biz Bakı boyda şəhəri vaxtında normal planlaşdıra bilmədiyimizdəndir ki, bu boyda şəhərin başı ilə ayağının harada olduğunu müəyyənləşdirməkdə aciz qalmışıq. Ölkə əhalisinin 40 faizini bir şəhərə yığan ağlımızı yüngül balla özünü hiss etdirən zəlzələ mebel əşyası kimi tərpədə bilirsə, buna da hələ şükr etməyə əsasımız var. Bu ağılla istər dünən olsun, istər bu gün Qarabağ boyda savaşına necə hazır ola bilərdik və yaxud bilərik.
Elə bu adamyeyən məsələsini düşünürdüm ki, bir idman bazasının qapısının ağzında 15-16 qaradərili arıq, çəlimsiz qızların hansısa Afrika tayfa dillərinin birində danışdıqlarını sezdim. Öyrəndim ki, bizi beynəlxalq yarışlarda təmsil etmək üçün uzaq Afrikadan pul ödəyərək gətiriblər. Biz neçə illərdir vərdiş etmişik ki, Dağıstandan, Ukraynadan, Rusiyanın başqa yerlərindən adamları pulla gətirib azərbaycanlılaşdırıb ölkəmizi mötəbər yarışlarda təmsil etməyə göndərirlər. Kollektiv oyunlarda, xüsusilə də klub futbol komandalarında 4-5 səviyyəli xarici idmançının olmasının faydasını inkar etmirəm və hətta zəruri hesab edirəm. Ancaq burada da hədəf azərbaycanlı idmançının yetişdirilməsi, təcrübə qazanması olmalıdır. Həm də bu xarici idmançıların milliləşdirilərək milli komandanın tərkibinə qatmanın ciddi bir yanlış olduğunu düşünürəm. Fərdi idman növlərində, xüsusən də güləşdə, cüdoda, boksda, yüngül atletikada bu asan və mənasız yola baş vurmanın bir faydasını görə bilmirəm. Bu qədər vəsait nədən bir neçə il sonra arenaya çıxma şansı olan azərbaycanlı balasının yetişdirilməsi üçün xərclənməsin? Bu gün bir Azərbaycan övladının, yaxud da hansı millətdən olursa olsun, həqiqi bir Azərbaycan vətəndaşının qazandığı bir medal, sabah bir neçə yarışdan sonra öz məmləkətində dönəcək, yaxud da ömür boyu Azərbaycana qəlbən bağlanmayacaq idmançıların qazandığı beş-on medaldan daha qiymətli deyilmi?
Və anladım ki, azərbaycanlını yeyib əvəzinə yabançıları ölkəni təmsil etməyə gətirən pulyeyənlər, əslində elə o afrikalıların qorxduqları adamyeyənlərin idman arenasında yaşayan növləridir.
Həftənin sonunda Cənubi Afrika Respublikasına səfərim var. Əvvəlki səfərimdən fərqli olaraq bu dəfə kimsə adamyeyən gətirmək barədə üstüörtülü ehyam da vurmayıb. Anladığım budur ki, adamlarımız adamyeyəni artıq Afrikada axtarmırlar…
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM