Qərəz və yalan məbədi: “The Guardian”

13:21 / 15.06.2015

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqda qərar qəbul ediləndən bu günə kimi bəzi Qərb dairələrində ölkəmizə qarşı “qara piar” kampaniyası səngimir. Oyunları keçiriləcəyi müddətdə dünyanın diqqətinin Azərbaycanda olduğunu, Avropanın ürəyinin Bakıda döyündüyünü görən bəzi təşkilatlar və KİV-lər hər vasitə ilə ölkəmizi qaralamağa çalışırlar.

 

Şər-böhtan, qarayaxma məqsədi daşıyan bu “təbliğat” kampaniyasının fəal iştirakçılarından biri də Böyük Britaniyanın məşhur “The Guardian” qəzetidir. Bu qəzetin əməkdaşı - idman jurnalisti olmasına rəğmən, idman oyunlarını daim siyasət alətinə çevirən, öz yazılarında Azərbaycan barədə alçaldıcı, təhqiramiz ifadələrə yol verən Ouen Gibsona birinci Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiyanın verilməməsindən sonra “The Guardian” “cığal uşaqlar” kimi davranmağa, öz səhifələrində Azərbaycan əleyhinə daha çox materiallar yerləşdirməyə başlayıb.

 

Bu günlərdə “The Guardian” daha bir qərəzli yazı ilə çıxış edərək, Azərbaycanı geridəqalmış, inkişaf etməyən, hüquqi dövlət quruculuğu olmayan, “mafiya qanunları ilə idarə olunan” ölkə kimi təsvir edib. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə növbəti dəfə hörmətsizlik nümayiş etdirən qəzet öz məqaləsində Dağlıq Qarabağın Ermənistanın dəstəyi ilə “inkişafı”na toxunub. Məqalədə Dağlıq Qarabağın Ermənistanın dəstəyi ilə özünün hərbi və maliyyə məsələlərini həll etdiyi, Azərbaycanın 7 rayonunu əldə saxladığı da vurğulanıb. Ancaq nədənsə, “The Guardian” Ermənistan tərəfindən burada həyata keçirilən etnik təmizləmə, işğal, təcavüz məsələlərinə toxunmayıb, 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün barədə bir cümlə də yazmayıb. Üstəlik,  Böyük Britaniyaya məxsus bu mətbu orqan Dağlıq Qarabağ münaqişənin mahiyyətini də təhrif edərək, ortaya tamamilə qərəzli yanaşma qoyub.

 

Xatırladaq ki, bu qəzet Azərbaycanın ərazi bütövlüyünə kölgə salmağa hesablanmış eyni tipli məqalə ilə bu ilin əvvəlində də çıxış edib. O zaman “The Guardian” 2015-ci ilin ən görməli yerlərinin siyahısını dərc edərək, həmin siyahıya Dağlıq Qarabağın da adını salmışdı. Ancaq qəzet həmin ərazini Azərbaycanın tərkib hissəsi, Ermənistan tərəfindən işğal olunan ərazi kimi deyil, ayrıca “müstəqil respublika” kimi göstərmişdi. “1991-ci ildə müstəqilliyini elan edən Dağlıq Qarabağ Ermənistan və Azərbaycan sərhədində yerləşir” kimi təqdimat verən qəzet bununla beynəlxalq prinsiplərə, xüsusən də ərazi bütövlüyü prinsipinə açıq-aşkar sayqısızlığını nümayiş etdirmişdi.

 

“The Guardian”ın Azərbaycana qarşı qərəz və hikkəsi o qədər böyükdür ki, hətta Britaniyanın digər KİV-lərində ölkəmizlə bağlı dərc olunan az-çox neytral xəbərlər də onu qıcıqlandırır. Məsələn, bu günlərdə “The Guardian”  Azərbaycanla bağlı  neytral informasiya verdiyinə görə BBC-ni də hədəfə alaraq,  onu “uşaq kimi davranmaqda” ittiham edib.

 

Əslində, qeyri-obyektiv mövqeyinə görə bütün sərhədləri aşan, jurnalist etikasını kobud şəkildə pozan “The Guardian” son yazıları ilə Azərbaycandan Ouen Gibsondun “qisasını alır”. Əməkdaşının ölkəmizə buraxılmadığına görə hətta küçə söyüşlərini də səhifəsinə çıxaran, Azərbaycanı aşağılamağa çalışdığını gizlətməyən bu mətbu orqan artıq sarı bulvar qəzetindən heç də fərqlənmir. Onun dərc etdiyi yazılar, ortaya qoyduğu “mövqe”, qərəz və hikkə vaxtilə bolşeviklərin təbliğat-təşviqat məqsədi üçün istifadə etdikləri divar kağızlarını xatırladır.

 

Əgər “The Guardian” özünü həqiqətən də cəsarətli mətbuat orqanı, jurnalist prinsiplərinin fədakar keşikçisi sayırsa, o zaman Kraliçanın mediaya senzor münasibətini də tənqid etməyi bacarmalıdır. Çünki söz və mətbuat azadlığını əlində bayraq edən, guya Azərbaycanda jurnalistlərin öz fəaliyyətinə görə həbs olunduğunu iddia edən “The Guardian”ın mənsub olduğu Böyük Britaniyada bu sahədə vəziyyət həddən artıq pisdir. Böyük Britaniyada azad mətbuatdan, azad jurnalistikadan danışmağa dəyməz. Axı cəmi bir neçə il öncə Böyük Britaniya kraliçası II Yelizaveta mətbuata nəzarətlə bağlı mexanizmi müəyyənləşdirən Xartiya imzalayıb. Həmin Xartiya Kraliçanın, hətta onun nəvələrinin, eləcə də tanınmış digər britaniyalıların şəxsi həyatlarına müdaxilə edilməsi faktlarına görə jurnalistlərin və Britaniya vətəndaşlarının cəzalandırılmasını nəzərdə tutur. Yeni qaydalara görə, jurnalistika etikasını pozan, daha doğrusu Kraliçanın, Böyük Britaniyanın hakimiyyət təmsilçilərinin xoşuna gəlməyən materiallarla çıxış edən media qurumları 1 milyon funt sterlinq məbləğində cərimələnə, cəzalandırıla bilərlər. Bir sözlə, Kraliçanın imzaladığı Xartiyadan sonra Britaniyada jurnalistlərin fəaliyyəti ciddi nəzarətə götürülüb, KİV-lər artıq özünüidarə orqanından dövlət nəzarətindəki orqanlara çevriliblər. Hazırda Britaniyada nəinki mətbuat, eləcə də digər media qurumları, o cümlədən televiziya kanalları da hökumətin siyasətini, həmçinin məmurları tənqid edən materialları verə bilməzlər. Bu da medianın ciddi senzura altında fəaliyyət göstərməsi deməkdir.

 

Belə olduğu təqdirdə, “The Guardian”ın hansısa başqa dövləti “söz və mətbuat azadlığının olmamasında”  ittiham etməsi gülüncdür.

 APA Analitik Qrupu


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM