Strategiya.az bildirir ki, ABŞ-da çıxan nüfuzlu “The Times of Israel” qəzetində İsrail-Azərbaycan əməkdaşlığının tarixi və perspektivləri barədə məqalə dərc olunub. Bu məqalə, həmçinin Azərbaycan-İsrail əməkdaşlığına şübhə ilə yanaşan bəzi ermənipərəst amerikalı ekspertlərə tutarlı cavabdır. Məqalənin müəllifi beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdur.
Müəllifin fikrincə, Kristofer Atamyanın bu yaxınlarda ABŞ-ın “Forward” nəşrində dərc olunmuş İsrail ilə Azərbaycanın strateji alyansı haqqında məqaləsi belə bir faktı təsdiq edir ki, müəllifin müasir beynəlxalq münasibətlərin real vəziyyəti, Azərbaycan ilə yəhudi xalqlarının qarşılıqlı münasibətlərinin tarixi barədə, demək olar, heç bir təsəvvürü yoxdur.
İsrailli ekspert yazır: “Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibətləri yoxdur. İki ölkənin münasibətləri qəribə təsir bağışlayır, çünki Azərbaycan müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkədir. Təəssüf ki, rəsmi Bakı indiyədək İsraildə rəsmi nümayəndəliyini açmayıb. Bu sıx qarşılıqlı münasibətlər isə azərbaycanlılar ilə bu ölkədə firavan yaşayan yəhudi icmasının çoxdankı dostluğundan qaynaqlanır. Bir çox xalqlardan fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudiləri yadelli, yaxud əcnəbi kimi qəbul etməyiblər. Əslən Azərbaycandan olan yəhudilər Azərbaycan ilə İsrail arasında iqtisadi və hətta geosiyasi əməkdaşlıq bağlarını möhkəmləndirmək üçün çox işlər görürlər”.
A.Qutun fikrincə, yəhudi icmasının Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində mühüm rol oynadığını Azərbaycanın hüdudlarından kənarda və dünyada nisbətən az adam, yaxud yəhudi icması bilir. A.Qut yazır: “Məsələn, doktor Yevsey Gindes Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri olub, yəhudi fraksiyalarının nümayəndələri Cümhuriyyətin parlamentində təmsil olunublar. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illər dövründə yəhudi icmasının “Kafkazski yevreyskiy bülletün” jurnalı, “Palestina” qəzeti, habelə “Molodyoj Siona” jurnalı nəşr olunurmuş. Bundan əlavə, yəhudilər sovet hakimiyyəti illərində Azərbaycanın elmi-intellektual, iqtisadi-siyasi həyatında mühüm rol oynayıblar. Bu gün Azərbaycan Cənubi Qafqazın güclü və qüdrətli müstəqil dövlətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan heç bir dövlətdən asılı olmayan çoxşaxəli müstəqil siyasət yeridir. İsrail və xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük ehtiram bəsləyir, beynəlxalq aləmin mühüm, güclü və müstəqil aktoruna çevrilməkdə olan Azərbaycan iqtisadiyyatının möhtəşəm inkişafı istiqamətində ölkə rəhbərliyinin səylərini yüksək qiymətləndirir. Azərbaycan sübuta yetirib ki, regionun şəksiz lider dövlətidir. Onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil”.
Məqalə müəllifi vurğulayır ki, Azərbaycan-İsrail münasibətləri müsbət strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail eksperti yazır: “Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənir, ölkələr arasında ticarət dövriyyəsi təqribən 4 milyard dollar təşkil edir. Əvvəllər bu dövriyyə neft və qaz sənayesində cəmləşsə də, hazırda qarşılıqlı münasibətlərin inkişafı iqtisadiyyatın digər sektorlarına şaxələnib. Qeyd edək ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrailin Azərbaycan ilə daha sıx əməkdaşlığa can atmasının digər səbəbləri də var. Əvvələn, İsrail beynəlxalq birliyə ona dost münasibət bəsləyən dünyəvi müsəlman ölkələrinə loyallığını göstərmək istəyir. Azərbaycan energetika resurslarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır, o cümlədən İsrailin istehlak etdiyi neftin 40 faizini təmin edir. Azərbaycanın isə kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var və bu siyahını davam etdirmək olar”.
İsrailin Ermənistanla münasibətlərinin yetərincə soyuq olması daha bir mühüm faktdır. Rəsmi Təl-Əviv ardıcıl surətdə və daim Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bildirir. Bütün bu amillər göstərir ki, İsrailin və Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıq üçün güclü iqtisadi və siyasi bazisi var və bu da daha bir mühüm amil tərəfindən - Azərbaycanda yəhudi icması, İsraildə Azərbaycan diasporu tərəfindən dəstəklənir.
Bu il dünyanın Osvensimin azad edilməsinin 70 illiyini qeyd etdiyini xatırladan Arye Qut yazır: “Mən ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilən sovet ordusunun zabiti Boris Stoyanovskinin nəvəsiyəm. Bu il də məhz həmin gündə Bakıda Holokost qurbanlarının Beynəlxalq xatirə gününə həsr olunmuş konfransda iştirak etmişəm. Bu konfrans müsəlman əhalinin çoxluq təşkil etdiyi Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin dəstəyi ilə keçirilib. Konfransda azərbaycanlı dostlarım və həmkarlarım faşist rejiminin 6 milyon yəhudinin başına gətirdiyi dəhşətləri və onların soyqırımını pislədilər. Konfransda daxilən duydum ki, azərbaycanlılar yəhudi xalqının ağrı-acısını öz ağrı-acısı kimi qəbul edirlər. İsrail Dövlətinin vətəndaşı kimi bilirəm ki, Azərbaycan (burada heç vaxt antisemitizm olmayıb) rəhbərliyi multikulturalizmi və tolerantlığı ölkənin həyat tərzi sayır. Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə qardaş kimi dinc yanaşı yaşayıblar, onları ümumi tarix və tale bağlayır.
Kristofer Atamyan məqaləsində yaxşı erməni-yəhudi münasibətlərindən yazır, lakin Ermənistanda göz qabağında olan gerçək antisemitizm barədə susmağa üstünlük verir.
Arye Qut yazır: “Sovet İttifaqı dağılandan sonra Ermənistanda yəhudilərin sayı xeyli azaldı, yəhudi xalqının irsi tükəndi. Ermənistanda antisemitizm əhval-ruhiyyəsinin güclənməsi və indiyə qədər davam edən iqtisadi tənəzzül yəhudiləri bu ölkədən çıxıb getməyə məcbur etdi. Ermənistanda hələ də yəhudiləri ələ salırlar: ölkədə antisemitizm mövzusunda kitablar nəşr olunur, televiziyada antisemitizm ruhlu verilişlər hazırlanır, üstəlik, Yerevanda Holokost qurbanlarının xatirə lövhəsi dəfələrlə təhqir olunub. Xatırladaq ki, general Dro İkinci Dünya müharibəsi illərində minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Ermənistanın azadlığı uğrunda mübarizə aparan bu “qəhrəman” ölkənin indiki qatı antisemit və faşist rəhbərlərinə öz qəsbkar planlarına bəraət qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün lazımdır. Bəs yəhudilərin məhvində iştirak etmiş bu faşistin Ermənistanın tarix dərsliklərində qəhrəman kimi təqdim olunması antisemitizmə və faşizmə bəraət qazandırmaq cəhdi deyilmi?”.
Kristofer Atamyan başa düşməlidir ki, tarix heç vaxt İkinci Dünya müharibəsində Vermaxtın tərkibində Ermənistanın 20 minlik legionunun qəddarlığını unutmayacaq. “Ermənistan legionunun məqsədi millətçi sərkərdə Dro (minlərlə yəhudinin öldürülməsində şəxsən iştirak edib) başda olmaqla talanların törədilməsi, yəhudilərin və alman ordusunun digər “arzu edilməyən” şəxslərinin məhv edilməsi olub. Bununla yanaşı, Ermənistan legionu həbs düşərgələrində ölüm marşları təşkil edib. Mərhum tarixçi Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni silahlı dəstələrinin yəhudi soyqırımında iştirakına aid çoxsaylı faktlar göstərilir. Məsələn, həmin “Dromedar” komandasının Qərbi Krımdakı əməliyyatı haqqında hesabatda 17645 yəhudinin vermaxtın erməni qüvvələri tərəfindən məhv edildiyi bildirilir. Bu gün Ermənistanda Dro və Njdeyə geniş pərəstiş yaranıb. Onların şərəfinə xatirə sikkələri döyülür, bədii və sənədli filmlər çəkilir, Ermənistan paytaxtında isə Qaregin Njdenin adını daşıyan meydan var. Qeyd edək ki, pərəstiş hər hansı kənar siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir, bunun arxasında dövlət durur”, – deyə müəllif bildirir.
Arye Qutun fikrincə, erməni general Dronun varisləri XX əsrin sonunda Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və naziri Seyran Ohanyanın simasında Azərbaycanın Xocalı şəhərində qanlı kütləvi qırğın törədiblər. Serj Sarkisyanın belə bir ifadəsini xatırlatmaq kifayətdir: “Xocalıyadək azərbaycanlılar elə bilirdilər ki, biz mülki əhaliyə əl qaldırmarıq – bu stereotipi qıra bildik”. Bu, real şəkildə sübut edir ki, Serj Sarkisyan və onun Ermənistanda hakimiyyət başında olan bütün dəstəsi Dronun və Njdenin həqiqi davamçılarıdır. Xocalıda inanılmaz vəhşilik və zalımlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonunun dəhşətli faciələrindən biri olub. Bu kütləvi qırğının amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi həmişəlik qalacaq. Bu, artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr şəhəri və ətraf yerləri tərk etməyə macal tapmamış heç bir xocalılıya qətiyyən rəhm etməyiblər. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək misli görünməmiş əzab-əziyyətlərə, təhqirlərə və həqarətlərə məruz qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir.
Məqalə müəllifi qeyd edir ki, belə bir şəraitdə Ermənistanın yəhudi əhalisinin əksəriyyətinin ya Ermənistandan qaçmasına, ya da diqqət çəkməmək üçün ermənilərlə nikah bağlamasına təəccüblənmək lazım deyil. Arye Qut yazır: “Təəssüf ki, Ermənistan hökuməti ölkədə çiçəklənən antisemitizmi cilovlamaq üçün əslində heç bir tədbir görmür. Nə qədər ki, Ermənistan məhdud millətçilik siyasəti yeridəcək, öz iqtisadi və siyasi problemlərində başqalarını təqsirləndirəcək, Ermənistanda qalan bir neçə yüz yəhudinin əzabları davam edəcək”.
Azərbaycan rəhbərliyinin ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeşliklə və mehribanlıqla yanaşdığını vurğulayan Arye Qut İsrail vətəndaşı kimi qürurla qeyd edir: “Prezident və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda ilk yəhudi muzeyinin yaradılması planlaşdırılır. Bu, həm də Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə və özünəməxsus bir yerdir. Bura Azərbaycanın əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Onları ümumi tale birləşdirir və təsadüfi deyil ki, erməni daşnakları 1918-1919-cu illərin faciəli hadisələri zamanı Azərbaycanın şəhərlərində qanlı qırğın törətdikləri bir vaxtda azərbaycanlılarla bərabər, 3 mindən çox yəhudi həlak olub”.
Arye Qut qeyd edir ki, Prezident İlham Əliyev Azərbaycanda yəhudilərin azadlığına və tolerantlığına göstərilən qayğıya görə İsrail cəmiyyətində haqlı olaraq dərin hörmət qazanıb.
Müəllifin gəldiyi qənaət budur: “İsrail və Azərbaycan arasında münasibətləri müsəlman azərbaycanlılar və Azərbaycan yəhudilərinin sadəcə qarşılıqlı marağı ilə izah etmək olmaz. Ümumi dəyərlər və ümumi tarix müasir münasibətlərə də öz təsirini göstərir. Hər iki tərəf sıx insani əlaqələri və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qərarı ilə zənginləşir”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM