İlk olaraq rinqə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçular çıxıblar. Bu çəki dərəcəsində İrlandiya, Belarus, Macarıstan, Polşa, Böyük Britaniya və Moldova təmsilçiləri çıxış edirlər.
60 və 90 kiloqram çəki dərəcəsində də yarışlar günün birinci yarısında keçirilir.
Günün ikinci yarısında isə 56, 64, 75 və 91 kiloqram çəki dərəcələrində görüşlər keçiriləcək.
Qeyd edək ki, bu gün Azərbaycan idmançıları rinqə çıxmayacaqlar.