I Avropa Oyunlarına qeyri-peşəkar münasibət Britaniya mediasının yeganə qüsuru deyil
“Jurnalist söz və ifadə azadlığını, ictimaiyyətin məlumat almaq hüququnu hər zaman dəstəkləyir; yaydığı informasiyanın vicdanla, dəqiq və ədalətli ötürülməsinə zəmanət verir; yol verdiyi səhvləri düzəltmək üçün mümkün olan hər şeyi edir”. Bu statlar Böyük Britaniya Milli Jurnalistlər Birliyinin (NUJ) müəllifliyi ilə qəbul edilmiş Etik Kodeksin 1-3-cü bəndlərindəndir. Jurnalistikanın qızıl qaydaları hesab olunan etik kodeksin məhz NUJ tərəfindən hazırlanmış variantına müraciət etməyimiz təsadüfi deyil. Hər bir ölkənin, həmçinin, bəzi ölkələrdə hətta ayrı-ayrı KİV redaksiyalarrının əlahiddə etik kodekslərinin mövcud olmasına baxmayaraq, bu müxtəlif kodekslərin kökündə məhz 80 il öncə NUJ tərəfindən elan edilən prinsiplər dayanır. 1936-cı ildə Beynəlxalq Jurnalistlər Federasiyası ilə birgə hazırlanaraq qəbul edilən 9 bəndlik kodeks təkcə Böyük Britaniya medası üçün deyil, qlobal media məkanı üçün nəzərdə tutulub. Təşkilatın internet səhifəsində qeyd edilir ki, bu kodeks sosial- siyasi yönümündən, ideoloji baxışlarından və fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, bütün KİV-lər tərəfindən qəbul edilir (https://www.nuj.org.uk/about/nuj-code/ ).
The Guardianın fəaliyyəti dünyaya meyar kimi təqdim edilən kodekslə daban-dabana ziddir. Qəzetdə son bir ay ərzində (may-iyun ayları) Azərbaycan haqqında 40, o cümlədən, son 4 gün ərzində 23 məqalə dərc edilib. Məqalələr birmənalı şəkildə neqativ yüklüdür. Əlbəttə, neqativ informasiya yazıb deyə, hər hansı bir KİV redaksiyasını qınamaq olmaz, KİV-in işi məlumat yaymaqdır. Ancaq əgər hər hansı bir ölkə, şəxs, proses barədə informasiyaların neqativ təqdimatı əsassız tendensiyaya çevrilirsə, bu, kodeksin tələblərinin pozulması deməkdir. The Guardianın problemi isə məhz bu məqamla bağlıdır. Qəzetin səhifələrində Azərbaycan haqqında “anti-demokratik”, “geridə qalmış ölkə” rəyi formalaşdırılır. Qəzet ən azı I Avropa Oyunları kimi möhtəşəm bir tədbirə yer ayırsaydı, bəlkə də onun fəaliyyətini müzakirə etməyə zərurət qalmazdı. Amma onu oxuyan şəxsdə təəssürat yaranar ki, sanki Azərbaycanda ümumavropa idman yarışması keçirilmir və ya Britaniyanın idman komandası bu yarışmada iştirak etmir. Günün hadisəsi olan bir faktın üzərindən belə soyyuqqanlı keçidi jurnalistikanın hansı prinsipi ilə izah etmək olar?
Qəzet Azərbaycanla bağlı 40 məqalədən yalnız 3-4-də I Avropa Oyunları mövzusuna toxunulur, o da heç bir əsası olmayan ittihamlar irəli sürmək məqsədilə. Yəni aktual olan l Avropa Oyunları Azərbaycana qərəzli hücum üçün bəhanə kimi istifadə edilir. Məsələn, I Avropa Oyunlarına sərf edilən vəsait bəzən 6, bəzən isə 8 milyard dollar civarında təqdim edilir. Baxmayaraq ki, Azərbaycan hökuməti sərf edilmiş vəsaitin həcmi barədə dəfələrlə rəsmi açıqlama verib. Əgər The Guardianın yönlədiriciləri özlərinin qəbul etdikləri Kodeksi bircə dəfə oxusaydılar, yaxud ona azca hörmət göstərsəydilər, ciddi hesab edib-etməmələrindən asılı olmayaraq, qarşı tərəfin də mövqeyinə yer ayırmağı unutmazdılar. Amma bu məqamda Azərbaycan hökumətinin adı çəkilmir, I Avropa Oyunlarının təşkilat komitəsinə heç bir istinad verilmir, əsassız şəkildə iddia edilir ki, “hakimiyyət I Avropa Oyunlarından özünü reklam üçün istifadə edir”.
Müqayisə üçün bildirək ki, The Guardian eyni dövrdə (may-iyun ayları) Gürcüstanla bağlı təqribən 10 məqalə dərc edib ki, bunların da əksəriyyəti reklam və dəstək xarakterlidir. Gürcüstanda turizmin inkişafı; keçmiş prezident Mixail Saakaşvilinin Ukraynada vəzifəyə gətirilməsi; Rusiyanın Gürcüstanı təhdid etməsi və Abxaziya münaqişəsi kimi məsələlərə rəğbətlə yer ayrılıb.
Ermənistanla bağlı isə may-iyun aylarında təqribən 8 məqalə dərc edilib: Kim Kardaşyanın şöhrəti, ermənilərin “soyqırım” problemi, Ermənistan-Türkiyə münasibətləri. Bütün məqalələrdə də ermənilərə dəstək xətti birmənalı keçir.
Oğurluq jurnalistika ...
Guardianın idman redaksiyasının rəhbəri Ouen Gibson ilk dəfə Azərbayacna 2014-cü ilin dekabr ayında səfər etdi. O, I Avropa Oyunlarına hazırlıq prosesini işıqlandırmaq istəyirdi. Lakin qayıtdıqdan sonra idman və Avropa Oyunlarına hazırlıqla bağlı bir kəlmə belə yazmadı. Onun materialları siyasi xatrakterli oldu və təhrif edilmiş faktlar əsasında Azərbaycanı hədəfə almaq məqsədi güddü. Fəaliyyəti ilə tanışlıq zamanı aydın olur ki, Gibsonun imzası ilə siyasi yazı heç zaman hazırlanmayıb. O, ilk debütünü Azərbaycan səfərində sınayıb. Jurnalistin belə “casus” davranışı isə, Etik Kodekslə uyğun deyil və qətiyyətlə pislənilir. Yumşaq tərzdə onu, yalnız oğru adlandırmaq mümkündür.
Məlumat üçün bildirək ki, I Avropa Oyunlarında təxminən min nəfər xarici jurnalist akreditasiya üçün müraciət edib. Onlardan cəmi 3 nəfərə mənfi cavab verilib. Biri də Ouen Gibson olub. Digər iki jurnalistə isə əvvəlcə Dağlıq Qarabağa səfər etdikləri üçün mənfi cavab verilib.
Araşdırmalar göstərir ki, Boyük Britaniya mediasının dünyaya etalon kimi təqdim edilən prinsiplərə sayqısız yanaşma ənənsi var. Bu yanlışın qaldırılması üçün zamanında ciddi cəhdlər göstərilsə də, nəticə əldə etmək mümkünsüz olub....
Yarımçıq qalmış “Leveson işi”
Böyük Britaniyada ciddi senssasiya yaratmış “Leveson işi” az müddət ərzində dünyaca məşhur oldu. 2006-2007-ci illərdə sadə vətəndaşların telefonlarının izlənilməsində iştirakı, insanların şəxsi həyatına müdaxilə, şantaj, insanların onlara etibar etdikləri informasiyaların ictimailəşdirməsi, rüşvət qarşılığında polislə qeyri-qanunu məsələlərdə əməkdaşlıq, informasiya mübadiləsi və digər halların ifşasından sonra The Sun və News of World qəzetləri haqqında hüquqi ölçü götürüldü. Qəzetlərin təmsilçiləri Rebeka Bruks və Endi Kulson haqqında qərarların daha sərt olmasına baxmayaraq, Britaniya mediasında qeyri-qanunu davranışların sonu gəlmədi. Qanundan kənar, etik prinsiplərin kobud pozuntusu ilə müşaiyət edilən hərəkətlər o qədər artdı ki, Britaniya hökuməti Lord Braun Levesonun başçılığı ilə xüsusi araşdırmalar aparılmasına zərurət duydu. 2011-2012-ci illərdə təqribən 100 media qurumu və şəxsin cəlb edilməsi ilə aparılan proses media- hökumət, media-cəmiyyət münasibətlərinin şəffaflaşdırılması, etik kodeksdən kənar davranışların məhdudlaşdırılması üçün təkliflərin verilməsi, mexanizmlərin qurulması ilə yekunlaşmalı idi. Amma araşdırmaların yekunu olaraq 2012-ci ilin noyabrında ictimailəşdirilən nəticələr neqativ durum barədə elə faktları aşkarladı ki, ikinci hesabatın olacağı barədə vədlər gündəmdən çıxarıldı.
The Guardianın davranışları, Böyük Britaniyada ikinci “Leveson işi”nin açılmasına ciddi ehtiyac olduğunu təsdiqləyir.
APA Analitik Mərkəzi
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM