Paytaxt Bakı möhtəşəm tədbirə layiqincə ev sahibliyi edir. Möhtəşəm aşılış baş tudu. Fəxri qonaqların – müxtəlif ölkələrin dövlət başçılarının, hökumət rəhbərlərinin iştirakı bu oyunların nəinki Avropa, elə dünya üçün də əhəmiyyətli olduğunu göstərdi. Bütün iştirakçılar, qonaqlar, beynəlxalq və yerli ictimaiyyət Azərbaycan prezidenti İlham Əliyev və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini şahidi oldular. On minlərlə tamaşaçının, dünyanın siyasi liderlərinin, yerli və xarici vətəndaş cəmiyyəti təmsilçilərinin, media və QHT rəhbərlərinin, siyasi partiyaların, müxalifət partiyalarının liderlərinin iştirakı ilə baş tutan Birinci Avropa Oyunlarının açılış mərasimində yadda qalan və unudulmayacaq məqamlar mərasimin böyük zövqlə hazırlanmasının, icra olunmasının sübutudur. Tamaşaçıların mərasimə qatılmasından, yaradılan kompozisiyalara, musiqi nömrələrinə qədər hər bir komponent öz-özlüyündə ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə, ölkə başçısının və Təşkilat Komitəsinin sədrinin müasir zövqünə, Azərbaycana bağlığına, sevgisinə adekvat, möhtəşəm və sözlə ifadə olunmayacaq bir final yaşadıq. Bu oyunların daha bir əhəmiyyəti özünü onda göstərdi ki, Azərbaycanda dövlətin və xalqın birliyi təsdiqləndi. İndiyə qədər deyilənlər – dövlət və xalqın vəhdəti var, Azərbaycan xalqı öz hakimiyyətinə, prezidentinə inanır, etibar edir, onun uzaqgörən siyasətini dəstəkləyir fikri bütün dünya üçün bir daha öz təsdiqini tapdı. Prezidentin düzgün qərarı xalq tərəfindən tərəddüdsüz dəstəkləndi. Ölkə vətəndaşları bilirdi ki, Azərbaycan bu möhtəşəm tədbirə ev sahibliyi etməklə böyük bir uğura imza atır. Vətəndaşın gözlədiyi də, istədiyi də bu idi. Ölkənin vətəndaş cəmiyyəti sektorunun təmsilçiləri, millət vəkilləri, ictimai qurumlar, media bir təşkilat halında birləşib “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradaraq, xalqın dəstəyini ifadə etdilər. Bu gün hər kəs ölkə adına qazanılan bütün uğurlardan sonsuz fəxr duyur, Azərbaycanı daha çox tanıtmaq, dövlətimizin dünya dövlətləri arasında öz yerini tutmasını sevinclə qarşılayır. Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə, tarixdə xüsusi yeri olacaq bir uğura imza atıldı. Qazandıqlarımızı saymaqla bitməz. Uğurlarımızın bəzilərini nüfuzlu yerli və xarici mətbuat yazır və yazacaq, vətəndaş cəmiyyətinin təmsilçiləri deyir. Amma bunun görünən və görünməyən, deyilən və deyilməyən tərəfləri də var. Onlardan bir neçəsinin əhmiyyətindən danışsaq, Birinci Avropa Oyunlarının təkcə Azərbaycan üçün deyil, həm də Avropanın özü üçün nə qədər əhəmiyyətlidir. Bu, Azərbaycanın uğur olduğu qədər də Avropanın uğurudur. Bu fərqli aspektlərdən biri də Birinci Avropa Oyunlarının bütün dünya üçün sülh mesajı olmasındadır. Oyunlara ev sahibliyi etməklə, Azərbaycan yerləşdiyi çoğrafi regionda, Avropada, dünyada sülhün tərəfdarı olduğunu sübut etdi. Ev sahibi olaraq, yarışlara qatılan 48 ölkə ilə bərabər torpaqlarımızı işğal edən Ermənistan idmançılarını da qeyd-şərtsiz qəbul etmək, düşmən ölkənin idmançılarının və nümayəndə heyətinin təhlükəsizliyinə tam təminat vermək, təkcə protokol qaydası kimi deyil, eyni zamanda ölkə prezidentinin və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın dünyaya sülh mesajı kimi qəbul olunmalıdır. Azərbaycanın uğurları Birinci Avropa Oyunlarının təşkilatçısı olmaqla nəinki qədim Avropada, uzaq Amerikada, yaxın Asiyada, isti Afrikada belə müstəqilliyinin cəmi 24 yaşı olan Azərbaycanı hər kəs tanıdı və tanıyacaq. Oyunlarla bağlı keçirilən rəsmi təqdimat mərasimləri, ayrı-ayrı diaspor təşkilatlarının fəaliyyəti, media və vətəndaş cəmiyyəti institularının təşkil etdikləri turlar bu tanıtımda əhəmiyyəli rol oynadı. Son final isə oyunların rəsmi açılış mərasimi oldu. Hazırlıq və təqdimat mərhələləri, oyunların möhtəşəm açılış mərasimi Azərbaycanın təkcə neft-qaz ölkəsi olmadğı, böyük bir mədəniyyətə, incəsənətə, tarixə sahib olduğunu dünyaya çatdırdı. Bununla ölkəmizin müasirliyi, iqtidsadi potensialı, turizmin ən böyük düşərgələrindən biri olduğu haqqında məlumatlar dünyanın informasiya sistemində öz yerini tutdu. Müasir dünyanın ən böyük ideoloji silahı informasiya hesab olunur. Yeni medianın, sosial şəbəkələrin imkanlarından yararlanmaqla, qərəzli və ənənəvi informasiya blokadası dağılır və həqiqəti əks etdirən informasiya mənbələri formalaşır, dünyanın informasiya sisteminə daxil olur. Güclü informasiya siyasəti qura bilən dövlətlər və xalqlar siyasi, iqtisadi düzəndə öz yerini tutur, diqtə olunan dövlətdən diqtə edən dövlətə çevrilir. Dövlətin gücünün və imkanlarının dünyaya açılması hər zaman güclü və sərhədsiz informasiya sistemi hesabına əldə edilir. Ölkənin malik olduğu böyük uğurlar güclü və geniş əhatəli informasiya sisteminin qurulmasıyla dövlətin mövcud resurslarının beynəlxalq aləmdə qəbul edilməsinə və dünyanın siyasi düzənində söz sahibi olmasına xidmət edir. Birinci Avropa Oyunlarının bizə yaratdığı ən böyük imkanlardan biri də informasiya siyasətimizin möhkəmlənməsi, dayanıqlı olması, ölkəmizin mədəni-tarixi, siyasi-iqtisadi resursları haqqında məlumatların daha geniş çevrəyə çatıdırılmasındadır. İnformasiya sisteminin genişlənməsinə torpaqlarımızın işğalının bizə yaratdığı problemlərin çözülməsində təkcə dövlətlərin, siyasi təşkilatarın, siyasətçilərin deyil, ictimai qurumların, elm, mədəniyyət, idman adamlarının dəstəyinin qazanılması kimi də baxmaq vacibdir. 1992-ci ilin fevralında Xocalıda baş verən soyqırımı illər öncə ölkəmizin sərhədləri xaricinə çıxara bilmirdik. Haqq səsimiz eşidilimirdi. Uzağı Türkiyəyə, yaxud qonşu MDB ölkələrinə qədər gedib çıxa bilirdik. Amma bu gün dünyanın əksər ölkələrində bu facidədən hər kəs xəbərdardır, ABŞ-da, Almaniyada, Fransada, Kanadada, Meksikada, Pakistanda da böyükmiqyaslı kütləvi tədbirlər, flaş-moblar təşkil olunur, dünyann 10-dan çox dövlətinin parlamentində Xocalı faciəsinin soyqırım olması ilə bağlı qərarlar qəbul edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə başlanan “Xocalıya Ədalət” kampaniyası məhz informasiya siyasətimizin formalaşması, problemlərimizin dünya ictimaiyyətinə təkcə çatdırılması deyil, həm də dünya dövlətlərinin, beynəlxalq qurumların, ictimai təşkilatların, elm, mədəniyyət adamlarının bizimlə bir sırada dayanması idi. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə nail olduğumuz informasiya siyasətinin daha da möhkəmlənməsi üçün yeni bir imkan əldə edilib. Azərbaycan haqqında əsl həqiqətlərin, torpaqlarımızın işğalı, təcavüzkar Ermənistan və havadarları hqqında dünyaya yeni informasiya çatdırmaq üçün mənbələrimiz və imkanlarımız genişlənir. Hazırda biz bunu yaşayırırq. Oyunlara qatılan idmançıların, xarici qonaqların, turistlərin hesabına yeni informasiya imkanları qazanırıq. Digər mühüm uğur isə qələbə əzmidir və bunu xüsusi qeyd etmək yerinə düşər. Prezident İlham Əliyevin Atəşgah məbədindən alovlandırdığı Birinci Avropa Oyunlarının məşəli bütün ölkə boyu gəzdirildi. Naxçıvandan Qubaya, Qazaxdan Yardımlıya qədər. Ölkə əhalisi böyük coşqu və sevinclə, qürurla bu məşəli qarşıladı. Böyük bir bayram əhvalı yaşandı. Bu bayram əhvalı insanların ruhu dəyişdi, gələcək qələbələrə inam hissi elə məşəl kimi alovlandı. Etiraf etməliyik ki, müstəqilliyə qovuşduğumuz 91-ci ildən üzübəri təcavüzkar Ermənistanın işğaıçılığı, dünya dövlətlərinin ikili standartları hesabına itirilən torpaqlarımızın acısı içimizdəki bayram, qələbə əhvalını hər zaman kölgədə qoyurdu. Birinci Avropa Oyunlarının məşəli bütün ölkə boyu insanlara qələbə ruhu, inam, qələbə stimulu gətirdi. 24 illik müstəqillik tariximizdə bu qədər ruh, qələbəyə inam hissini müşahidə etmirdik. Prezidentin alovlandırdığı bu məşəl Azərbaycanda qələbəyə inam, qələbə uğrunda mübarizə ruhu formalaşdırıb. İndi uşaqda-böyüyə hər kəs “Ovod”un qəhrəmanı Artur Bertondan mübariz əhvalda olan idealist Feliçe Rivaresə çevrilib desək, səhv etmərik. Bu oyunlardan təkcə Azərbaycan deyil, Avropa da qazanır Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən 2 il 6 ay vaxt keçir. Az müddət ərzində bu qədər böyük miqyaslı tədbirə ev sahibliyi etməyən ölkə üçün infrastrukturların yaradılması böyük zəhmət tələb edirdi. Təcrübədən məlumdur ki, bu kateqoriyadan olan beynəlxalq tədbirlərə hazırlıq üçün 4-7 illik bir müddət gərəkdir. Amma vaxt məhdudiyyətinə baxmayaraq, proses dünya standartlarına uyğun icra olundu. Möhtəşəm olimpiya futbol stadionu açılışı qəbul etdiyi kimi, digər idman arenaları digər oyun növlərini qəbul edir: Bakı Su İdmanı Sarayı, Velopark, Bakı Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman Sarayı, Bakı İdman Zalı, Kristal-1, Kristal-2, Kristal-3, Milli Gimnastika Arenası. Bunlar ancaq idman yarışları üçün nəzərdə tutulan infrastrukturlardur. İdmançılar Atletlər Kəndində möhtəşəm bir şəhərcikdə yaşayır. Bütün bunlar göstərir ki, Azərbaycanda qısa və məhdud zaman ərzidnə nə qədər böyük layihələr icra olunub. Media nümayəndələrinin oyunları daha yaxından izləməsi üçün infrasturkturun yaradlmasından, Media kəndi, media mərkəzlərinin təşkilindən, VİP qonaqlar üçün ayrıca oturacaqların quraşdırılmasına qədər böyük və əhəmiyyətli işlər görülüb. Artıq İkinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda ikinci oyunlara ev shibliyi etmək istəyən ölkə müəyyənləşəcək. Oyunların standartları, ənənələri o qədər möhtəşəmdir ki, ikinci oyunlara ev sahibliyi edəcək ölkənin üzərinə Avropa Oyunlarını Azərbaycanın müəyynələşdirdiyi standartlara uyğun hazırlamaq və keçirmək kimi böyük məsuliyyət düşür. Amma qarşıda 4 il var. Eləcə də Azərbaycan təcrübəsi, mövcud standartlar, hazırlıq üzrə peşəkarlar, könüllülər var. Bu, təcrübə, peşəkarların olması, könüllülər, ən nəhayət cənab prezidentin də dediyi kimi Avropa Oyunları üçün Azərbaycan standartları Avropanın qazancıdır. Bildiyimiz kimi qitə oyunlarının keçirilməməsinə görə Avropa Amerika və Asiyadan geri qalırdı. Amerika və Asiyada qitə oyunlarının tarixi 50 ildən çoxdur. Pan Amerika Oyunları 1955-ci ildən, Asiya Oyunları isə 1951-ci ildən keçirlir. Hər iki qitədə keçirilən oyunların illərdir oturuşmuş standartları mövcuddur. Avropada isə bu ilkdir. Ona görə də ilk təşkilatçılıq həm də risk sayılırdı. Standartların formalaşacağı, ənənələrin yaradılacağı, dünya miqyasında təbliğat işinin qurulması, ilk dəfə keçirilən Avropa Oyunlarını Amerika və Asiya oyunları səviyyəsində təqdim etmək son dərəcə məsuliyyət tələb edirdi. Məsuliyyəti üzərinə götürən ölkə kimi Azərbaycan bunu uğurla yerinə yetirdi. İlk dəfə keçirilməsinə rəğmən, aparılan təbliğat işi o qədər yüksək səviyyədə quruldu ki, Avropa oyunları populyarlığına görə digər iki qitə oyunları ilə artıq eyni statusdadır. Asiya Oyunlarının əsas lider ölkəsi olan Çinin Birinci Avropa Oyunlarının yayımına lisenziya alması bunun sübutudur. Mübaliğəsiz demək olar ki, ilk dəfə keçirilsə də, artıq Avropa Oyunları Avropanın özü qədər Asiyada da populyardır. Avropanın bu qazancında əsas pay sahibi isə ilk oyunların ağırlığını, məsuliyyətini üzərinə götürən, bu missiyanı layiqincə yerinə yetirən, möhtəşəm açılış törəni düzənləyən Azərbaycandır. Azərbaycanın ilk dəfə keçirilən Avropa oyunlarını 50 illik tarixi olan Amerika və Asiya oyunları ilə eyni statusda, standartlarla, ənənələrlə birgə Avropaya təqdim etməsi Avropanın ən böyük qazancıdır. Bir tarix yazıldı. O tarix ki, əsrlər keçəcək, dünya dəyişəcək, amma Avropa Oyunlarının ilk təşkilatçısı kimi Azərbaycanın adı unudulmayacaq. Avropa Oyunlarının möhtəşəm açılış mərasimi bir ilk və nümunə olaraq, hər zaman danışılacaq. Avropa Oyunlarının məşəli bu oyunlar zamanı Azərbaycandan – Atəşgahdan Avropaya aparılacaq!
Rufiz Qonaqov, Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyasının Kordinatoru, politoloq, BMAM sədri .
Rəfail Becanov, jurnalist, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM