Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

14:44 / 17.06.2015

Məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə hərbi mövcudluğunu davamlı inkar etməsinə birdəfəlik son qoyub

 Azərbaycan Respublikası Xarici İşlər NazirliyiAvropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarla bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən Strategiya.az-a göndərilən bəyanatda deyilir:

 

“16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını elan edib. Sözügedən iş erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 6 aprel 2005-ci il tarixli iddia müraciətinə əsaslanır.

 

İddiaçiların “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya çərçivəsində bir sıra hüquqlarının (mülkiyyətin qorunması hüququ (1 saylı Protokolun 1-ci maddəsi), şəxsi həyata və ailə həyatına hörmət hüququ (Konvensiyanın 8-ci maddəsi) və səmərəli hüquqi müdafiə vasitələri hüququ (Konvensiyanın 13-cü maddəsi)) Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirən məhkəmə iddiaçıların xeyrinə qərar verib. Bundan əlavə, məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və işğal olunmuş ərazilərdə hərbi mövcudluğunun davamlı inkarına birdəfəlik son qoyub.

 

Məhkəmə icraatı zamanı beynəlxalq ictimaiyyəti yayındırmağa və münaqişənin səbəb və mahiyyətini təhrif etməyə ənənəvi olaraq cəhd edən Ermənistan öz yurisdiksiyasının Dağlıq Qarabağ ərazisi və ətraf əraziləri əhatə etmədiyini; həmin ərazilər üzərində effektiv nəzarəti və ya hər hansı dövlət hakimiyyətini həyata keçirmədiyini və keçirə bilmədiyini; hərbi münaqişədə iştirak etmədiyini; Laçınrayonunun işğalında və hər hansı sonrakı hərbi əməliyyatlarda iştirak etmədiyini;Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi mövcudluğunun olmadığını bildirib. Ermənistan daha sonra qondarma “DQR"in beynəlxalq hüquq çərçivəsində müstəqil dövlət əlamətlərinə malik suveren və müstəqil dövlət olduğunu; onunDağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarət və yurisdiksiyaya malik olduğunu; Ermənistan Respublikası və DQR-ın müxtəlif dövlətlər olduğunu  və yarandığı gündən DQR-in müstəqil şəkildə öz siyasi, sosial və maliyyə siyasətini yürütdüyünü iddia edib.

 

Ermənistan tərəfindən təqdim edilmiş bu və digər uydurma iddialara cavab olaraq məhkəmə xüsusilə qeyd edib ki, müharibəyə səbəb Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları olub. Məhkəmə bununla bağlı Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ yerli soveti tərəfindən 1989-cu ilin dekabrında “birləşməyə” dair birgə qərarın qəbul edilməsinə diqqəti yönəldib. Məhkəmə 1992-ci ilin may ayında Laçın rayonuna qarşı hərbi hücum nəticəsində Azərbaycan vətəndaşlarının həmin rayonu tərk etməyə məcbur edildiyini bildirib. Məhkəmə bəyan edib ki, Dağlıq Qarabağ, Laçın rayonu və ətraf rayonlar hazırda işğal altındadır və həmin vəziyyətə münasibətdə “Quruda müharibə aparma qanun və adətləri haqqında” 1907-ci il Haaqa Konvensiyası və “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cü il Cenevrə Konvensiyasının müvafiq müddəlarında təsbit olunmuş hərbi işğala dair beynəlxalq hüquq tətbiq edilir.

 

Məhkəmə sözügedən işin icraata qəbul olunmasına dair 14 dekabr 2011-ci il tarixli qərarına istinad edərək “DQR”in heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən dövlət kimi tanınmadığını vurğulayıb və beləliklə, bu qondarma qurumu qətiyyətlə rədd edən və Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə yaradılmış, etnik təmizləmə və digər kobud pozuntularla müşayiət olunan vəziyyətin legitimliyini tanımaqdan imtina edən beynəlxalq birliyin mövqeyini bir daha təsdiqləyib.

 

Bununla yanaşı, təqdim olunmuş faktları nəzərdən keçirərək məhkəmə “Ermənistan Respublikasının hərbi müdaxilə, hərbi sursat və avadanlığın təminatı və təlim vasitəsilə Dağlıq Qarabağ münaqişəsində başlanğıcdan əhəmiyyətli dərəcədə iştirak etdiyini”, “bu hərbi dəstəyin sözügedən ərazilərin zəbt edilməsi və onların üzərində davamlı nəzarətin həyata keçirilməsində həlledici olduğunu və qalmaqda davam etdiyini” və “faktların Ermənistanın və qondarma “DQR”in silahlı qüvvələrinin yüksək dərəcədə inteqrasiya olunmasının birmənalı göstərdiyini” təsdiq edib. Separatçı qurumun Ermənistandan siyasi, maliyyə və digər asılılığını göstərən bu və digər sübutlar əsasında məhkəmə qənaətə gəlib ki, “Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından qondarma “DQR” üzərində əhəmiyyətli və həlledici təsirə malikdir, bu iki qurum bütün vacib məsələlərdə yüksək dərəcədə inteqrasiya olunub və bu vəziyyət indiyədək davam edir”, eləcə də “qondarma “DQR”in və onun administrasiyasının mövcudiyyəti Dağlıq Qarabağ və Laçın rayonu daxil olmaqla, ətraf rayonlar üzərində effektiv nəzarəti həyata keçirən Ermənistanın ona verdiyi hərbi, siyasi, maliyyə və digər dəstəkdən asılıdır”.

 

Məhkəmə məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüquqlarını bir daha təsdiqləyib, ev və əmlakın restitusiyası ilə bağlı hüquqi-texniki məsələləri özündə əks etdirən beynəlxalq humanitar və insan hüquqları çərçivəsində müvafiq standart və prinsipləri yenidən xatırladıb. Məhkəmənin nöqteyi-nəzərincə, "inter alia", Ermənistanın və onun dəstək verdiyi qoşunların davamlı mövcudluğu və atəşkəsin pozulması daxil olmaqla, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmaları praktiki baxımından real deyil. Eyni zamanda məhkəmə vurğulayıb ki, ATƏT-in Minsk Qrupu çərçivəsində davam edən danışıqlar qüvvədə olan əmlak hüquqları daxil olmaqla, azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün hüquqi əsas vermir və bir daha xatırladıb ki, münaqişə zamanı didərgin düşməyə məcbur qalmış Azərbaycan vətəndaşlarına münasibətdə Ermənistan öhdəlik daşıyır.

 

Məhkəmənin qərarına əsasən, işğal olunmuş ərazilərdən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin torpaq hüquqlarının mənimsənilməsinə yönəlmiş Ermənistanın cəhdləri hüquq baxımından qanuni hesab oluna bilməz. Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulduğunu müəyyən edən məhkəmə qərara gəlib ki, Ermənistan iddiaçılara münasibətdə Konvensiyadan irəli gələn hüquq pozuntularının aradan qaldırılması və müvəffəqiyyət əldə etmək perspektivi olan vasitələrlə təmin edilməsi üçün öhdəliklərini yerinə yetirməyib. Eyni səbəblərə görə məhkəmə müəyyən edib ki, iddiaçıların Laçın rayonundakı mülkiyyət və evlərindən istifadə edilməsinə imkan verilməməsi ilə bağlı pozulmuş hüquqların bərpası üçün səmərəli vasitələr mövcud deyil.  

 

Beləliklə, qənaətə gəlmək olar ki, Azərbaycana qarşı başlayan və bugünədək davam edən təcavüz və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin (Dağlıq Qarabağ və ətraf ərazilər) hərbi işğalı, yüz minlərlə Azərbaycan vətəndaşlarının işğal olunmuş ərazilərdən qovulması və bu ərazilərdə öz evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verməyən Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır. Dövlətin üzərinə düşən məsuliyyətin və hazırkı iş üçün xüsusi əhəmiyyət kəsb edən əsas tələbi pozuntuların aradan qaldırılması, onların bir daha təkrarlanmayacağına dair müvafiq təminat və zəmanətin verilməsi, vurulmuş zərərin tam reparasiya olunmasından ibarətdir. Bununla əlaqədar ilk növbədə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmaq öhdəliyi daşıyır. Azərbaycanlı məcburi köçkünlərin geri qayıtlmaları üçün zəruri şərait yaradacaq bu öhdəliyin yerinə yetirilməsi heç bir halda güzəşt kimi nəzərdə tutula və ya təqdim oluna, üstəlik, münaqişənin həlli prosesində alver vasitəsi kimi istifadə oluna bilməz. Sözügedən silahlı münaqişə ilə əlaqədar qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində təsdiq olunduğu kimi, güclə hədələmək və gücün tətbiqi ilə ərazilərin əldə edilməsi qanuni hesab oluna bilməz və bu, beynəlxalq hüququn əsas prinsiplərindən birinin tələbidir. Bu anlayış həmçinin fərdi hüquq və azadlıqlara tətbiq olunur, hansıların ki pozulması heç bir halda bu hüquqları pozan tərəfindən əvvəldən planlaşdırılmış nəticəyə gətirib çıxara və onun maraqlarına xidmət edə bilməz.

 

Eyni səbəbdən məhkəmə müəyyən edib ki, Laçın rayonundan olan iddiaçıların mülk və evlərinə girişinin imtina olunmasına münasibətdə münasib səmərəli vasitə mövcud deyil.

 

Azərbaycan Respublikası bir daha xatırlatmağı məqsədəuyğun hesab edir ki, ümumi beynəlxalq hüququn imperativ normalarına aid öhdəliklərin pozulması yalnız Ermənistan üçün deyil, digər dövlətlər üçün də əlavə məsuliyyət doğurur ki, buraya da, "inter alia", dövlətlərin bu cür pozuntuları qanuni yollarla aradan qaldırmaq üçün əməkdaşlıq etmək, ciddi pozuntu yolu ilə yaradılmış vəziyyəti qanuni tanımamaq və bu vəziyyətin saxlanmasına yardım göstərməmək kimi vəzifələri daxildir. Bu səbəbdən, beynəlxalq ictimaiyyətin işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz doğma yurd-yuvalarına qayıtmalarını tələb edən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin icrasında təkid etmələri son dərəcə vacibdir.

 

Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu mövqe əsasında münaqişənin nizamlanması prosesinə sadiq qalır. Ermənistan tərəfi bu reallıqla nə qədər tez barışsa, münaqişə də bir o qədər tez həll olunacaq və region ölkələri və insanları əməkdaşlıq və iqtisadi inkişafdan faydalanacaqlar”.   

 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM