Süleyman Dəmirəl heç şübhəsiz ki, Türkiyə siyasət həyatının ən populyar və boz simasıydı. Dəmirəl Demokrat partiyası varisliyinə iddia edirdi, ancaq Menderes dəyərlərindən çox uzaqdı. Konkret hansısa faydasından danışmaq çətindir. Məsələn, Türqut Özal qədər yenilikçi deyildi, Ecevit qədər Kipr risqinin daşıyıcısı sayılmırdı, Türkeş və Ərbakan qədər ideologiya tutucusu deyildi. Kimsə ondan səmimiyyət gözləmirdi, hər kəs hiyləgər obrazda görürdü. O Demokrat partiyasının varis lideri kimi demokrat olaraq tanınmırdı, Ədalət Partiyasının lideri olaraq ədalət mücəssiməsi deyildi, ona Doğru Yol partiyasının lideri olaraq doğru yolun adamı kimi baxılmırdı. Onun siyasi şəxsiyyəti müəmmalı çözümsüzlüklə dolu idi. Adətən Türkiyə mühitində xarakterini tam çözə bilmədikləri şəxsiyyətləri "mason" adlandırmaq dəbi var və bu adı Dəmirələ rahatlıqla yapışdıra bilirdilər. Böyük türk şairi Nəcib Fazil hətta "sən mənim şeirimin bir vergülüsün" deyib təhqir də edirdi. Siyasətin və siyasətçinin bizdə və Türkiyədə fərqləri böyük olduğuna görə, bəlkə də Dəmirəl obrazının tanıtımında natamamlıqlar ola bilər. Bizdə siyasət daha çox vəzifədir, Türkiyədə isə peşədir. Hər seçkidə meydandan, sandıqdan keçib gəlməlisən və peşəkarlığını isbatlamalısan. Dəmirəl siyasətə ehkamlar gətirmədi, prinsiplər də yerləşdirmədi, sadəcə fərqli bir üslub gətirdi. Türkiyə siyasətində xüsusi olaraq yadda qalan faydalı Dəmirəl icraatı yoxdur. Ancaq Dəmirəl üslubu var. Hətta Dəmirəlin şapkası da bu üslubun bir atributu kimi qəbul olunurdu. "Dün dündür, bu gün bu gündür!", "Yürüməklə yollar aşılmaz!" praqmatik ifadələr həmin məşhur üslubun yumoristik qalıntılarındandır. Dəmirəl ən ağır situasiyanı soyuqaqanlı şəkildə sükunət məcrasına yönləndirə bilirdi. Əsasən günün siyasətindən özünü cavabdeh hesab edirdi, ona görə də strateji hədəfləri sevməzdi. Dəmirəldə uzaqməsafəli hakimiyyətdə qalma düşüncəsi vardı, ancaq uzaqməsafəli siyasət planı hazırlamağı sevməzdi. Dəmirəldə heç vaxt risq yoxdur və siyasi talecə oxşamasa da, xaraktercə 18-ci əsr Fransız inqilabının məşhur personajlarından olan Siyersi xatırladırdı. Dəmirəl baş nazir olanda da, prezident olanda da özünə müdafiə çəmbərini qurmağı ustalıqla bacarırdı. O bürokratiyanın da, kütlənin də nəbzinin necə döyündüyünü intuitiv olaraq bilirdi, kiminlə hansı məsafədə münasibət quracağını bacarırdı. Və hər bir situasiya üçün bəzən bəsit görünən hazır reseptə malikdi. Bütün bunlardan sonra, Dəmirəlin Azərbaycanda tanınan və tanıdılan obrazında yanlış mühakiməyə diqqət çəkmək istədim. Dəmirəl Kəlbəcərə helikopter vermədi, mərhum Elçibəyin devrilməsinə dəstək verdi, Ermənistana taxıl göndərdi və sairə. Dəmirəl həm daxili siyasətdə, həm də xarici siyasətdə öz siyasi xarakterinə və üslubuna uyğun davrandığına görə, bu cür yarlıqlar bir o qədər də ciddi səslənmir. Dəmirələ romantizim yad idi, dövlət maraqlarının çərçivəsindən kənara çıxmağı düşünməzdi, Azərbaycana da Türkiyə üçün Rusiya ilə, İranla problem yaratmayacaq bir sabit ölkə kimi baxırdı, Elçibəyin risqli xarici siyasətini qəbul etmədiyi də bu səbəbdən idi. Digər tərəfdən Elçibəyin Turqut Özal və MHP referanslı siyasi davranışları Dəmirəlin iç siyasətdə işinə yaramırdı və bundan məmnun deyildi. Heydər Əliyevə də Rusiya ilə tarazlığı qura biləcək, iç sabitliyi təmin edə biləcək daha praqmatik siyasətçi kimi baxırdı və dəstəkləyirdi.
İndi Dəmirəl dünyasını dəyişdi. Faydası ilə, zərəri ilə layiq olduğu qiyməti Yaradan və Türk milləti verəcək. Bizə də Türkiyənin bu məşhur dövlət adamına Allahdan rəhmət diləmək düşür.
Fazil Mustafa,
Milli Məclisin deputatı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM