Demokratiya maskası geyinmiş totalitar Polşanın demokratiya və insan haqları dərsləri - TƏHLİL

13:14 / 18.06.2015

Son vaxtlar dünyada, o cümlədən Avropada demokratiya, insan haqları kimi dəyərlərlə siyasi alver edən qərbin bəzi dairələri və onların pulla satın aldıqları müxtəlif kütləvi informasiya vasitələri özlərini və mənsub olduqları cəmiyyəti dünyanın meyarı hesab edir, bu və ya digər məsələyə yanaşmada Avropanı dünyanın hakimi rolunda görürlər.

 

Qeyd edək ki, son zamanlar Avropanın özündə irqçilik, neofaşizm, islamofobiya, polis zorakılığı, ekstremizm kimi mənfi tendensiyalar ağır və şiddətli bir formada geniş miqyas almış və bu kimi mənfi hallar az qala bütün dünyanın gözü qabağında baş verir.

 

Qərbin müxtəlif dairələri və onlara pulla xidmət edən qəzetlər, jurnallar və digər nəşrlər təəssüflər olsun ki, bu cür acınacaqlı və dözülməz halları görməməzliyə vuraraq dünyada sülhün, dialoqun və əməkdaşlığın inkişafına töhfə verməyə çalışan ölkələrə, o cümlədən mühüm və mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı olan Azərbaycana qara yaxmaqdan, ölkəmizin ünvanına ağ yalan və quru böhtan yazmaqdan belə çəkinmirlər. Avropada insan haqlarının kobud şəkildə pozulduğu, demokratik və mənəvi dəyərlərin tapdalandığı və olduqca acınacaqlı vəziyyətə düşdüyü ölkələrdən biri də Polşadır. Ötən əsrin 90-cı illərində "Varşava bloku" dağıldıqdan sonra özünün real müstəqilliyini əldə edən Polşa və bu ölkənin hakimiyyəti müstəqil iqtisadi və xarici siyasət həyata keçirmək əvəzinə siyasi və iqtisadi manipulyasiya ilə məşğul olaraq Polşanı dünyanın qlobal layihələrindən kənarda qoyub və ölkə əhalisinin rifah halı, cəmiyyətdə mövcud olan demokratiya və insan haqları uzun illərdir ki, avropalıların meyar hesab etdikləri dəyərlərə yaxın belə düşə bilmir. Burada insan haqlarının kobud şəkildə pozulması ilə bağlı böyük problemlər mövcuddur.

 

Elə götürək məhkəmə sistemini. Bu sistemdə süni süründürməçiliklər hökm sürməkdədir. Polşada ksenofob və irqçi, o cümlədən digər hallar günü-gündən artmaqdadır. Diffamasiya qanunları söz  və mətbuat azadlığını xeyli məhdudlaşdırıb, ölkədə söz və fikir azadlığı üçün ciddi problemlər yaranıb. Ötən il Polşa prokurorluğunun və kəşfiyyat rəsmilərinin “Wrpost” həftəlik jurnalında reydlər keçirməsi və jurnalistlərin öz mənbələrini açıqlamamaq hüquqlarını kobud şəkildə pozaraq qanunsuz olaraq gizli səs yazılarını ələ keçirməyə çalışmaları özünü demokratik dəyərlər carçısı hesab edən bir ölkənin əsl simasını göstərdi.  Yaxud 16 noyabrda keçirilən yerli seçkilərin nəticələrinə etiraz olaraq Dövlət Seçki komissiyasının qərargahına daxil olan və komissiya üzvlərinin istefasını və yeni seçkilərin keçirilməsini tələb edən bir qrup fəalı polislərin zorla binadan çıxarmaları, onlarla amansız rəftar etmələri, dinc aksiyanı işıqlandırmağa çalışan jurnalist Yan Pavliski və fotoqraf Tomaz Qzelin isə peşə fəaliyyətlərini yerinə yetirərkən həbs olunmaları yalnız başına demokratiya maskası keçirmiş totalitar rejimin hökm sürdüyü bir cəmiyyətdə baş verə bilərdi. Və yaxud da ki, "Sərhədsiz reportyorlar"ın Polşadakı həbsləri və jurnalistlərin saxlanılmasını pisləyən və onların dərhal azad olunmasını tələb edən, eləcə də bu təşkilatın Polşanın nəqliyyat naziri Slavomir Novakın 2013-cü ildə “Wrpost” jurnalına qarşı qaldırdığı iddianı qətiyyətlə pisləyən bəyanatlarını xatırlatmaq kifayətdir. 

 

Bir sıra beynəlxalq təşkilatların, o cümlədən İşgəncələrə qarşı Avropa Komitəsinin və Avropa İnsan Hüquqları Komissarının müvafiq hesabatlarında Polşada və digər bir sıra Avropa ölkəsində xüsusilə Polşada dustaqların saxlama kameralarında dözülməz şəraitin olması, polislərin dustaqlarla qeyri-insani rəftar etmələri ilə bağlı faktlar da mütəmadi olaraq əksini tapır. Polşanın keçmiş prezidenti Aleksander Kvasnevski ilk dəfə olaraq ölkəsində Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanasının mövcud olmasını etiraf edib. Avropa İnsan Hüquqları Məhkəməsi Polşanın Mərkəzi Kəşfiyyat İdarəsinin gizli saxlanma və işgəncə verilməsində birgə iştirakına qarşı qərar çıxarıb. Özünü “demokratik dəyərlərə” sadiq hesab edən Polşanın ABŞ-ın gizli saxlama proqramlarında iştirak edən ilk Avropa ölkəsi olması faktı bu ölkənin nüfuzunu beynəlxalq aləmdə çox mənfi imic qazanılması işinə xidmət edib. Sual olunur, bu cür gizli saxlanma proqramlarını iştirakçısı olan bir ölkənin aşkarlıqdan, demokratiyadan danışmağa mənəvi haqqı çatırmı?

 

Bütün bunlar demokratiyadan ağızdolusu danışan bir ölkənin siyasi hakimiyyətinin müstəqil olmamasını göstərən utancverici bir hadisədir. Bu, həm də Polşada hakimiyyətin dərin böhran keçirdiyini sübut edən faktlardan biridir.

 

Polşanın xarici siyasətində də uzun illərdir, çox maraqlı tendensiya müşahidə olunmaqdadır. Qonşulara qarşı təcavüzkar, riyakar və aqressiv xarici siyasət kursu götürən Polşa beynəlxalq hüquq normalarına məhəl qoymadan demək olar ki, yalnız öz ambisiyalarının əsirinə çevrilib. Bu cür xarici siyasətlə ölkənin beynəlxalq nüfuzu həm Avropada, həm də dünyada sürətlə aşağı düşməkdə davam edir. Avropa İttifaqına daxil olduqdan sonra Polşa burada da özünün dağıdıcı xarici siyasətini davam etdirməyə başladı. Avropa İttifaqında Avropa ölkələri arasında əməkdaşlığın inkişafı və genişləndirilməsi xətti tutmaq əvəzinə Polşa üzv ölkələr arasında ziddiyyətlər və qarşıdurmalar yaratmaqla süni çaxnaşmalara gətirib çıxaran bir yol tutdu. Cəmi 25 il əvvəl sosialist düşərgəsindən qopan və müasir demokratik dəyərlərlə bağlı özünün natamam fikirlərini və çılğın emosiyalarını Avropa İttifaqına daşıyan Polşa əslində bu dəyərlərin mahiyyətini və bu dəyərlərin fəlsəfəsinin nədən ibarət olduğunu özü doğru-düzgün anlaya bilmir. Və əfsuslar olsun ki, bu gün demokratiyadan və insan haqlarından dəm vuran Polşanın diplomatik danışıq tərzi və beynəlxalq davranış forması belədir. Totalitarizmin hökm sürdüyü və diktator rejim tərəfindən idarə olunan bir ölkədən bundan artıq nə gözləmək olar ki?/Apa/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM