Strategiya.az-ın məlumatına görə, Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, N.Əhmədov adı açıqlanmayan bir nəfərə yüksək vəzifəyə işə düzəldəcəyi vədini verərək 5000 manat pulunu alıb. Sonra isə müxtəlif bahənələrlə vədini yerinə yetirməyib. Pulundan olan və arzuladığı vəzifəyə çata bilməyən həmin şəxs Nəsimi polisinə üz tutub. Polis isə N.Əhmədovu həbs edib. 

Hazırda N.Əhmədovun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb. İttiham olunduğu maddə üzrə cəmi bir nəfər zərərçəkmiş var. Hazırda istintaq aparılır.