ANS PRESS həmin məşhurları təqdim edir.

Azan oxuyan məşhurlardan biri Özcan Denizdir. Lakin onun bu hərəkətini çoxları tənqid etmişdi. Səbəb isə pis və ya səhv oxuması deyildi. Sadəcə çoxları Denizin bunu özünü reklam üçün etdiyini demişdi. İllər sonra müğənni müsahibələrinin birində "kaş ki oxumayaydım. Bu, böyük bir səhv idi", - deyə etiraf edən Deniz bir daha azan oxumayacağını da bildirmişdi.



Türkiyənin azan oxuyan məşhurlarından biri də Burhan Çaçandır. 90-cı illərdə televiziya kanallarının reytinqi Ramazan ayında azan oxuyan müəzzinə görə müəyyənləşdiyi üçün, Burhan Çaçan da həmin dövrün ən tanınmış simalarından biri idi.



Burhan Çaçandan sonra İbrahim Tatlısəs də azan oxuyaraq həmin məşhurlar sırasına qoşulmuşdu.



Müslüm Gurses də 2000-ci illərdə azan oxumuşdu. Özcan Denizdən fərqli olaraq o, əksəriyyətin rəğbətini qazanmışdı.



Bülent Ersoy da illər əvvəl bir filmdə azan oxumuşdu. Bir dəfə o, öz verilişində ilahi musiqi də ifa etmişdi. Ersoyun bu ifaları uzun müddət müzakirə olunmuşdu.



Sonuncu dəfə Özgecan Aslan faciəsi ilə bağlı qalmaqal yaradan və insanların qəzəbinə tuş gələn Nihat Doğan da proqramların birində azan oxuyub. 



Müğənni Kutsi də serialların birində azan oxuyub. 



Türkiyənin məşhur ifaçılarından biri olan Halil Sezai də azan oxuyub. İfaçılıqla yanaşı film və seriallara da çəkilən Sezai filmdə imam rolunu oynayıb.



İfaçı Mustafa Ceceli də azan oxuyan məşhurlardandır. O, Ramazan ayında iştirak etdiyi proqramlardan birində azan oxumuşdu. 



Mustafa Ceceli azan oxuyur.



Bülent Ersoy filmdə azan oxuyarkən



Özcan Deniz azan oxumağına peşman olub.



Halil Sezaiyə azan oxutdular.