Strategiya.az Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsini təqdim edir
- Avropa oyunları ərəfəsində və indi bir sıra Avropa təsisatlarının Azərbaycan əleyhinə təhdid kampaniyası davam etməkdədir. Nə baş verir ?
- Dəfələrlə vurğulanıb ki, idmanın siyasiləşdirilməsi doğru deyil və bütün sivil dünyada bu belədir. Azərbaycanda keçirilən Avropa oyunlarına gəldikdə isə belə yanaşma ümumiyyətlə yersizdir. Çünki Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı bizə ünvanlanan ittihamlar həm də əsassızdır. Bununla demək istəyirəm ki, biz bu ittihamları təkcə ona görə rədd etmirik ki, hazırda ölkəmizdə mötəbər idman tədbiri keçirilir, biz bu ittihamları, ümumiyyətlə, hər zaman əsassız, uydurma və qərəzli hesab edirik. Həm Avropa Parlamentində, həm də Almaniya Bundestaqında keçirilən müzakirələr zamanı Azərbaycan əleyhinə çıxış etmiş deputatların kimliyinə nəzər salsaq görərik ki, bu işin təşkilatçıları erməni lobbisi və Azərbaycan müstəqilliyi əleyhinə olan xarici dairələrdir.
Amma Avropa oyunlarının yüksək təşkilatçılığı, möhtəşəm açılış mərasimi və idmançılarımızın uğurlu çıxışı həmin o qüvvələrin bütün niyyətlərini alt-üst etmiş oldu. Eyni zamanda ölkəmizdəki tolerant abı-hava, xalqımızın yüksək mədəni keyfiyyətləri, iqtisadi uğurlarımız bu yarışlarında iştirak edən avropalılar və əcnəbi turistlər üçün ölkəmizin əslində nə qədər azad və inkişaf etmiş bir dövlət olduğunu da nümayiş etdirir. Bütün bunlar ölkəmizin imicinə xələl gətirmək məqsədi güdən bu cür müzakirələri heçə endirmiş olur.
Hətta artıq belə bir məlumat da var ki, iyunun 21-24-ü tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində “Vətəndaş cəmiyyəti: Tərəqqi üçün dialoq” adlı iki günlük regional tədbir təşkil edilərək bunu gündəmdə saxlayacaqlar. Bu tədbirAvropa İttifaqının dəstəyi ilə “Vətəndaş cəmiyyəti: Tərəqqi üçün dialoq” layihəsi çərçivəsində keçirilir və Avropa Şərqi Tərəfdaşlıq proqramına daxil olan ölkələr üçün nəzərdə tutulub (Belarus, Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova). Bundan başqa, bəzi Avropa ölkələrindən də iştirakçılar nəzərdə tutulub. Bunun əsas təşkilatçılarında layihə rəhbəri Stefan Maleriousun ermənilərə rəğbəti olan, Azərbaycanı sevməyən birisidir.
- Bu günlərdə həm də diplomat Arif Məmmədovun bəyanatlar verməsi və hüquq müdafiəçisi Emin Hüseynovun İsveçrə hökumətinin dəstəyi ilə Azərbaycanı tərk etməsi kimi hadisələr də diqqəti çəkdi...
- Bu, əslində təsadüf deyildi. Amma burada yadda qalan heç bir hadisə baş verməyib. Bu günlərin yeganə yadda qalan hadisələri və qəhrəmanları Rafael Ağayev, Rəsul Çunayev, Toğrul Əsgərov və digər Azərbaycan idmançılarıdır. Onlar Avropa ictimaiyyətinə həm də azərbaycanlıların əzmkar, cəsur, dövlətinə və vətəninə sədaqət kimi xarakterini nümayiş etdirirlər. Yuxarıda adı çəkilən və Avropa ölkələrindən siyasi sığınacaq istəyən riyakar və xəyanətkarlara isə müqəddəs Azərbaycan torpağında doğrudan da yer yoxdur.
- Avropa oyunlarının bu səviyyədə keçəcəyi gözlənilən idimi?
- Əlbəttə. Birincisi, ona görə ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən Azərbaycanda həm bədən tərbiyəsinə, həm də idmana böyük önəm verilməyə başladı. İqtisadi imkanlar, resurslarımızın az olduğu vaxtlarda idmançılarımız uğurlar əldə edirdilər. Çünki keçmiş sovetlər dövründən fərqli olaraq, müstəqillik dövründə idmançılarımızın qələbə qazanması həm də milli özünütəsdiq məsələsinə çevrildi. Prezident İlham Əliyev isə həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanı ölkəmizdə ən prestijli peşələrdən birinə çevirdi. Çünki idman həm xalqın sağlamlığı, həm də ölkənin müsbət beynəlxalq imici üçün ən yaxşı vasitələrdən biridir. Baxın, cənab prezident hələ Dövlət Neft Şirkətinin vitse-prezidenti olduğu zamandan Azərbaycanda karatenin inkişafına şəxsən dəstək verməyə başladı. Bunu karate idman növünün Fizuli Musayev, Ülvi Quliyev, Yaşar Bəşirov kimi veteranları dəfələrlə söyləyiblər. 90-cı illərdə heç kimin ağlına gəlməzdi ki, nə zamansa Azərbaycanda ilk Avropa oyunları keçirilə bilər və karateçilər də bu yarışlarda iştirak edərlər. Özü də belə uğurla. Bu, əsl uzaqgörənlik nümunəsidir. Mən karateçilərin bu Avropa oyunlarında böyük uğurunu xüsusi vurğulamaq istəyirəm. Karateçilərimiz təkcə əzmkar döyüşləri, qələbələri və medalları ilə yadda qalmadılar, onlar həm də əsl vətənpərvərlik nümunəsi və davranışı nümayiş etdirdilər. Kişi karateçilərinin sırasında legionerlərin olmaması özü də çox ciddi göstəricidir. Cənab prezidentə səmimi sədaqət, onun etimadını doğrultmaq və Vətəni layiqincə təmsil etmək şərəfi onlara nəsib olub.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM