Strategiya.az bildirir ki. bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Azadlıq Meydanından başlayacaq və orada başa çatacaq yol velosiped yarışı şəhər mərkəzində aşağıdakı küçə və prospektləri əhatə edəcək:
- Üzeyir Hacıbəyli küçəsi
- Bül-Bül prospekti
- Rixard Zorge küçəsi
- Rəşid Behbudov küçəsi
- Neftçilər prospekti
- Zərifə Əliyeva küçəsi
- Əziz Əliyev küçəsi
- İstiqlaliyyət prospekti
- Lermontov küçəsi
- Teymur Elçin küçəsi
- Mehdi Hüseyn küçəsi
- Parlament prospekti
- Landau küçəsi
- Abbasqulu Ağa Bakıxanov küçəsi
- Səməd Vurğun küçəsi
- Şəmsi Bədəlbəyli küçəsi
- İnşaatçılar prospekti
- Hüseyn Cavid prospekti
Yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti aşağıdakı saatlarda məhdudlaşdırılacaq:
19 iyun: 13.00 – 15.00
20 iyun: 05.30 – 21.00
21 iyun: 03.30 – 21.00
Yol velosiped yarışının marşrutu boyunca nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək. Yalnız 19 iyun tarixində yol velosiped yarışının marşrutu ilə kəsişən yollarda nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək. Həmin yol kəsişmələrinə yol polisi tərəfindən nəzarət ediləcək.
Mərkəzdən həmçinin hərəkətin velosiped yarışının marşrutu və nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar barədə tam məlumatın əks olunduğu xəritəni də təqdim ediblər.