Akademik Məhərrəm Məmmədyarovun bibliografiyası nəşr edilib

12:20 / 19.06.2015

  Strategiya.az-a verilən məlumata görə, "Elm" nəşriyyatı tərəfindən "Məhərrəm Əli oğlu Məmmədyarov: bibliografiya" kitabı nəşr olunub.  "Azərbaycanın elm və mədəniyyət xadımləri" seriyasından olan nəşr AMEA, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanıb. Kitab AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr olunub və onun elmi redaktoru akademik Vaqif Abbasovdur.                             

Kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Məhərrəm Məmmədyarovun bibliografiyası 1954-2014-ci illəri əhatə edib. Bu bibliografiyada alimin Azərbaycan, rus və ingilis dillərində çap olunmuş elmi əsərləririn, monografiyaların, məqalələrin siyahısı, həmçinin, müxtəlif  konfrans və simpoziumlarda akademikin məruzələrinin və çıxışlarının mövzuları daxildir. Bibliografiyada, həmçinin, Məhərrəm Məmmədyarovun həyat və fəaliyyətinin əsas tarixləri, elmi, elmi-təşkilati və pedagoji fəaliyyəti  haqqında qısa oçerk, elmi əsərləririn, rəhbərlik etdiyi və məsləhətçi olduğu dissertasiyaların siyahısı, alimin elmi fəaliyyəti haqqında aparıcı mütəxəssislərin fikir və mülahizələri daxildir.                                                                                                                           

Üzvi kimya, neft-kimya sintezi, biotexnologiya sahələrində elmi fəaliyyəti ilə tanınan Məhərrəm Məmmədyarov Azərbaycanda kimya elminin inkişafında xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

Məhərrəm Əli oğlu Məmmədyarov 17 oktyabr 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan doğulub. 1939-ci ildə yeddiillik məktəbi tərifnamə ilə qurtararaq, Naxçıvan Pedagoji texnikumuna daxil olub. 1941-ci ildə oranı bitirəndən sonra Culfa rayonunun məktəblərində müəllim işləyib. Böyük Vətən Müharibəsi illəri Məhərrəm Məmmədyarovun gənclik vaxtlarına düşüb. 1943-cü ildə Kursk döyüşündə iştirak edib, yaralanıb, səyyar hospitalda müalıcə alıb, sıraya qayıdıb, yenidən ağır yaralanıb. Hospitalda 6 aylıq müalicədən sonra 1944-cü ilin yanvarında Sovet Ordusu sıralarından II qrup əlil kimi tərxis olunub.                                                                                                                                  

1945-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti, BDU) qəbul olunub. Elmi-tədqiqat işlərinə həvəsi və kimya elminə olan marağı onu Leningrad Kimya-Texnologiya İnstitutunun aspiranturasına gətirib. 1953-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. Elə həmin il Bakıya dəvət olunub, Azərbaycan EA Kimya İnstitutunda elmi katib vəzifəsinə təyin edilib, 1955-ci ildə isə böyük elmi işçi vəzifəsinə keçirilib. Daha sonra uzunmüddətli elmi təcrübə keçmək üçün Moskvaya SSRİ Eimlər Akademiyası  (EA) N.Zelinski adına Üzvi Kimya İnstitutuna göndərilib. Burada SSRİ EA-nın müxbir üzvü M.Şostakovskinin rəhbərliyi altında bir sıra tədqiqat işlərini yerinə yetirib. 1957-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə üzvi kimya ixtisası üzrə baş elmi işçi elmi dərəcəsinə layiq görülüb.                                                                                                                                                      

Azərbaycan EA-nın o vaxtkı prezidenti Yusif Məmmədəliyevin təklifi ilə 1959-cu ildə Bakıya qayıdaraq onun rəhbərlik etdiyi laboratoriyada baş elmi işçi vəzifəsində çalışıb. 1970-ci ildə doktorluq dissertasiyasını müdafıə edib. 1972-ci ildə «Neft kimyası və neft kimya sintezi» ixtisası üzrə professor elmi adı alıb.                                                                                                                                           

 Azərbaycan elminin qocaman ziyalılarından olan Məhərrəm Məmmədyarov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1969-cu ildən bu günə qədər laboratoriya müdiri kimi fəaliyyət göstərir. Eyni zamanda 1972-ci ildə Naxçıvanda yaradılmış  Elmi mərkəzə 1973-1979-cu illərdə rəhbərlik edib. Mikrobiologiya institutunun birinci direktoru olub (1981-1994-cü illər). M.Məmmədyarov məruzələrlə beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış edərək, ölkəmizi müxtəlif şəhərlərdə - Moskva, Leningrad, Kiyev, Minsk, Riga, Tbilisi, Alma-Ata, Düşənbə, Daşkənd və s. təmsil edib. Alim elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika, Türkiyə, Fransa, ABŞ) elmi ezamiyyətdə olub. M.Məmmədyarovun fəaliyyətində pedagoji fəaliyyət mühüm yer tutub: alim 1967-1969-cu illərdə Ç.İldırım adına Politexnik İnstitutunda, 1973-1975-ci illərdə isə Naxçıvan Pedagoji İnstitutunda üzvi kimya kursu üzrə mühazirələr oxuyub. M.Məmmədyarovun rəhbərliyi ilə 20 namizədlik və 5 doktorluq dissertasiyaları müdafıə olunub. Alim 200-dən artıq namizədlik və doktorluq dissertasiyalarının opponenti olub. 1989-cu ildə M.Məmmədyarov Azərbaycan EA-nın «Neft kimyası» ixtisası üzrə müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının «Kimya» ixtisası üzrə həqiqi üzvü seçilib. 2001-ildən M.Məmmədyarov BDU-da «Kimya» ixtisası üzrə bakalavr dərəcəsi verən Dövlət Komissiyasına sədrlik edir. M.Məmmədyarov xidmətlərinə görə 14 dövlət mükafatına layiq görülüb.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM