Strategiya.az Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AZƏRTAC-a müsahibəsini təqdim edir
- İnsan hüquqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərlərinin Ermənistana qarşı” iş üzrə qərar elan edildi. Bu işə baxılması, Azərbaycan hökumətinin prosedurda iştirak etməsi barədə məlumat verməyinizi xahiş edirik.
- 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət etmişlər.
Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədilə biz zəruri tədbirləri görməyə başladıq. Ermənistanın işğalçı siyasətini, Dağlıq Qarabağda cinayətkar rejiminə hərbi, iqtisadi, siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar tərəfimizdən toplanılmışdır. Avropa Məhkəməsində mövqeyimizin artıq dərəcədə dürüst və mötəbər şəkildə bildirilməsini təmin etmək üçün dünya miqyasında tanınmış beynəlxalq hüquq üzrə mütəxəssislər Böyük britaniyalı İan Braunli, Malkolm Şou və avstriyalı vəkil Qabriel Lanski ilə əməkdaşlıq yaradılmışdır.
Bu, heç də Azərbaycanda belə səviyyəli hüquqşünasların olmaması demək deyil. Sadəcə, Avropa Məhkəməsində çıxış etmək təcrübəsinə malik olan, beynəlxalq hüquq aləmində tanınmış və nüfuzlu vəkillərin bizimlə əməkdaşlığa cəlb edilməsi qələbəmizdə əminliyi daha gücləndirdi.
Azərbaycan və xarici hüquqşünasların birgə gördüyü iş nəticəsində Azərbaycan Hökuməti tərəfindən Avropa Məhkəməsinə müvafiq sənədlər və materiallar təqdim edilmişdir.
- Avropa Məhkəməsinin bu qərarında hansı məsələlər həll olunur?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, yəni beynəlxalq münaqişə ilə bağlı bu işin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ərizəçilərin hüquqlarının pozulması Azərbaycan Respublikasının suveren ərazisində baş verir. Lakin bu pozuntulara görə məsuliyyəti həmin ərazinin bir qismini işğal etmiş Ermənistan Respublikası daşıyır. Buna görə, ərizəçilərin hüquqlarının pozulması faktının Avropa Məhkəməsi tərəfindən müəyyən edilməsi üçün ilk növbədə işğal altında olan ərazilərin faktiki olaraq Ermənistanın nəzarətində olmasını sübut etmək zəruri idi.
Avropa Məhkəməsinin son qərarında da göstərilir ki, nəinki Laçın rayonu, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafında olan 7 rayon Ermənistan Respublikasının səmərəli nəzarəti altındadır. “Quruda aparılan müharibənin qanunları və adətlərinə dair” 1907-ci il tarixli Əsasnaməyə istinadən bildirilir ki, səmərəli nəzarət anlayışı faktiki olaraq hərbi işğal anlayışına aiddir. Yəni, Avropa Məhkəməsinin qərarında Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunması təsdiq edilir.
Bu nəticəyə gəlmək üçün Avropa Məhkəməsi əvvəlcədən müəyyən etdi ki, Dağlıq Qarabağda olan qanunsuz rejim məhz və yalnız Ermənistan Respublikasının hərbi, siyasi, iqtisadi, maliyyə, inzibati və digər yardımına görə mövcuddur. Ermənistan Dağlıq Qarabağın öz ordusuna malik olmasını göstərsə də, Avropa Məhkəməsi vurğuladı ki, işğal olunmuş ərazilərdə əsasən Ermənistan ordusu fəaliyyət göstərir. Bundan əlavə, qərarda həmin ərazilərdə Ermənistan Respublikasının məhkəmələrinin fəaliyyət göstərməsi sübuta yetirilmişdir. Yəni, Ermənistan işğal altında olan ərazilərdə baş verənlərə görə tam məsuliyyət daşıyır.
Ermənistanın məsuliyyət məsələsi həll olunduqdan sonra qərarda Azərbaycan məcburi köçkünlərinin mülkiyyət hüququnun və öz evlərində yaşamaq hüququnun pozulması müəyyən edilmişdir. Avropa Məhkəməsi Azərbaycan vətəndaşlarının öz evlərinə qayıtmaq, mülkiyyətlərindən və torpaq sahələrindən istifadə etmək hüququnu təsdiq etmişdir.
Bundan əlavə, Avropa Məhkəməsi müəyyən etmişdir ki, ərizəçilərin qeyd edilən hüquqlarının pozulması işğal edilmiş ərazilərdən bütün azərbaycanlıların köçürülməsi və öz evlərinə qayıtmaq imkanından məhrum edilməsi səbəbindən baş vermişdir. Konvensiyanın 14-cü maddəsinə əsasən şikayətlərə ayrıca baxmasa da, Avropa Məhkəməsi etiraf etmişdir ki, Azərbaycan məcburi köçkünlərinin hüquqlarının pozulması ayrı-seçkilik nəticəsində baş vermişdir.
- Bu qərarın Azərbaycan, ümumiyyətlə münaqişənin həlli üçün hansı nəticələri ola bilər?
- Avropa Məhkəməsi ərizəçilərin şikayətlərinin mahiyyəti üzrə qərar çıxararaq onlara ödəniləcək kompensasiyanın məbləği məsələsinin həll olunmasını növbəti mərhələyə saxlamışdır. Ərizəçilər kompensasiya barədə tələblərini irəli sürsələr də, məhkəmə hesab etmişdir ki, o, bu məsələni hal-hazırda həll etmək qabiliyyətində deyil. Bununla əlaqədar olaraq ərizəçilərə və cavabdeh dövlətə kompensasiya ilə bağlı mövqeyi bildirmək üçün 12 ay müddəti verildi.
Buna baxmayaraq, hesab edirəm ki, həmin qərarla Avropa Məhkəməsi ermənilərin uydurma iddialarına son qoydu. Artıq Ermənistan heç bir yerdə deyə bilməz ki, “Dağlıq Qarabağ Respublikası” deyilən qurum müstəqil olaraq mövcuddur və Yerevan onun həyata keçirdiyi tədbirlərə görə məsuliyyət daşımır. Yekun xarakter daşıyan beynəlxalq məhkəmənin hökmü beynəlxalq səviyyədə məcburi hüquqi qüvvəyə malik olan sənəddir və heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən inkar edilə bilməz.
Avropa Məhkəməsinin qərarında nəinki Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin aparılması göstərilmiş, həmçinin mövcud vəziyyəti qoruyub saxlamasına görə Ermənistanın cavabdeh olması müəyyən edilir. Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfin - Azərbaycan və Ermənistanın olması təsdiq edilir.
Bundan əlavə, Avropa Məhkəməsinin həmin qərarı yekun qüvvəyə mindiyi üçün artıq Avropa Şurası Nazirlər Komitəsinin məhkəmə qərarlarının icrasına nəzarət səlahiyyətlərinə aiddir. Deməli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu qurumun gündəliyinə daxil olur və hər hansı üzv dövlətin siyasi mövqeyindən və ya uydurma mülahizələrindən asılı olmayaraq Avropa Şurasının gündəmində olacaqdır. Bu, həmçinin digər beynəlxalq təşkilatlara da aiddir.
Avropa Məhkəməsinin bu qərarı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartların tətbiqini aradan qaldırmaq istiqamətində mühüm addımdır.
Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışında xarici siyasətimizin əsas probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin olmasını bildirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdır ki, erməni lobbisinin çirkin səylərinə baxmayaraq, biz son illər ərzində apardığımız siyasət nəticəsində sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır.
Şübhəsiz ki, Avropa Məhkəməsinin qərarı mövqeyimizin tam haqlı və əsaslı olmasını bir daha bütün dünyaya göstərdi.
Görünür, Azərbaycanın bu növbəti uğuru yenə Ermənistanın rəsmilərini vahiməyə saldı. Bu ölkənin xarici işlər naziri Azərbaycanı qərardan istifadə etməməyə çağırırsa, deməli, qərarın Azərbaycan üçün vacib alətə çevriləcəyindən qorxur və etiraf edir ki, bu qərar Azərbaycanın maraqlarına tam cavab verir.
Biz Avropa Məhkəməsinin bu qərarı ilə kifayətlənməyəcəyik, məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiə və bərpa edilməsi məqsədilə tədbirlərimizi davam edəcəyik və erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməsinə nail olacağıq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM