Azərbaycanda deputat oğlu milyonlarını reklam etdi- Foto

10:48 / 12.02.2014

Deputat oğlunun qiyməti on minlərlə dollarla ölçülən bahalı saatları və ətriyyatı da var 
Əgər lovğalıq, özündənrazılıq da işıq saçsaydı, Aynar Məmmədov hətta kosmosdan da görünərdi. Bəs orta statistik azərbaycnlı soyadı daşıyan bu adam kimdir?
 
Virtualaz.org saytının xəbərinə görə, bu adam nəqliyyat naziri Ziya Məmmədovun kiçik qardaşı, deputat Elton Məmmədovun 26 yaşlı oğlu Aynar Məmmədovdur. Aynar həmin orta statistik azərbaycanlıdan onunla fərqlənir ki, özünə heç nə sarıdan korluq vermir.

Azərbaycanda deputat oğlu milyonlarını reklam etdi- Foto

 

Amma Aynar yaşı 50-dən çox olan oliqarxlardan fərqli olaraq müasir gəncdir və sosial şəbəkələrdən də fəal şəkildə istifadə edir. Əlbəttə, Aynar da özünün yüksək mənsəbli dostları qarşısında pərt olmaq, utanmaq istəmir. Elə buna görə də deputat balası sosial şəbəkədəki şəxsi səhifələrində təzəcə aldığı bahalı oyuncaqlarını müntəzəm olaraq "sərgiyə çıxarır”.
 
Aynar balanın bu əyləncəsi isə filateliya, aviasiya, yaxud da Cənubi Amerikaya sərgüzəştlər dolu səyahətlər deyil. O, məmur, oliqarx və ya deputat balalarından elə də fərqlənmir. Onun da sevdiyi əşyalar bahalı maşınlar, saatlar, pal-paltardır.

Azərbaycanda deputat oğlu milyonlarını reklam etdi- Foto

Amma bu əşyaların bahalığına görə yəqin ki, heç kim Aynara çata bilməz. Aynarın ən çox öyündüyü şey unikal maşın kolleksiyasıdır. Bura dünyanın aşağıda adları sadalanan ən bahalı, sürətli və dəbdəbəli avtomobil markaları daxildir:

 

- "Lamborghini Avendator LP700-4” (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir);
 
- "Mercedes CLS 63” (72 min dollar);
 
- "Grand Cherokee” (60 min dollar);
 
- "Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır);
 
- "Maserati” (ən sadə modeli 65 min dollardır).

 

Azərbaycanda deputat oğlu milyonlarını reklam etdi- Foto

 

Ola bilər kimsə mübahisə eləsin, desin ki, bu maşınlar deputat oğlunun deyil. Amma bu maşınların hər birinin dövlət nömrə nişanında 100 rəqəmi var. Bu nömrə də Aynarın sevimli nömrəsidir. Nömrəsində 100 rəqəmi olan "BMW M5” markalı dəbdəbəli maşın onun İnstagram səhifəsində tez-tez gözə soxulur. Ona görə də "bunlar Aynarın ola bilməz” şübhələri əsassızdır. Yeri gəlmişkən, "BMW M5” dünyada ən sürətli maşınlardan sayılır. O, saatda 100 km məsafə sürətini 4,7 saniyəyə yığır. Aynar bala Bakıda gəzintiyə bu maşınla çıxır...
 
Yeri gəlmişkən, bu maşının "F10” modeli nisbətən "ucuzdur” - 150 min dollar. Aynar Məmmədov məhz bu modelin sahibidir. Ən maraqlısı da odur ki, deputatın oğlu, nazirin qardaşı oğlu bu dəbdəbəli əyləncələri özünə vətəndaşı 200 manat pensiya ucbatından özünü yandıran bir ölkədə rəva görür.
 
Xəbərlərdən belə məlum olur ki, Birləşmiş Ərəb Əmirliklərində "Lamborghini Avendator P700-4” markalı maşınında kefikök halda gəzib dolaşan Aynar Məmmədov onu nəhayət ki, Bakıya gətirmək qərarına gəlib. Məsələ burasındadır ki, dostları onun belə bir əfsanəvi maşınının olmasına inanmayıblar. Uşaq da dediyini sübuta yetirib...
 
Amma təkcə maşınlar da deyil. Deputat oğlunun qiyməti on minlərlə dollarla ölçülən bahalı saatları və ətriyyatı da var. Onların hamısı xüsusi sifarişlə hazırlanıb. Hamısının da üstündə bu ərköyün və zəngin müştərinin adı həkk olunub.

 

 

Azərbaycanda deputat oğlu milyonlarını reklam etdi- Foto

 

Razılaşın ki, "Dior”, "Fendi”, "Yves Saint Laurent” kimi məşhur brendlər artıq çox "darıxdırıcı və bayağı”dır. Aynar balanın isə incə zövqü varmış. Buna görə də deputat balası üçün hətta ətriyyat da ərəblərin dəbdəbəli "Hindal Oud” parfümeriya fabrikində xüsusi sifarişlə hazırlanır. Bu ətirlərin ən böyük müştərisi Yaxın Şərqin zəngin şeyx və şahzadələridir. Bəs Aynar Məmmədovun onlardan nəyi əskikdir ki?!
 
Cənab Məmmədovun incə zövqü özünü geyim-kecimdə də göstərir. O, paltarları yalnız bahalı "Emiland” markasından sifariş edir.
 
Vaxt amili, daha doğrusu, amanın qol saatlarındakı inikası da Aynar Məmmədovun həyatında vacib yerlərdən birini tutur. Gənc yeni azərbaycanlının qolunun yaraşığı "Bovet”, "Harry Winston” kimi zavodlarınən bahalı məhsulları, , həmçinin "BMWM5”-nin kolleksiya variantıdır. Virtualaz.org saytının araşdırması göstərir ki, bu saatların qiyməti isə 60 min dollardan başlayıb 240 min dollarda qurtarır.

Azərbaycanda deputat oğlu milyonlarını reklam etdi- Foto

 

Yeri gəlmişkən, Aynar Məmmədovun rəsmi iş yeri Milli Məclisdir. Yəni o, de-yure məmur sayılır. Amma görünən budur ki, deputat oğlunun həyatında ən başlıca yeri qanun layihələri vəı seçicilər yox, bahalı maşınlar tutur. Buna görə də Aynar Məmmədov maşınların tüninqi (avtomobillərin görkəminin dəyişdirilməsi və bəzədilməsi) ilə məşğul olan elit "PP-Perfomance” atelyesinin sahiblərindən biri olmağa qərar verib. Bu şirkətin ofislərinə dünyanın hər yerində rast gəlmək olar.
 
Virtualaz.org saytının əldə etdiyi digər xəbərə görə, Aynar Məmmədov Azərbaycanın ən  korrupsiyalaşmış ali məktəbini - Dövlət İqtisad Universitetini bitirib. Burada isə yekəxanalıqdan və lovğalıqdan başqa heç nə öyrətmirlər. 
 
Tutalım, uzaq 1988-ci ildə məsələn, Rusiyanın Tomsk şəhəri sakininin ağlına gələrdimi ki, gün gələcək, o, ərəb çöllərində yarım milyon dollarlıq "Lamborghini”də şütüyəcək, qolundakı 200 min dollarlıq saata baxıb vaxtını necə keçirdiyini öyrənmək istəyəcək? Əgər bu, baş versəydi də onu yalnız Allahın lütfü saymaq lazım gələcəkdi.
 
Azərbaycanda isə... Bu ölkədə sadəcə məmur, deputat oğlu kimi, bəd ayaqda lap elə nazirin qardaşı oğlu kimi doğulmaq kifayətdir. Halbuki...
 
Halbuki belə olmamalı idi. Bir deputat oğlunun, bir nazirin qohumunun ədabazlığı yolunda xərclənmiş bu pulların 10 faizi ilə təcili cərrahiyyə əməliyyatına ehtiyac duyan neçə uşağın həyatını xilas etmək olardı. Bu pulların 20 faizinə Qarabağ əlillərinin və veteranlarının neçəsinin həyatını yaxşılaşdırmaq olardı. Olardı. Əgər istəsəydilər.
 
Məmmədovlara isə elə gəlir ki, bu ədabazlıq, bu sərvət, bu dəbdəbə onlara xoşbəxtlik gətirir.../etatist.com/

 
newstitle
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM