Anti-Azərbaycan şəbəkənin Rebekka Vinsent problemi - TƏHLİL

11:16 / 22.06.2015

Milyonlarla vəsaiti göyə sovuran “Miledi” şəbəkəni “bəs sonra?” sualı ilə üz-üzə qoyub

 

Olimpiya Oyunlarına Qarşı Beynəlxalq Şəbəkə (CON) 2012-ci ildə təsis  edlib (https://counterolympicsnetwork.wordpress.com/about/).  Adı bir qədər çaşdırıcıdır, yəni əslində CON təmsilçiləri olimpiadalara qarşı deyillər. Hədəfləri   Olimpiaya oyunlarına sponsorluq edən transmilli korporasiyalardır. Başqalarından fərqli olaraq niyyətlərini gizlətməyən CON təsisçiləri açıq şəkildə bildirirlər ki, təşkilatlanmalarının səbəbi təmsil etdikləri şirkətlərin Olimpiya oyunlarının sponsorları sırasında qatılmalarına nail omaqdır  ( http://vse-o-sochi.ru/olympic-games-2014/423-aktivizirovalos-antiolimpiyskoe-dvizhenie.html ): “İri şirkətlər Olimpiya oyunlarına sponsorlu etməklə bir tərəfdən reklam olunurlar, digər tərəfdən isə  burada  öz məhsullarının satışını təşkil etməklə ikitərəfli qazanc əldə edirlər.  Amma Olimpiya oyunlarının sponsorluğu ənənəvi olaraq bir qrup  transmilli korporasiyalara həvalə olunduğu üçün, başqaları bu sıraya müdaxilə edə bilmirlər, nəticədə  böyük maliyyə vəsaiti qazanmaqdan məhrum olurlar”. İnternet saytlarındakı məlumatdan aydın olur ki, CON-u Olimpiya oyunlarına sponsorluq edən ənənəvi şirkətlərin rəqibləri yaradıblar və məqsədləri sponsorlar sırasında yer tutmaqla yeni iqtisadi imkanlar əldə etməkdir. 

 

CON  2012-ci ildə Londonda, 2014-cü ildə Soçidə Olimpiada keçirilən zaman aktivləşmək istəyib.  Amma mövqeyi qeyri-ciddi qarşılandığı üçün səhnədən silinib.  Mövzunu dəyişib ayaqda qalmaq üçün manevr də edə bilməyiblər.  Məsələn, Soçi olimpiadası ərəfəsində diqqət mərkəzinə gəlmək üçün Rusiyada “Çərkəzlərin soyqırıma məruz qalmasına qarşı kampaniya” keçirmək istəsələr də, populyarlıq qazana bilməyiblər. İnsan haqları müstəvisində oyun qurmaq cəhdləri baş tutmayıb.   Uğursuzluqdan yaranan ruh düşkünlüyü toparlanmalarına imkan verməyib və 2015-ci il Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində hər hansı bir aksiya planlaşdırmayıblar.  Amma nə qədər künc-bucaqda qalmış olarsalar da, Rebekka Vinsentin diqqətindən yayınmayıblar.  

 

Bakı Oyunları ərəfəsində ABŞ-ın yönləndirməsi ilə anti-Azərbaycan kampaniyaya cəlb edilmiş 3 koalisiya, 12 QHT-yə, bir o qədər də KİV-ə  koordinator  təyin edilən bu xanım, heç bir uğur qazana bilməyib və sonda “boğulmamaq üçün  saman çöpünə əl atıb”.   Rebeka Vinsent, düşdüyü məğlub durumdan çıxmaq üçün iyunun 20-də CON-a üz tutub.  Tvitter səhifəsindən CON-a ünvanladığı “Bakıda oyunlar bitir, nə düşünürsüz?” sualını, əslində bu xanımın düşdüyü durumun göstəricisi kimi şərh etmək mümkündür. I Avropa Oyunlarının açılış mərasimində çıxış etmiş Ledi Qaqaya koordinatoru olduğu “İdman və İnsan haqları” koalisiyası adından müraciət göndərib Bakı əleyhinə ifadə almaq istəyən, istəyinə nail olmayınca  CON kimi küncdə qalmış təşkilatlara üz tutan Vensentin hərəkətləri  məntiqi ardıcıllıqdan daha çox, uğursuzluq sindromundan çıxmaq cəhdinə bənzəyir. Düzdür, özündən ağıllıların məsləhətlərini dinləyərək sonradan bu müraciəti səhifəsindən silsə də, bu, onun düşdüyü durumun mənzərəsini  dəyişmir.  Qınamaq da olmur, sərf edilən milyonlarla vəsait, böyük media və QHT resursu qarşılığında Rebeka Vinsentə həvalə edilən missiya tam iflasa uğradı.  Oyunlarında bu xanımın da rol aldığı məlum güc mərkəzinin iradəsinin ziddinə olaraq, Avropa Oyunlarını geosiyasi çəkişmə müstəvisinə keçirmək, siyasiləşdirmək mümkün olmadı,  Bakı Oyunlarının boykotu baş tutmadı. Heç bir ölkənin idman  komandası Azərbaycana gəlməkdən imtina etmədi. Heç bir ölkə MOK-u siyasi bəyanat vermədi, yarışlara qatılmaqdan yayınmadı, siyasi oyunların iştirkçısına çevrilmədi. ABŞ-ın və onun Avropadakı bütün resurslarının cəlb edildiyi anti-Azərbaycan kampaniyası alt-üst oldu. Bu kampaniyada onlara dəstək vermiş  “5-ci kolon” üzvlərinin toxunulmazlığı belə təmin edilmədi, onları hüquqi məsuliyyətdən yayındırmaq cəhdləri baş tutmadı. Bir həftə içində I Avropa Oyunları bitəcək: Azərbaycanın uğuru, anti-Azərbaycan qüvvələrin məğlubiyyəti ilə. 

 

Artıq bir mərkəzdən idarə olunan xarici anti-Azərbaycan şəbəkənin də arqumentləri bitib. Nə qədər eyni qondarma mövzunu diqqətə gətirmək və gündəmdə saxlamağa çalışmaq olar. Axı beynəlxalq medianın də öz dəyərləri, kodeksləri, informasiya siyasəti, informasiyaya yanaşma və təqdimat meyarları var. Onlar da öz nüfuzlarını boş və mənasız məsələlərə xərcləyə, qeyri-obyektiv və aktuallıq kəsb etməyən mövzuları günlərlə əsas xəbər kimi az qala manşetdə saxlaya bilməz və hətta “qüdrətli mərkəzlərin mənafeyi naminə” öz imiclərinə bu qədər kobud zərbə vura bilməzlər. Adi oxucu da bu yanaşmanın kampaniya xarakterli olduğunu görür və günlərlə təkrarlanan mövzudan bezərək həmin media orqanlarına müraciət edib-etməmək haqqında düşünür.  Buna görə də “Assoşeyted Press” kimi nüfuzlu media orqanının bir daha stadionlarda “boş oturacaqlar” axtarışına çıxmayacağını,  BBC-nin bir həftə bundan əvvəl xüsusi təşkil olunmuş “cəbrayıllı Bono”nun sərgüzəştlərini yanlış şəkildə təqdim etməyəcəyini, “The Guardian”ın  da jurnalistlərin yazılarını təhrif olunmuş şəkildə verməyəcəyini deməyə əsas vardır.    

 

Vinsentin çaşqın durumu  onun təsir dairəsində olan anti-milli KİV-lərin fəaliyyətində də hiss olunur.  “Meydan TV” tənqid etməyə mövzu tapmayınca,  qondarma problemlər yaratmağa başlayıb.  Yaşadığımız həftə içində çəkdiyi  mövzu qıtlığını həftə sonunda  “Bakıda avtobus qəzasına düşən avstriyalı atlet Vanessa Şahinoviçi bir saat ərzində öldürüb-diriltməklə” kompensasiya etmək istədi. Sonra isə Avropa Yenidənqurma və İnkişaf Bankının internet səhifəsindən 2010-cu ilə aid qondarma və naftalin iyi verən diaqram tapıb səhifəsinə yerləşdirməklə sübut etməyə çalışdı ki, sən demə, Azərbaycan da az qala Ermənistan qədər qeyri-tolerant ölkə imiş. 

 

Qrupun başqa bir təmsilçisi-“Azadlıq” qəzeti isə daha “səmimi davrandı”. “Avropa Oyunları özündən sonra hansı problemləri buraxacaq?” (  http://www.azadliq.info/xeberler/358-xeber/68922-avropa-oyunlar-oezuendn-sonra-hans-problemlri-buraxacaq.html ) başlıqlı yazıda artıq I Avropa Oyunları dönəmi bitmiş sayılır, növbəti mərhələ üçün fəaliyyət proqramları qurulur, problem yaratmaq üçün tezislər müəyyənləşdirilir. Yazıda etiraf olunur ki, bu cür möhtəşəm tədbirlər keçirmək “hətta inkişaf etmiş, oturuşmuş dövlətlərdə belə, ...təlatümlər yaradır”.  Ölkənin  gələcəyini  problemlər məngənəsində göstərmək istəyən bu cümlələrin müəllifləri, özlərindən  asılı olmayaraq, Azərbaycanın uğurunu etiraf ediblər: bəli, bu cür möhtəşəm tədbirlər təşkil etmək hətta böyük dövlətlər üçün çətindir. Amma Azərbaycan bütün çətinlikləri aşa bildi, rəqiblərini isə müşkülə saldı.  I Avropa Oyunları problemsiz bitdi, rəqiblər isə indi “bəs sonra” sindromundan əziyyət çəkirlər. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM