CNN: beynəlxalq jurnalistikanın “Amerika faciəsi”

14:51 / 22.06.2015

Azərbaycan qanunlarını pozan Emin Hüseynov 10 aylıq gizli şəkildə İsveçrə səfirliyində yaşadıqdan sonra bu ölkənin xarici işlər nazirinin təyyarəsində Avropaya, özünün arzuladığı və doğma vətəni hesab etdiyi qitəyə uçdu. Ardınca ABŞ hökumətinin əsas təbliğat maşını hesab olunan CNN telekanalına müsahibə verərək, Azərbaycanı “insan haqlarının pozulmasında” və “anti-demokratik” ölkə olmaqda ittiham etdi. Bunu anti-Azərbaycan tamaşasının finalı hesab etmək olardı...
 
Emin Hüseynovun Azərbaycan əleyhinə çıxışında qeyri-adi heç nə yoxdur. Asan və çirkli yolla varlanaraq, vergidən yayınan bu adam cibindəki pulların toxunulmazlığının onu böyüdən torpaqdan daha önəmli olduğunu göstərdi. Onun anti-Azərbaycan ritorikası isə dərsini pis oxuyan məktəblinin “şparqalkasına” xatırladırdı. Əsas məsələ Emin Hüseynova efir vaxtı verən CNN-nin anti-Azərbaycan prosesinə qoşulmasıdır.
 
Həmin reportajın sujet xəttində məsələnin mahiyyəti aydın şəkildə sezilir. CNN-nin “üzü” qismində çıxış edən jurnalist Kristina Amanpur birbaşa İsveçrəyə qoşularaq Emin Hüseynova suallar ünvanlayır, onun dili ilə Azərbaycanı ittiham edir. Lakin cavablar Amanpuru qane etmir, o müsahibinə istiqamət verir və Azərbaycan haqda daha çox “mənfi informasiya” istehsal etməyə cəhdlər edir.
 
Sözügedən verlişin ümumi məğzi bundan ibarət idi. Amanpurun məqsədinə nə qədər nail olduğunu demək çətindir. Lakin o faktdır ki, CNN-nin efirində yayımlanan bu reportajla Azərbaycan haqda qarayaxma kampaniyasının daha geniş spektirdə aparılması hədəflənib. Bu işi isə Dövlət Departamentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Ceyms Rubinlə ailə quraraq “Ağ Evin qohumu” olan Kristina Amanpurdan daha yaxşı bacaran tapılmazdı. Əslində birbaşa ABŞ hökumətinin piar firması hesab olunan CNN-nin anti-Azərbaycan kampaniyasına qoşulması və bu prosesin Dövlət Departamentinə “qohum” jurnalist tərəfindən aparılması təsadüfi deyil. İlk Avropa Oyunlarının startına iki ay qalmış – bu ilin aprelində mediada “Bakı-2015” üzərindən Azərbaycana hücumların olacağı haqda informasiya yayılmışdı. Bu kampaniyanın əsas təşkilatçısı isə Dövlət katibi Con Kerri idi. Yayılan informasiya daha sonra öz doğruluğunu tapdı və anti-Azərbaycan şəbəkəsi “Bakı-2015” üzərindən kampaniyaya start verdi. CNN isə bu tamaşanın finalına saxlanılmışdı. Çünki CNN mediada Dövlət Departamentinin “ağır topu” hesab olunur. Bu telekanal ABŞ-ın dünyanın müxtəlif yerlərində apardığı işğal siyasəti və hücum kampaniyasının əsas ruporudur. Və dəfələrlə sınaqdan “üzü ağ” çıxıb. Bir çoxlarına görə, CNN kimi dünya miqyaslı telekanallar öz reputasiyası üçün yalan informasiyaya əl atmaz. Belə telekanallar üçün əsas meyar tamaşaçının marağıdır. Lakin faktlar tamaşaçı marağının ikinci, bəlkə də onuncu planda olduğunu göstərir. Əsas maraq piar və təbliğatın aparılması, ictimai rəyin məqsədəuyğun şəkildə formalaşdırılmasıdır.
 
CNN-nin Azərbaycanla bağlı məqsədyönlü şəkildə yaratmağa cəhd etdiyi ictimai rəy də buna əsas nümunə idi. Bu telekanalın hədəfində indiyə qədər təkcə Azərbaycan yox, dünyanın müxtəlif məkanları, daha dəqiq desək, ABŞ-ın sifariş verdiyi ölkələr olub. Dövlət Departamenti CNN-ə bir növ lazım olan ictimai rəyi sifariş verir, telekanal da sifarişə uyğun hərəkət edir. Çünki Amerika üçün ictimai rəy həmişə önəmlidir. “Silah sisteminin yaradılmasına 9 dollar qoymaqdansa, təbliğata 1 dollar qoymaq daha sərfəlidir. Çünki silahdan nadir hallarda istifadə olunursa, informasiya hər gün və hər yerdə lazımdır”, - ABŞ-ın keçmiş prezidenti Riçard Nikson belə deyirdi. ABŞ –a lazım olan ictimai rəyin yaradılmasında CNN telekanalı daim ön sıralarda qərarlaşıb.
 
Bununla bağlı yetərincə faktlar var. CNN İraqa hücumu necə təşkil etdi? 1990-cı illərdə ata Buş İraqa hücum etməyin yollarını axtarırdı. Lakin bunu reallaşdırmaq üçün ciddi əsas yox idi. Bu zaman CNN dövriyəyə girdi. Telekanal 15 yaşlı küveytli qızın dili ilə onun könüllü olaraq işlədiyi doğum evinə Səddamın əsgərləri tərəfindən hücum edildiyi və yarımçıq doğulan körpələr üçün nəzərdə tutulan küveys aparatlarının oğurlandığı, nəticədə 300 körpənin tələf olduğu xəbərini dünya ictimaiyyətinə çatdırdı. Beynəlxalq Amnistiya təşkilatı bu dezinformasiyanı təsdiqlədi. Heç bir əsas tapmayan Amerika İraqa hücum etmək üçün bu şaiyədən lazımınca istifadə etdi. Daha sonra CNN-nin istinad etdiyi 15 yaşlı qızın əslində Küveytin ABŞ-dakı səfirinin qızı olduğu ortaya çıxdı. Nayihar el-Sabah adlı yeniyetmə qız həmin doğum evində heç vaxt olmamışdı. Pentqonun sifarişi və ölmüş qarabatdaqlar ABŞ İraqa girəndən bir il sonra CNN Pentaqonun sifarişinə əsasən daha bir informasiya istehsal etdi. Videokadrlarda göstərilirdi ki, Səddam Hüseyn Küveyti bombalayıb və neftin dənizə tökülməsi nəticəsində qarabatdaqlar məhv olublar. Halbuki, bu görüntülər CNN-nin arxivindən götürülən köhnə kadrlar idi. 2001-ci ildə Əfqanıstan kampaniyası zamanı CNN-nin Vainqtondakı havadarları tərəfindən yeganə alternativ informasiya vermək imkanına sahib olan “Əl-Cəzirə”nin yayım hüququndan məhrum edilməsi də məhz lazım olan ictimai rəyin formalaşdırılması yolunda maneələri aradan qaldırmaq məqsədi daşıyırdı. Yenə İraq və CNN-nin oğul Buşa yardımı CNN oğul Buşun İraq müharibəsi üçün də əsas informasiya ruporu rolunda çıxış edib. Belə ki, 2003-cü ildə oğul Buş İraqa hücum edərkən ictimai rəyi aldadan 935 rəsmi açıqlama verildi. Bunun da əsas yayımçısı kimi CNN çıxış edirdi. Misal üçün, Dövlət katibi Kolin Pauelin (Colin Powell) İraqda kimyəvi silah olması və Səddam Hüseynin Əl-Qaidə ilə əlaqələri haqda saxta informasiyalar CNN tərəfindən dünyaya çatdırılıb. ABŞ KİV-nin məlumatlarına görə, oğul Buş administrasiyasının vitse-prezidenti Dik Çeyni və müdafiə naziri Donald Ramsfeld CNN-nin rəhbəri Ted Turnerlə yaxın dost olublar. Məhz bu dostluq Buş administrasiyasının İraq müharibəsində CNN-nin yardımını təmin edib. “CNN rəhbərliyi məndən İraq və Suriyadakı vəziyyətlə bağlı şişirdilmiş informasiya verməyi tələb edirdi. Səbəbini soruşanda isə “ABŞ rəhbərliyi belə istəyir” deyə cavab verirdilər”.
 
Bu sözləri isə CNN-nin Suriya və İraqda reportyor işləyən keçmiş işçisi Ember Lion (Amber Lyon) deyib. E. Lion CNN-nin yaydığı informasiyalara görə ABŞ rəhbərliyindən böyük miqdarda pullar aldığını da bildirib: “Bu pullar İrana qarşı hərbi müdaxilənin qanuniləşdirilməsi üçün ictimai rəyə yönələn informasiyalara görə verilirdi”.
 
CNN-nin keçmiş jurnalisti daha sonra Dövlət Departamentinin informasiya yayımına birbaşa müdaxilə etdiyini açıqlayıb. “Digər media orqanlarına nisbətən, CNN-də dezinformasiya daha çoxdur və bu jurnalistlərdən məcburi şəkildə tələb olunur. Telekanalda yayımlanan informasiyalar əksər hallarda Dövlət Departamenti tərəfindən lazımi formaya salınır. Hansı informasiyanın nə vaxt və necə təqdim edilməsini də məhz Dövlət Departamenti müəyyyənləşdirir. Bu informasiyalar çox vaxt saxta olur. İraqa hücum zamanı yalan informasiyalarla beynəlxalq ictimaiyyətin dəstəyi necə əldə olunmuşdusa, İrana qarşı da eyni ssenari tətbiq olunurdu. Bizim ölkədə jurnalist, yaxud hansısa şəxs Amerika siyasətinə qarşıdırsa, o ən yaxşı halda təqib olunur və ya həbs edilir”, - deyə CNN-nin informasiya mətbəxinə bələd olan E. Lion etiraf edib.
 
Lakin CNN-nin yalanları bunlarla bitmir. Suriya böhranı başlayan zaman beynəlxalq müdaxiləyə əsas yaradan yalan informasiyaları da bu telekanal istehsal edirdi. Kadrların birində isə telekanalın əsl üzü ortaya çıxdı. Belə ki, CNN-nin Suriyadakı müxbiri Danni Dayemin canlı yayıma çıxmamışdan öncə yanındakı insanlara atəş açmağı əmr edir. Daha sonra o, son iki saatda yüzlərlə insanın öldürüldüyünü deyir. Ortaya çıxan əsl kadrlar isə bunun CNN-nin növbəti “səhnəciyi” olduğunu göstərdi.
 
Göründüyü kimi, CNN beynəlxalq jurnalistikanın əsl “Amerika faciəsi”dir. Dövlət Departamentindəki bossların sifarişi ilə Emin Hüseynovun efirə çıxarılması, onun dili ilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsi də CNN-nin ictimi rəyə hesablanan növbəti komediyası idi.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM