Bunu modern.az saytına hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. YAP funksioneri Facebook sosial şəbəkəsində onun adına açılan saxta hesablarla bağlı danışarkən bildirib ki, bu, artıq kütləvi hal alıb. Deputat bunun qəsdən təşkil edildiyini və eyni mərkəzdən idarə olunduğunu düşünür: “Ümumiyyətlə, ayrı-ayrı dövlət adamlarının adına yalançı profillər yaradılır. Bütün bunlar eyni mərkəzdən idarə olunur. Məsələnin araşdırılması, saxtakarların üzə çıxarılması istiqamətində iş gedir. Amma onu da nəzərə alaq ki, Facebook-un mərkəzi xaricdə olduğundan müəyyən çətinliklər var”.
Siyavuş Novruzovun sözlərinə görə, xaricdəki təxribatçı qrupların Azərbaycandakı xüsusi nümayəndələri də sosial şəbəkələrdə saxta profillər yaratmaqla məşğuldurlar.
Qeyd edək ki, Facebook-da Siyavuş Novruzovun adına bir neçə hesab açılıb.