Politoloq: “Freedom House” az qalır ki, bu gün işğalçı Ermənistanda baş verənlərə görə də Azərbaycanı günahkar çıxarsın”

20:57 / 23.06.2015

“Freedom House” təşkilatının insan hüquq və azadlıqları ilə bağlı ölkələrdəki vəziyyətlə əlaqədar indiyə qədər açıqladığı hesabatlar qərəzli xarakterdə olub. Təşkilatın 2015-ci ildə “Demokratiya Reytinqi” adı altında postsovet ölkələri ilə bağlı açıqladığı hesabat da kifayət qədər siyasiləşmiş və qərəzlidir, sifariş əsasında hazırlanıb”.

 

Bunu APA-ya açıqlamasında “Freedom House” təşkilatının 2015-ci ildə "Demokratik tərəqqinin reytinqi" adı altında postkommunist ölkələri ilə bağlı açıqladığı hesabata münasibət bildirən politoloq Elman Nəsirov deyib.

 

Qeyd edək ki, “Freedom House” 2015-ci il üçün ölkələr üzrə "Demokratik tərəqqinin reytinqi"ni açıqlayıb.

 

“Freedom House”un rəsmi internet səhifəsində yerləşdirilən reytinq cədvəli 1-7 ballıq şkala ilə ölçülüb. Demokratik tərəqqinin ən yüksək səviyyəsi 1, ən aşağı səviyyəsi isə 7 balla qiymətləndirilib.

 

29 ölkənin yer aldığı reytinq cədvəlində Azərbaycanda demokratiyanın vəziyyəti 6.75 balla qiymətləndirilib.

 

Gürcüstana 4,64, Ermənistana 5.36 bal, Rusiyaya isə 6.46 bal verilib.

 

E. Nəsirovun fikrincə, “Freedom House” təşkilatının illərdir, açıqladığı hesabatları müqayisə etdikdən sonra bu qənaətə gəlmək olur ki, hesabatlarda hansı ölkələrdə  insan hüquq və azadlıqlarının vəziyyəti acınacaqlı qeyd olunub, birmənalı şəkildə hesab etmək olar ki, həmin ölkələrdə vəziyyət yaxşıdır: “Sadəcə, “Freedom House” öz sponsorlarının diktəsi altında siyasi mülahizələrdən çıxış edərək ölkələrə təzyiq vasitəsi kimi belə hesabatlar hazırlayır. İndiki halda da bu, hesab deyil. “Demokratiya Reytinqi”nə baxanda hətta elə təəssürat yaranır ki, bu gün işğalçı Ermənistanda baş verənlərə görə də günahkar Azərbaycandır. “Freedom House” az qalır ki, bu gün Ermənistanda baş verənlərə görə də Azərbaycanı günahkar çıxarsın. 1 milyondan artıq soydaşımızın hüquqlarını total şəkildə pozan, onları qaçqın və məcburi köçkün həyatı yaşamağa vadar edən Ermənistan bu siyahıda daha yaxşı yerdə göstərilir,  Azərbaycana münasibətdə isə tamamilə fərqli yanaşma ortaya qoyulur. Bu dəqiqə Ermənistanda polis xalqın etiraz aksiyasını darmadağın edir, hətta elə vəziyyət yaranıb ki, paytaxt İrəvanda həbs olunan insanları yerləşdirmək üçün həbsxanalarda yer qalmayıb, o insanları digər şəhərlərdəki həbsxanalarda yerləşdirirlər. Əhaliyə qarşı qeyri-adekvat güc tətbiqi həyata keçirilir. Belə bir dövlətin isə adı siyahıda daha yaxşı vəziyyətdədir, guya insan hüquq və azadlıqları sahəsində Ermənistanda elə də ciddi problemlər yoxdur. Bütün bunlar bir daha bu qənaətə gəlməyə əsas verir ki, belə hesabatlar birmənalı şəkildə öncədən konkret sifariş əsasında hazırlanıb. Barmaqla göstərilir ki, filan ölkələrin iqtisadi, insan hüquqları, sosial inkişaf, mədəniyyət, idman sahələrində, yəni insan inkişafı indeksi ilə bağlı hansı nəticələr əldə etməsindən asılı olmayaraq, o ölkələri aşağı səviyyədə göstərin, eyni qaydada da başqa dövlətləri yuxarı səviyyədə göstərin. Bu, ikili standartların birbaşa təsdiqidir, biz buna təəccüblənmirik. Hesab edirik ki, bu, Azərbaycana qarşı Birinci Avropa Oyunları ərəfəsində, yarışların getdiyi müddətdə və bundan sonra da göstəriləcək təzyiqlərin növbəti həlqəsidir. “Freedom House”  təşkilatının timsalında da biz bunun dəfələrlə şahidi olmuşuq”.

 

Politoloq qeyd edib ki, Azərbaycan xalqı belə hesabatlara çoxdan inanmır, hesab edir ki, bu hesabatlar təzyiq elementi kimi nəzərdə tutulub: ""Freedom House" təşkilatının adında azadlıq sözü olsa da, əslində insanların azadlığı ilə yox, ayrı-ayrı dövlətlərin müstəqil siyasətinin qarşısının alınması və asılı vəziyyətə salınması, qeyri-azad vəziyyətə salınması siyasətini həyata keçirir. Hansı dövlət müstəqil siyasət yürüdürsə, “Freedom House”un siyahısında ən pis durumda təqdim olunur. Bu baxımdan Azərbaycana münasibətdə məlum yanaşmanın motivlərini başa düşmək mümkündür”.        


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM