Trend Mediamaks-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir: “İyunun 23-də etiraz aksiyasının dağıdılması zamanı polisin güc tətbiq etməsi, həmçinin polis şöbələrindən zorakılıqla bağlı yayılan məlumatlar bizi çox narahat edir. Bundan başqa, əməliyyat zamanı jurnalistlər və onların texnikalarının əsas hədəf seçilməsi də bizi narahat edir. Ermənistan hökuməti polis tərəfindən qeyri-adekvat güc tətbiq edilməsi ilə bağlı tam və şəffaf araşdırma aparmalıdır”.