Erməni hakerlər Ermənistanın uydurmalara əsaslanan istorioqrafiyasını ifşa edən “Saxtakarlıqları ifşa edənlər” kitabının cildlərinin elektron versiyasının yerləşdirildiyi www.nofalsify.com saytına hücum ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə saytın administrasiyasından məlumat verilib.
“Hakerlər saytın məlumat bazasına daxil olmaq üçün bir neçə uğursuz cəhd ediblər. Bundan sonra Avropa serverlərindən kütləvi DDOS-hücum həyata keçirilib ki, bu da saytın dağılmasına səbəb olub. Hazırda profilaktik işlər görülür, sayt yaxın günlərdə yenidən istifadəyə veriləcək”,- deyə administrasiyadan bildirilib.
www.nofalsify.com saytında Fuad Axundovun “Saxtakarlıqları ifşa edənlər” kitabının cildlərinin rus və ingilis dillərində elektron versiyaları yerləşdirilib. Kitabda dünyanın tanınmış alimlərinin, o cümlədən erməni alimlərin ermənilərin tarixi barədə mifləri ifşa edən sitatları və elmi araşdırmaları toplanıb. Sayt “Erməni ictimaiyyətinə informasiya dəstəyi” proqramı çərçivəsində baza rolunu oynayır.
“Əgər qarşı tərəf saytı dağıtmaq üçün haker hücumu kimi qeyri-sivil metod seçibsə, bu, onların əllərində elmi sübutların olmamasından xəbər verir. Ermənilərin dünyaya təqdim etdikləri tarixi mifləri ifşa etməyə yönəlmiş proqramımızın qarşısını hər yolla almaq cəhdlərinə məhz bu aspektdən baxmaq lazımdır”,- deyə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov saytın dağıdılması ilə bağlı fikir bildirib.
“Bizim yaratdığımız www.nofalsify.com saytı fəaliyyət göstərdiyi qısa müddət ərzində populyarlıq qazandı və erməni ictimaiyyətinin regionun tarixi haqqında elmi faktlarla məlumatlandırılması işində səmərəli rol oynadı. Saytın hakerlər tərəfindən dağıdılması cəhdləri bütün yollara əl atmaqla erməni ictimaiyyətinin dünya istorioqrafiyasından təcrid edilməsi siyasətinin davamıdır”,- deyə F.Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Maraqlıdır ki, hakerlərin əsas hücumu saytda yerləşdirilmiş “Saxtakarlıqları ifşa edənlər” kitabının bir hissəsinə yönəlib. Həmin hissədə ABŞ və Avropa ölkələrində yaşayan və Ermənistanda “xalq düşməni” elan edilən erməni əsilli alimlərin dünya istorioqrafiyasında ermənilərin “tarixi araşdırmalarına zidd” faktlar aşkarlaması barədə fikirləri yer alıb.
Bununla da erməni hakerlər virtual kitabın bir hissəsini, eləcə də bu “xalq düşmənlərinin” sitatları verilmiş layihəni iflic ediblər. Göründüyü kimi, erməni ictimaiyyətinin nümayəndələri bu faktlara ciddi maraq göstərməyə başlayıblar və erməni saxtakarlıqlarının ideoloqları nəyin bahasına olursa olsun onların gerçək məlumatlara çıxışının qarşısını almağı qərara alıblar”,- deyə o bildirib.
“Ermənistan tərəfinin qeyri-sivil yollarla erməni ictimaiyyətini tabu qoyulmuş dünya istorioqrafiyası faktlarından məhrumetmə cəhdlərinə baxmayaraq, biz bundan sonra da erməni ictimaiyyətinə informasiya dəstəyinin göstərilməsi istiqamətində işimizi davam etdirəcəyik. Bu iş çərçivəsində həm sayt bərpa ediləcək, həm də “Ermənistan və Azərbaycanın alternativ tarixi” çoxseriyalı sənədli filminin çəkilişləri başa çatacaq. Filmin ikinci hissəsinin çəkilişləri artıq başa çatmaq üzrədir. Həmçinin yeni informasiya layihələri həyata keçiriləcək ki, bu da Ermənistanın bəzi dairələrinin xoşuna gəlməyəcək. Bu isə o deməkdir ki, bu layihələr də qeyri-sivil hücumların hədəfinə çevriləcək”, - deyə F.Axundov qeyd edib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM