Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu barədə bu gün keçirilən kollegiyada bildirilib.
Eyni qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün “Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. Belə ki, “Azərbaycan dili” fənnindən imtahan verən və “məqbul” alan abituriyentə növbəti ildə də ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə “Azərbaycan dili” fənnindən imtahan vermədən iştirak etmək imkanı veriləcək.
İclasda 2014/2015-ci tədris ili üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri müzakirə edilib. Bundan əlavə, 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub.
İclasda həmçinin buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması məsələləri də təhlil olunub. Müzakirələrdə buraxılış və qəbul imtahanlarının yeni modellərinin hazırlanıb geniş ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur.