Bu xəstəlik tək Azərbaycan yox, bütün dünyada ölümə ən çox səbəb olan xəstəliklər siyahısındadır. Dünyada bu xəstəliklərin müalicəsi üçün hər gün müxtəlif metodlar, müalicələr təqdim olunsa da, yetərli olmur. Əslində bu xəstəliklərdən sığortalanmaq üçün möcüzəvi dərman axtarmağa da ehtiyac yoxdur. Sadəcə olaraq, sağlamlıq üçün vacib olan bəzi amilləri nəzarətdə saxlamaq yetər.
Əsas səbəb xolesterinli qidalardır
Tibb eksperti Adil Qeybulla bildirdi ki, qan dövranı sistemi xəstəliklərinin bütün dünyada çoxalmasına səbəb xolesterinli qidanı çox qəbul etməklə bağlıdır. Kimyəvi dillə desək, insan gün ərzində qəbul etdiyi xolesterinli qidanın kalorisini hərəkət etməklə yandırmalıdır: "Orqanizmə daxil olan qida ilə sərf edilən enerji balansı düzgün olmadığı üçün, bu xəstəliklər də dünyada geniş yayılmaqdadır. Bu gün hər bir işi asan şəkildə həll etmək mümkündür. Texnologiya günü-gündən inkişaf edir, insanlar isə hərəkətsizliyə daha çox meyilli olurlar. Xolesterinli qidaları qəbul edənlər hərəkət etmədikdə, orqanizmə daxil olan materiallar tam parçalanmır, kimyəvi dillə desək yanmır. Bu proses sona qədər getmədiyi üçün nəticədə ara məhsulları əmələ gələrək damarların divarlarına çökür. Bu da damarların vaxtından əvvəl tıxanmasına, daralmasına səbəb olur və ürək-damar xəstəliklərinə, insultlara, beyinə qan sızmasına, qan təzyiqinin yüksəlməsinə, infarkt və digər damar xəstəliklərinin inkişafına gətirib çıxarır. Həmin xəstəliklər isə ömrün qısalmasına, əmək qabiliyyətinin vaxtından əvvəl itirilməsinə səbəb olur".
Dünya bu xəstəliklərlə mübarizə aparır
A.Qeybullanın sözlərinə görə, dünyada da bu xəstəliklərlə mübarizə aparılır. İnkişaf etmiş ölkələrdə kütləvi idmanın inkişafı, insanların hərəkətliliyinin təmin olunması istiqamətində xeyli proqramlar həyata keçirilir: "O baxımdan mümkün qədər saat 5-dən sonra yağlı qidalar yeməkdən çəkinmək, hərəkətdə olmağı təmin etmək lazımdır. Hər gün bir neçə kilometr piyada gəzməyə, enerjinin sərf olunmasına orqanizmin ehtiyacı var. Bütün bunlar ürək-damar xəstəliklərinin ilkin profilaktikası üçün əsas şərtlərdəndir. Mütəmadi olaraq 40 yaşdan sonra həkim müayinəsində olmaq, aspirin qəbul etmək, və s buraya aiddir".
Ekspert deyir ki, bu xəstəliklər yalnız yaşlı insanlar deyil, gənclər üçün də aktualdır. Ona görə də hər kəs hərəkətliliyini təmin etməlidir: "Bütün yaş qruplarında insan aktiv olmalıdır. Təcrübə göstərir ki, 20-25 yaşdan sonra damarlara xolesterin məhsullarının çökməsi başlayır. Bu da artıq problemin yaranması deməkdir".
Bu xəstəliklərin hansı hallarda ölümlə nəticələnməsi haqda danışan A.Qeybulla bildirdi ki, həyati əhəmiyyəti olan orqanlara qan yaxşı getmədikdə ölümə səbəb olur. Ürək infarktı, beyinə qan sızmaları, işemik insultlarda ölüm halları yüksəkdir.
Müalicədən çox profilaktika
A.Qeybulla deyir ki, bu xəstəliklərdə müalicədən çox profilaktika önəmlidir. Əgər hansısa orqanda qan təchizatı ilə bağlı problem aşkar olunarsa, həkim nəzarəti altında müalicələr təyin edilir. Bu cür xəstələr vaxtaşırı müayinə və müalicədə olurlar. Xəstəliyin yaranmasının qarşısını almaq üçün müxtəlif rejimlərdə, işarası nahar vaxtı, işdən sonra hərəkət təmin oluna bilər. Bu problemlə üzləşməmək üçün daim hərəkətdə olmaq, fiziki aktivliyi qorumaq lazımdır.
Xəstəliyin yaranma səbəbləri müxtəlifdir
Həkim-terapevt Məlahət Abbasova deyir ki, qan dövranı xəstəlikləri arasında təhlükəliliyinə görə birinci yerdə infarktlar durur. Bu xəstəlik gözlənilməz olur və vaxtından əvvəl ölüm gətirir. Qan dövranı xəstəliklərinin yaranma səbəbləri isə müxtəlifdir: "Stress, qanda xolesterinin miqdarının artması qan dövranı pozğunluqlarına gətirib çıxarır. Gələcəkdə stenokardiya tutmaları da yarada bilir ki, buna da fikir vermədikdə infarkta gətirib çıxarır. Hər əsəb, həyəcan damarların yığılmasına səbəb olur. Hər damar yığılanda isə qanda hormonların miqdarı artır və bu, damarların spazmına gətirib çıxarır. Bu da damarların divarlarının qalınlaşmasına, infarkta şərait yaratmış olur".
Xəstəlik gəncləşir
Həkim deyir ki, əvvəllər bu xəstəlik 40 yaşından yuxarı aktual olurdusa, indi artıq 30 yaşdan qabarmağa başlayır. Ona görə də 30 yaşdan yuxarı bütün insanlar çəkilərinə, qidalarına fikir verməli, stressdən uzaq durmağa çalışmalıdırlar. Profilaktik müayinələr, ehtiyac varsa, müalicələr etmək lazımdır: "30 yaşdan sonra qadınlar və kişilər vaxtında müayinələrdən keçməlidirlər. İldə iki dəfə ürəyin elektrokardioqramması çıxarılmalı, qanın tərkibi yoxlanmalıdır. Bu gün hər kəs stressin içindədir. Nə qədər qaçmağa çalışsalar da, şəhər həyatı, tıxaclar, iş həyatı insanları stressdən uzaq qalmağa qoymur. Nəticədə isə insanlar xəstəliklərlə üz-üzə qalırlar. Ona görə də mümkün olduğu qədər əsəbdən uzaq durmaq lazımdır. Çünki burada söhbət sağlamlıqdan gedir".
M.Abbasova bildirdi ki, yol gedəndə, 3-cü mərtəbədən yuxarı pilləkənlə qalxanda sinədə ağrı yaranırsa, tənginəfəslik olursa, bu, ürək xəstəliklərinin əlaməti ola bilər: "Kimin belə problemləri varsa, tez aradan qaldırılması üçün vaxtında həkimə müraciət etməlidir. Müalicə alanda və həkimin dediklərini yerinə yetirəndə bütün xəstəliklərin profilaktikası olur. Xəstəliklərin profilaktikası aparılmasa, 70-80 yaş üçün xarakterik olan xəstəlik insanı 50 yaşda yaxalayır. Burada hər şey insanın özündən asılıdır".
Problemləri ağrıkəsicilərlə yola vermək olmaz
Bu xəstəliklərdən ölənlərin çox olması haqda danışan həkim bildirdi ki, insanlar sağlamlıqlarına diqqət etsələr, problemlə üzləşməzlər: "Baxır xəstə hansı halda həkimə müraciət edir. Çünki həkimin müalicəsi ağır variantda istənilən effekti verməyə bilər. Bəzən elə həddə çatır ki, heç həkimə gətirməyə də vaxt yetirmir və ölüm baş verir. Əksər insanlar ağrılar başlayanda fikir vermirlər, ağrıkəsicilərlə yola verirlər. Problem tam ağır həddə çatanda həkimə müraciət edirlər. Əgər hansısa hissədə ağrı varsa, deməli, bu hansısa problemin göstəricisidir. Bunu ağrıkəsicilərlə yola vermək sağlamlığı təhlükə altına atır. Ağrıkəsicilər müvəqqəti olaraq ağrıdan xilas edir. Problem varsa, o günü-gündən ağırlaşa bilər. Elə ağrıkəsicilərin özlərinin də zərərləri var. Ona görə problem olduğunu hiss edəndə müayinədən keçsinlər ki, həkim də vaxtında yardım edə bilsin".
Vaxtında müraciət xəstəliyin qarşısını almağa kömək edir
Həkim onu da bildirdi ki, problemi olanda vaxtında müraciət edən insanlar da olur. Onlara müalicədən çox, profilaktik tədbirlərlə kömək edilir: "Düzdür, bu xəstəliklərlə bağlı daha çox insanlar müalicə üçün gecikirlər. Amma vaxtında xırda bir narahatçılıq hiss edəndə müraciət edənlər də olur. Onlar sağlamlıqlarını nəzarətdə saxlayan, vaxtında müayinələrini etdirən insanlardır. Bu cür hallarda müalicəylə yox, profilaktik tədbirlərlə xəstəliyin qarşısını ala bilirik".
Kaspi.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM