Strategiya.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb. Azərbaycan prezidenti rəmzi açılışı bildirən lenti kəsib.

Sonra dövlət başçısı şəxsi heyətlə görüşüb. Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verib. Prezident İlham Əliyev əsgərləri salamlayıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söyləyib.

Sonra dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.