Bu gün qılıncoynatma, üzgüçülük, badminton, cüdo, boks, BMX velosiped idmanı, çimərlik futbolu, voleybol və 3x3 basketbol üzrə yarışlar keçiriləcək.
Oyunların 15-cü günü çərçivəsində 23 dəst medal oynanılacaq: 2-si 3x3 basketbol, 5-i boks, 3-ü qılıncoynatma, 6-sı cüdo və 7-si üzgüçülükdə.
Azərbaycan badminton və voleyboldan başqa bütün yarışlarda təmsil olunacaq.