Prezident İlham Əliyevə ali paralimpiya mükafatı təqdim edilib

11:30 / 27.06.2015

İyunun 26-da Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti Endrü Parson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatını və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsini təqdim edib.

Ali paralimpiya mükafatı ancaq beynəlxalq səviyyədə Olimpiya hərəkatının və idmanın inkişafında xüsusi xidmətləri olan dövlət başçılarına verilir. Bu baxımdan həmin mükafat böyük önəm daşıyır. İndiyədək yalnız 12 dövlət başçısının ali paralimpiya mükafatına layiq görülməsi bunun əyani təsdiqidir.

Görüşdə çıxış edən Endrü Parsons dedi:

- Cənab Prezident, Azərbaycanda paralimpiya hərəkatına dəstək göstərdiyiniz üçün Beynəlxalq Paralimpiya Komitəsi adından Sizə “Şərəf” medalını təqdim etmək istəyirəm. Bizim Prezident şəxsən özü bu medalı Sizə təqdim etmək istəyirdi. Lakin əfsuslar olsun ki, səhhəti ilə bağlı kiçik problemlər yaşadığından bunu edə bilmədi. “Şərəf” medalı paralimpiya hərəkatına dəstək göstərdiklərini qiymətləndirmək üçün yalnız dövlət başçılarına verilir və bu hərəkata göstərdiyiniz dəstəyə görə Sizə təqdim olunur.

Endrü Parson “Şərəf” medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

Prezident İlham Əliyev dedi:

- Çox sağ olun. Təşəkkür edirəm.

Endrü PARSON: Mən Sizə, həmçinin kitab təqdim etmək istəyirəm. Biz bu yaxınlarda Beynəlxalq Paralimpiya Komitəsinin 25 illiyini qeyd etdik. Bu kitabda ən önəmli 25 məqam əks olunur və prezidentimizin də Sizə xüsusi müraciəti var. O, burada Sizinlə bir yerdə ola bilmədiyindən təəssüf hissi keçirdiyini bildirir və məndən şəxsən bu kitabı Sizə təqdim etməyi xahiş etdi.

Prezident İlham Əliyev: Çox sağ olun. Cənab Prezidentə kitab və mükafata görə mənim minnətdarlığımı çatdırın. Belə bir medala layiq görülmək mənim üçün böyük şərəfdir. Bizim paralimpiya hərəkatına göstərdiyiniz dəstək üçün sizə təşəkkürümü bildirirəm. Biz öz paraolimpiyaçılarımız üçün ən yaxşı şərait yaratmaq məqsədilə əlimizdən gələni edirik. Elə indicə məşhur, əfsanəvi paralimpiyaçımız İlham Zəkiyev qızıl medal qazandı.

Endrü Parson: Təbriklər.

Prezident İlham Əliyev: Çox sağ olun. Yəqin siz də bilirsiniz ki, o, məşəli stadiona gətirmişdi. Minlərlə idmançı və məşhur insanlar bütün Azərbaycanı məşəllə dolaşdılar. Onu məşəli stadiona gətirəcək şəxs qismində seçdilər. Bu da onun idmana sadiqliyinin və dövlətimizin, insanlarımızın paralimpiya hərəkatına verdiyi qiymətin təzahürüdür.

Yeddinci dəfədir Azərbaycanda səfərdə olduğunu bildirən Endrü Parson ölkəmizdə paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində olduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycan Braziliya Paralimpiya Komitəsi ilə də uğurlu əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yeni müvafiq sənədlər də imzalanıb.

Endrü Parson Azərbaycanın paralimpiyaçılarının Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında da uğurlu çıxış edəcəklərinə inamını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda idman infrastrukturunun inkişafı üçün kompleks işlər aparıldığını və bir neçə il əvvəl Sumqayıtda paralimpiyaçılar üçün təlim mərkəzinin də istifadəyə verildiyini dedi. Dövlətimizin başçısı həqiqətən də Azərbaycan paralimpiyaçılarının mütəmadi uğurlar qazandıqlarını qeyd etdi.

Endrü Parson Azərbaycan Prezidenti İlham Əliyevi Rio-de-Janeyroda həm Olimpiya, həm də paralimpiya Oyunlarında görmək arzusunu çatdırdı.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM