Trend xarici mətbuata istinadən bildirir ki, 69 yaşlı keçmiş dərzi Ceyn Lyuis UK LOTTO" lotereyasında udandan sonra özünə ev başmağı alıb: “Mən çoxdan onlara göz qoyurdum və pul yığırdım”.
C.Lyuis əlavə edib ki, bundan sonra o, özünə yeni ev alacaq. Qadın bildirib ki, son 11 il ərzində bir mətbəx və yataq otağından ibarət kiçik ev kirayələyib. O, ümidlə deyib ki, yeni mənzilində qidaların hazırlanmasına olan sevgisini reallaşdıra biləcək.
Ceynin fikrincə, onun yeni evi yaxınlarlarına gecələməyə də imkan verəcək.
Pensiyaçı, həmçinin vəfat etmiş oğlu üçün başdaşıya pul xərcləməyi planlaşdırır.