Ermənistan prezidenti Serj Sərkisyan elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq İrəvanda davam edən fasiləsiz aksiyalarla bağlı ilk dəfə ictimaiyyətə müraciət edib.
Virtualaz.org saytı xəbər verir ki, Sərkisyan iyunun 27-də axşam saatlarında iqtisadiyyata cavabdeh nazirlərlə və digər rəsmilərlə müşavirə keçirərək həm aksiyalara, həm də elektrik enerjisinin bahalaşması qərarına münasibətini açıqlayıb.
Ermənistan prezidenti deyib ki, dünən baş nazirlə bu məsələni uzun-uzadı müzakirə edib. Bu gün isə qərara alıb ki, müzakirələrin nəticəsini ictimaiyyətə elan etmək lazımdır.
Sərkisyan demokratiya, vətəndaş cəmiyyəti barədə uzun-uzadı danışıb, aksiyaların dinc xarakter daşımasını Ermənistan cəmiyyətinin nailiyyəti adlandırıb. Nümayişçilərlə hüquq-mühafizə orqanları arasında etimad yarandığını vurğulayıb və deyib ki, bu, dünyanın çox yerində mümkün olmur.
Daha sonra Sərkisyan Ermənistanın elektrik enerjisi şəbəkəsinin operatoru, Rusiyanın “İnter RAO EES” şirkəti tərəfindən tariflərin artırılmasına dair müraciətin tam əsaslı olduğuna əmin olduğunu bildirib.
Ermənistan prezidenti deyib ki, əgər tariflər artırılmasa, ölkənin energetika sistemi çökə bilər. Sərkisyan Ermənistanın enerji təhlükəsizliyinin daha etibarlı təmin olunması üçün Avrasiya İttifaqının yeni formalaşan müvafiq strukturları ilə danışıqların aparılmasına dair tapşırıq verdiyini deyib.
Sərkisyan kompromis variant kimi təklif edib ki, aksiyaçıların nümayəndələrinin də iştirakı ilə beynəlxalq audit şirkəti seçilsin. Bu şirkət elektrik enerjisinin bahalaşması qərarının nə dərəcədə əsaslı olduğunu və tariflərin artırılmayacağı təqdirdə ölkənin elektrik enerjisi sistemini nə gözlədiyini müəyyən etsin.
“Həmin müddətdə tariflərin artırılmasına görə xərcləri hökumət üzərinə götürəcək. Əgər audit müəyyən etsə ki tariflərin artırılması əsassızdır, o zaman elektrik enerjisi operatoru həmin vəsaiti hökumətə qaytaracaq və məsul şəxslər cəzalanacaq. Yox, əgər audit müəyyən etsə ki bahalaşma qaçılmazdır, o zaman audit aparıldığı müddət ərzində köhnə tariflərlə yeni tariflər arasında yaranan fərqi əhali ödəyəcək”-deyə Sərkisyan bildirib.
Sərkisyan deyib ki, polis istənilən tapşırığı yerinə yetirə bilər, ancaq bu, məqsəd deyil. O, aksiya iştirakçılarına müraciət edərək İrəvanın mərkəzini iflic etməməyə və Baqramyan prospektindən çəkilməyə çağırıb.
“Allah xatirinə, şəhərin mərkəzini iflic etdiyiniz bəsdir, bizim hamımızın çiyninə məsuliyyət düşür və bu məsuliyyət artacaq. Daha sakit metodlara keçin, Baqramyan prospektini azad edin və qərar qəbulu mərhələsinə kömək göstərin, bu həll yoluna etimad yaradılmasına çalışın”- deyə Sərkisyan bildirib.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM