“Meydan TV”, yoxsa “Madyan TV”?

11:26 / 30.06.2015

Xalqa, millətə və dövlətə qarşı düşmənçilik yolu tutanların iç üzü ifşa olunmaldır

Miqyasına, eyni zamanda bəşəri dəyərlərin inkişafı və tərəqqisində oynadığı mütərəqqi rola görə dünya idman tarixinin əhəmiyyətli yarışlarından biri kimi xarekterizə edilən “Bakı 2015” Birinci Avropa Oyunları başa çatdı. SİA-nın xəbərinə görə, məhz indi təmkinlə oturub Azərbaycan üçün bu tarixi əhəmiyyət daşıyan oyunlar dövründə, ölkəmizə qarşı müəyyən anti-Azərbaycan dairələrin, erməni lobbisi və ölkə daxilində fəaliyyət göstərdiyi dəfələrlə sübut olunmuş “5-ci kalon”un çirkin kampaniyası və uğursuz qarayaxma cəhdlərini qiymətləndirə bilərik.

Adətən ölkə olaraq yeni bir uğura imza atdığımız zaman bu cür qarayaxma cəhdlərinin müxtəlif spekterlərdə təzahürləri ilə tez-tez qarşılaşırıq. Bu oyunları fürsət bilib Azərbaycanı hər an gözdən salmağa çalışanlar da cəhdlərini səngitmədi.

Təəssüf ki, müəyyən dairələrin təsirinə düşən bu soydaşlarımız öz milli kimliklərinə xəyanət edərək, cılız hisslərin qurbanı oldular və beləliklə, siyasi və maliyyə maraqlarına görə ölkəmizə qərəzli olaraq kin bəsləyən qüvvələrin əllərində maşaya çevrildilər.

Bunlardan biri də Azərbaycanın əleyhinə kampaniya aparan, erməni lobbisinin maraqlarına xidmət etmək üçün yaradılmış “Meydan TV” oldu. Bu, özünə müstəqil informasiya orqanı deyən qurum bu dəfə də Azərbaycanın və dövlətçiliyin əleyhinə yönəlmiş fəaliyyətlərin mərkəzində qərar tutdu. Saytın yaradıcıları Avropa oyunları ərəfəsində və oyunların davam etdiyi 17 gün müddətində özünün əsl mənasında simalarını ortaya qoydu, müstəqil media deyil, göstəriş qulu olduğunu təsdiqlədilər. ABŞ-dan maliyyələşən hər hansı təsisatdan bundan ayrı nə isə gözləmək də ağılsızlıqdır.

Həqiqətən bu dövr ərzində vicdansızlıqda Meydan TV-yə çatan olmadı. Azərbaycana nifrəti ilə seçilən bəzi beynəlxalq media vasitələrinə, ən dəhşətlisi erməni mətbuatına uydurma xəbərlər tirajlamaqla məşğul oldular. Təsadüfi deyil ki, qərəzli xarici media ilə yanaşı , erməni mətbuatı da Azərbaycanla bağlı yaydığı informasiyalarda birmənalı olaraq “Meydan TV”–yə istinad etdi.

Misal üçün özünü xarici turist kimi qələmə verərək televiziya ekranlarında reklam olunmağa çalışan gənc bir şəxslə bağlı videosüjetin tirajlanmasında bi qondarma media resursu xüsusi canfəşanlıq göstərdi. Ancaq o da aydın idi ki, bu, planlı şəkildə, əvvəlcədən qurulmuş bir ssenari idi. Necə ki, müxalifətin öz adamları seçki məntəqələrində “qanunsuzluq” halları yaradıb sonra da onları yayırlar, bu hadisə də həmin qəbildəndir.

O cümlədən, oyunlar ərəfəsində avtobus sürücüsünün ehtiyatsızlığı nəticəsində yaralanan avstriyalı idmançılarla bağlı həqiqətlə uzlaşmayan məlumatların qərəzli şəkildə paylaşılması və ən nəhayət Vyanada müalicə olunan avstriyalı xanım idmançının ölməsi ilə bağlı yalan məlumat yayılması bu media orqanının obyektivlik, ədalət, qərəzsizlik kimi meyarlardan uzaq olduğunu təsbit etdi. Ona rəhbərlik edən şəxslərin isə vətənpərvərlik kimi anlayışdan məlumatları olmadığı, kosmopolit ünsürlər kimi xəyanət yolu tutduqlarını göstərdi.

Dövlət rəhbərliyi də daxil olmaqla hər bir azərbaycanlının ürəkağrısı ilə qarşıladığı hadisəni “şou”ya çevirməklə “Meydan Tv” nəyə nail olmaq istəyirdi ? Bu yol qəzasından özünün və “maliyyə boss”larının çirkin məqsədləri üçün itifadə edən “Meydan Tv” bundan sonra necə iddia edə bilər ki, o, Azərbaycan vətəndaşlarının marağından çıxış edir? Heç bir normal azərbaycanlı bu hadisənin sui-istifadəsi ilə razılaşmazdı , amma əslən azərbaycanlı olan Emin Millinın rəhbərlik etdiyi media orqanı bu təxribata getdi.

Baxmayaraq ki, ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycan hökuməti adından səfirlik avstriyalı idmançıya hərtərəfli dəstək və qayğı göstərdi . Zədələnmiş idmançılar Azərbaycan hökumətinin hesabına Azərbaycan Prezidentinin təyyarəsi ilə bir neçə saatdan sonra Vyanaya çatdırıldı və səfirliyin iştirakı ilə birbaşa xəstəxanaya yerləşdirildi. Həmin gündən etibarən səfirlik həm həkimlərlə, həm də zərər çəkmiş idmançının ailəsi ilə yaxşı münasibət yaradıb və demək olar ki, onlarla hər gün təmasdadır. Səfirlik Azərbaycan hökuməti adından zərər çəkmiş idmançıları və ailələrini hər cür kömək və tibbi reabilitasiya ilə təmin etməyə hazır olduğunu açıqlayır. Bu humanist addıma və dəstəyə görə avstriyalı idmançıların ailələri Azərbaycan hökumətinə öz minnətdarlığını bildirirlər. Amma bütün bu məlumatları “Meydan TV” sanki eşitmir və görmür. Ciddi cəhdlə yalan ölüm xəbəri yaydılar, sonda bu məlumatı da təkzib eləməli oldular. Bunu yalnız təxribat, jurnalist etikasına sığmayan hərəkət kimi qiymətləndirmək olar.

Bəli , pulu verən mahnını da sifariş edir. Maliyyəsini anti-Azərbaycan qüvvələrindən alan Meydan TV-nin də ifa elədiyi mahnı bəlli idi. Bu özünə “müstəqil” deyən media orqanının qarşısına qoyulan məqsəd Azərbaycanı sevməyən , onun uğurlarını qəbul etməyənlərin mətbuat ruporuna çevrilmək idi.

Xatırlayırsınızsa, hələ may ayında bu media orqanı Azərbaycana qarşı kampaniyada fəallığı ilə seçildi. May ayının 22-də “Meydan TV”-də “Bakı 2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin baş nəzarətçisi Rəşad Adjalov Bakıda baş vermiş yanğın hadisəsinə etiraz olaraq vəzifəsindən istefa verdi” başlıqlı uydurma, dezinformasiya xarekterli və eyni zamanda sifarişli xəbər yayımlandı. Məqsəd yanğın hadisəsinin fonunda Birinci Avropa Oyunlarının müsbət imicini ləkələmək, anti-Azərbaycan, erməni və ermənipərəst qüvvərin qarşısında götürülən öhdəlikləri yerinə yetirməkdir.

Maraqlı burasındadır ki, Rəşad Adjalov adı Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinə yad idi . Belə bir adam orada ümumiyyətlə işləməmişdi . Məlumdur ki, yalan, iftira, şər və böhtandan ibarət bu tipli xəbərlərin ictimailəşdirilərək insanların şüuraltılarına yeridilməsi kampaniya iştirakçılarının qarşısına qoyulmuş əsas tapşırıqlardan biridir. Bu xəbəri tirajladıqdan bir gün sonra isə “Meydan TV” estafeti CİVİLNET.AM adlı erməni saytına ötürdü. Budur, artıq qondarma xəbər erməni xəbər saytının manşetindədir.

“Meydan TV” nin erməni sevgisi ən son İrəvanda baş verən hadisələrdə ortaya çıxdı. Təsəvvür edin, Ermənistanın paytaxtında böyük etiraz aksiyasıdır, hökümət qüvvələri sadə insanlara zor tətbiq edir , onlara az qala küçənin ortasında işgəncə verir və bütün dünya bundan danışır . Meydan TV isə Ermənistandakı hadisələrlə bağlı heç bir informasiya və foto yoxdur , adi xəbər belə yerləşdirilməyib. Nəhayət sosial şəbəkədə bu media orqanının ünvanına bu məsələ ilə bağlı tənqidi fikirlər səsləndiriləndən sonra “Meydan Tv” bu xəbəri vermək məcburiyyətində qalır . Necə deyərlər, bu da əlahəzrət fakt.

Azərbaycanın ictimai-siyasi həyatına azdan-çoxdan bələd olan hər kəs bilir ki, “Meydan TV” adlı saxta media orqanının Azərbaycan ictimai rəyinə təsir qüvvəsi sıfıra bərabərdir. Heç kimə sirr deyil ki, bu dırnaqarası media orqanı fəaliyyət göstərdiyi ölkədə dəfələrlə bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya qalsa da, ehtiyac duyulduğu zaman Azərbaycan dövlətinə qarşı istifadə etmək üçün onu saxlayıblar.

Göründüyü kimi Avropa oyunları ərəfəsində və dövründə nümayiş etdirdiyi anti-milli mövqe ilə “Meydan TV” öz fəaliyyəti ilə bizə vicdansızlığın bariz nümunəsini göstərdi. Bu media orqanı, obrazlı desək, informasiya meydanında at oynatmağa çalışdı. Əslində isə ortaya əsl “madyan” nümunəsi qoydu.

Ancaq maraqlı məsələlərdəni biri də odur ki, Azərbaycanda fəaliyyət göstərməyən, bu ölkənin nə hüquqi, nə də fiziki şəxsi olmayan bu qondarma “tv” ölkədə necə fəaliyyət göstərə bilir. Onun əməkdaşları Azərbaycanda akkreditasiya olunmadıqları halda necə informasiya hazırlayırlar, dövlət orqanları ilə necə əlaqə saxlayıb məlumat əldə edirlər? Axı onlar maaş alırlar və deməli, vergi ödəməlidirlər! Sosial Müdafiə Fonduna ayırmalar olmalıdır! Ortada qanun pozuntusu var və bu məsələlərə aidiyyəti orqanlar aydınlıq gətirməlidirlər.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM