ASPC-dən AZƏRTAC-a bildirilib ki, Daşkəsən qrupu yataqlarında isbat edilmiş 270 milyon ton filiz ehtiyatı var. Filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir. Bu da 100 milyon ton dəmir ehtiyatının olduğu deməkdir. Çıxarılma nisbətini və ehtiyatların təbii artım əmsalını nəzərə almaqla, ölkənin 80-100 illik dəmir ehtiyatı mövcuddur.
ASPC qısa vaxt ərzində struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-də təxirəsalınmaz tədbirlər görüb, yeni texnika və avadanlıqlar alaraq fasiləsiz istehsalatı təmin edib, istehsalat avadanlıqlarının əsaslı yenilənməsinə başlayıb.
Kombinatda aparılan yenidənqurma işləri nəticəsində həm istehsal həcmi yüksəlib, həm də dəmir filizi konsentratının keyfiyyəti tarixində ilk dəfə olaraq 65 faizə yüksəldilib. Hazırda kombinatın istehsal gücü illik 350 min tondur. İstehsalın həcmi mərhələli şəkildə aparılmaqla ilin sonuna qədər 750 min tona çatdırılması planlaşdırılır. 2018-ci ildə isə Polad İstehsalı Kompleksi zavodlarının tikintisi başa çatdıqda lazım olan 1,7 milyon ton dəmir filizi konsentratı istehsalı hədəflənir.
Hazırda istehsal olunan məhsulun daxili bazarda satışı, habelə xarici ölkələrə ixracatı həyata keçirilir. 2014-cü ildən başlayaraq dəmir filizi məhsulunun dünya bazarındakı qiymətləri 2,5 dəfə aşağı düşüb. Lakin ASPC-nin həyata keçirdiyi effektiv marketinq siyasəti nəticəsində satışların həcmi artırılıb, satış qiymətləri əvvəlki illərə nisbətən 6 faiz yüksək olub.
Azərbaycanda polad istehsalı kompleksinin yaradılması məqsədilə Gəncə şəhərinin ərazisində 140 hektar ərazi ASPC-nin sərəncamına verilib. Ötən müddət ərzində ölkənin polad məhsulları bazarı öyrənilib, daxili tələb ölçülüb və istehsal meyarları müəyyən olunub. Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən ölkəmizə illik orta hesabla 1,2-1,3 milyard dollar həcmində polad və polad məhsulları idxal olunur.
Gəncə şəhərində yaradılacaq Polad İstehsal Kompleksinin ən qabaqcıl standartlara uyğun qurulması, yüksək avtomatlaşma səviyyəsi ilə və ən yeni texnoloji avadanlıqlarla təchiz olunması nəzərdə tutulur. Zavodlarda bütün avadanlıqların Yaponiya və Avropa istehsalı olması planlaşdırılır. İllik 1,5 milyon ton istehsal gücü olan zavodlarda hazırlanan polad məhsulları yüksək keyfiyyət standartlarına uyğun olacaq və ilkin mərhələdə daxili bazarın müxtəlif seqmentlərinin (tikinti, gəmiqayırma, neft-qaz, müdafiə sənayesi və s.) tələblərini tam ödənməsinə istiqamətləndiriləcək. İstehsal olunacaq məhsulların çeşidliliyi və rəqabətə davamlı olması onların daxili bazarla yanaşı xarici bazarlara da çıxışını təmin edəcək. Beləliklə, Azərbaycanın qısa müddət ərzində polad məhsulları idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi nəzərdə tutulur.
Kompleksdə qurulacaq “Dənəvər Zavodunun”, “Birbaşa Reduksiya Zavodunun”, “Polad və polad məhsulları istehsalı Zavodunun” mühəndis layihəsinin, istehsalat prosesi üçün zəruri olan yan istehsalat zavodlarının mühəndis layihəsinin hazırlanması, Kompleksin qurulmasının hər bir mərhələsinə müəllif və texniki nəzarətin təşkili, texniki tapşırıq sənədlərinin hazırlanması prosesində iştirak edən baş layihəçi şirkəti ilə ilkin razılaşma əldə olunub. Bununla yanaşı SMS Group (Almaniya), Primetals (Yaponiya-Avstriya), Kobe Steel (Yaponiya), Nippon Steel (Yaponiya), Midrex (ABŞ) və metallurgiya sahəsində tanınmış digər bir sıra şirkətlərdən texniki təkliflər alınıb, geniş müzakirələr aparılıb.
Azərbaycanın dəmir filizi, təbii qaz, elektrik enerjisi ilə zəngin olması ölkədə polad və polad məhsullarınin istehsalı üçün münbit şərait yaradır. Qurulacaq Kompleksdə Yaponiya, Almaniya, ABŞ kimi dövlətlərin ən qabaqcıl metallurgiya texnologiyalarının istifadə edilməsi regionda və dünyada ən keyfiyyətli poladın istehsal olunacağına əsas verir. Eyni zamanda, məhsulun maya dəyərinin Türkiyə və Gürcüstan ilə müqayisədə daha ucuz olacağı da şübhə doğurmur. Bundan başqa, istehsal olunan məhsulun satış qiymətləri Rusiya və Ukraynadan ölkəmizə idxal edilən polad məhsullarından ucuz olacağı da birmənalıdır. İnşası tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi, Gürcüstan və Türkiyənin şərq bölgəsini bizim ixrac bazarımız halına gətirir.
Xarici və yerli mütəxəssislərlə birgə hazırlanmış Texniki-İqtisadi Əsaslandırma layihəyə cəlb olunacaq cəmi investisiyaların ən konservativ proqnozlarda belə 4 il ərzində tam ödəniləcəyini göstərir. Bu isə yaxın gələcəkdə ölkəyə qeyri-neft sektorundan irihəcmli valyuta gəlirlərinin təmin olunması, habelə idxal-əvəzləyici siyasət nəticəsində ölkənin yüksək keyfiyyətli polad məhsulları ilə özünü tam təmin etməsi deməkdir.
Polad istehsalı kompleksinin inşası və fəaliyyətə başlaması iqtisadi səmərə ilə yanaşı, regionda sosial vəziyyətin daha da yaxşılaşmasına səbəb olacaq. Belə ki, ümumilikdə 5 minə yaxın insan işlə təmin olunacaq, bundan 2500-2700 nəfər daimi işlə təmin ediləcək.
Eyni zamanda, Azərbaycanda dağ-mədən sənayesi, polad istehsalı sahəsində gənc mütəxəssislərin yetişdirilməsi, onların nəzəri və praktiki biliklərə yiyələnməsi, peşəkar və rəqabət qabiliyyətli kadrların hazırlanması da ASPC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. ASPC ilə Təhsil Nazirliyi arasında imzalanan Memorandum çərçivəsində ölkədəki təhsil müəssisələri ilə sıx əməkdaşlıq fəaliyyəti həyata keçirilir, tələbələrin istehsalatda və mədənlərdə təcrübə keçməsi, xarici qabaqcıl universitetlərdə təlimləndirilməsi və gələcəkdə işlə təmin olunması gündəmdə saxlanılır.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM