Strategiya.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, paytaxtın Qaradağ rayonunda "MERCEDES" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dəmir çəpərə çırpılıb. Nəticədə, avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. 

Əraziyə cəlb edilən xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. 

Əməliyyat saat 07:07-də başa çatıb.