R.Əliyev qeyd edib ki, artıq "Bakı 2015" birinci Avropa Oyunları tarixə çevrildi: "İyulun 12-dən 28-nə kimi bütün dünyanın diqqəti Azərbaycana, Bakıya yönəlmişdi. Rekord bir müddətə - cəmi 30 ay ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə həyata keçirilən təşkilatçılıq tədbirləri nəticəsində Oyunlarıın keçirilməsi üçün lazım olan idman arenaları və bütün infrastrukturlar ən yüksək səviyyədə hazırlanıb yarış iştirakçılarının istifadəsinə verildi. Yarışlarda Avropanın 50 ölkəsindən 6000 minə yaxın idmançı iştirak etdi. İştirakçı ölkələrdən nümayəndə heyətləri, qonaqlar, dünyanın bir çox yerlərindən ölkəmizə gələn turistlər Bakı ilə, Azərbaycanla yaxından tanış oldular".
Millət vəkili bildirib ki, Oyunlara hazırlıq prosesində ən mühüm məsələlərdən biri isə yarışların keçirildiyi müddətdə idmançıların, ölkəmizə gələn qonaqların, turistlərin, ümumilkdə bu möhtəşəm idman bayramının təhlükəsizliyini təmin etməkdən ibarət idi: "Heydər Əliyev Beynəlxalq Aeroportunda gələn idmançıların, qonaqların qarşılanmasından başlayaraq onların Atletlər kəndində qalacaqları otellərə çatdırılmaları, oradan yarışların keçirildiyi arenalara çatdırılmaları, eləcə də yarışların keçirildiyi zaman həmin idman obyektlərində təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həll olunmuşdu. Qeyd etmək lazımdır ki, ölkənin güc strukturları rəhbərləri "Bakı 2015" Avropa Oyunları Təşkilat Komitəsinin üzvləri kimi qarşılarında qoyulan vəzifələri ən yüksək səviyyədə həll edə bildilər".
R.Əliyev onu da bildirib ki, 2000-ci il Sidney (Avstraliya), 2004-cü il Afina (Yunanıstan), 2008-ci il Pekin (Çin) və 2012-ci il London (İngiltərə) Yay Olimpiya oyunlarında iştirak edən bir mütəxəssis kimi deyə bilərəm ki, bu oyunların təşkilatçıları təhlükəsizlik məsələlərinin həllində beynəlxalq qurumların və digər dövlətlərin köməyindən istifadə ediblər: "Azərbaycan isə bu məsələləri özü təkbaşına çox uğurla həll edə bildi. Hamıya məlumdur ki, istər Oyunlar ərəfəsində, istərsə də, Oyunlar zamanı Azərbaycanı istəməyən qüvvələr ölkəmizdə sabitliyi pozmağa yönəlmiş bir sıra müxtəlif qarayaxma kampaniyaları apardı. Amma istəklərinə nail ola bilmədilər. Xalq öz prezidentinin ətrafında daha sıx birləşərək bütün dünyaya göstərdi ki, heç bir təzyiq Azərbaycanı öz seçdiyi yoldan döndərə bilməz. Təhlükəsizliyi təmin edən güc strukturları - Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Sərhəd Qoşunlarının şəxsi heyəti "Bakı 2015" birinci Avropa Oyunları ərəfəsində, Oyunlar zamanı işlərini çox peşəkar səviyyədə təşkil etdi və bu müddətdə xoşagəlməz hadisə qeydə alınmadı. Bu strukturların nümayəndələri gecə-gündüz yarış iştirakçılarının, nümayəndə heyətlərinin, qonaqların, turistlərin təhlükəsizliklərini yüksək səviyyədə təmin etdilər".
Millət vəkili sonra bildirib ki, bu dövrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın sərhəd bölgələrdəki mövqeləri daha çox atəşə məruz qaldı: "Onlar müxtəlif provokasiyalara əl atdılar. Lakin silahlı qüvvələrimiz tərəfindən düşmənə layiqli cavab verildi. Bütün bunlar göstərir ki, artıq Azərbaycan güclü iqdisadiyyata, güclü orduya, əhalinin təhlükəsizliyini, dövlətimizin maraqlarının qorunmasını təmin edən yüksək səviyyəli peşəkar kadrlardan ibarət güc strukturlarına malik bir dövlətə çevrilib".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM