Qulu Məhərrəmli “Space”dəki qalmaqaldan danışdı: “Telekanallar ciddi təhlükəyə çevrilir” - VİDEO

15:39 / 01.07.2015

 
Son vaxtlar televiziyalarda aparıcıların və yaxud da verilişə dəvət olunan şəxslərin əndazədən çıxan davranış və hərəkətlər nümayiş etdirmələri, cəmiyyət və onun dəyələrini təhqir etməsi bir növ dəb halını alıb. 
 
Bu günlərdə “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənləri isə əsl biabırçılıq adlnadırmaq olar. Belə ki, Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni Mətanət Əsədova ilə yazar Əziz Musaoğlu bir-birilərinə qarşı biabırçı şəkildə qeyri-etik sözlər işlətdilər. Onların bu hərəkətinə mətbuatda, sosial şəbəklərdə tənqidi reaksiyalar gəlib. Mütəxəsislər isə bildirirlər ki, verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması məqamı var. Bu isə proqrama verilən tələblərin pozulması deməkdir.  
 
Məsələ ilə bağlı musavat.com-a danışan əməkdar jurnalist, tele-tənqidçi  Qulu Məhərrəmli baş verən olaya görə aparıcını günahlandırıb: “Bu məsələdə əsasən aparıcını günahkar hesab edirəm. Niyə aparıcı bu cür insanları efirə dəvət edir? Ümumiyyətlə, verilişdəki mövzunun məğzi məlum deyil. 
 
İkinci bir tərəfdən, videolardan da görünür ki, bu cür qeyri-etik dialoqlar gedir, amma aparıcı nədənsə məsələyə müdaxilə etmək istəmir. Sanki burda çox dəyərli dialoq gedir və bu dialoqu pozmaq istəmir. Söhbətin getdikcə dramatikləşdiyini görən rejissor məsələyə müdaxilə etməli idi. Lakin  görünür ki, rejissor da hadisələrin axınına tabe olur.
 
Digər tərəfdən, əlbəttə belə olaylarda televiziya rəhbərliyinin də günahı var. Bu barədə mətbuatda nə qədər yazılar getsə də, mütəxəsislər rəy bildirsələr də, hələlik problemin həllində heç bir irəliləyiş yoxdur. Bu məsələ cəmyyət üçün ciddi təhlükə yaradır. Hər televiziya öz aparıcılarını, qəhrəmanlarını yetişdirir. Görünür, bizim televiziya rəhbərləri bu cür aparıcılar yetişdirməkdə maraqlıdırlar”.
 
Tele-tənqidçi efirlərdəki xoşagəlməz olayların cəmiyyədə baş verən proseslərlə bağlı olduğunu deyib:“Əslində televiziyalar cəmyyətin müəyyən cizgilərini əks etdir. Bu, həyat tərzidir. Bu, insaların bir-biri ilə sərt, kobud davranışının təcəssümüdür. Artıq insanlar bir-birilərini anlaya bilmirlər. Bu, bir virusdur. Bu virus cəmiyyətə yoluxduqca insanların həyat və düşüncə tərzinə çevrilir. Nəticədə də bu cür xoşagəlməz hallar baş verir”.
 
Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu barədə mətbuata açıqlama verərək bildirib ki, adıçəkilən verilişdə “Televiziya və radio yayımı haqqında” Qanunun 32-ci maddəsi, proqrama verilən tələblər pozulub. 
 
Onun sözlərinə görə, artıq MTRŞ bu məsələni “Space” televiziyasının rəhbərliyi ilə müzakirə edib:“Rəhbərlik üzrxahlıq edərək, ciddi tədbir görəcəyini öz öhdəsinə götürdü. Biz də bunu nəzərə aldıq. Şura verilən vədin əməl olunmasını gözləyəcək. Olayla bağlı ciddi tədbir görülməsə, Milli Televiziya və Radio Şurası sərt addımlar atacaq. Hadisənin canlı efirdə baş verməməsi bunun reytinq xətrinə atılmış addım olduğunu təsdiqləyir. Hadisənin bütün məsuliyyəti “Space”telekanalının çiyinlərindədir. Rəhbərlik bununla bağlı ciddi addımlar atmalıdır”.
 
Qeyd edək ki, verilişin aparıcısı Vüsalə Kərimova axşam.az-a açıqlamasında müğənninin haqlı tərəf olduğunu bəyan edib: “Əslində Əziz studiyada Mətanətdən üzr istədi. O, isə üzrü qəbul etmədi və qarşı tərəfi məhkəməyə verəcəyini dedi. Hələlik məhkəməyə şikayət ərizəsi yazmayıb. Mətanət xanıma haqq qazandırıram, çünki geyimi pis deyildi. O, sənətçidir, səhnə adamıdır. Necə istəsə, geyinə bilər. Həm də xanımdır. Gərək ona qarşı o cür ifadə olmazdı. Buna görə də Mətanət Əsədova bu qalmaqalda haqlı tərəfdir".
 
Verilişin digər iştirakçısı olan müğənni Manaf Ağayev də baş verən qalmaqalda yazar Əziz Musaoğlunu günahlandırıb. Onun  sözlərinə görə, hətta yazarın müğənni Mətanət Əsədovaya dediyi təhqiredici ifadələrin əksəriyyəti efirə verilməyib: “Verilişin ortasında Əziz Mətanət xanıma dedi ki, “Səndən xoşum gəlmir, pis geyinmisən, küçə qızısan, filansan”. Onun təhqirli sözlərinin çoxu efirə getmədi. Sonra başa düşdü ki, səhv edib, üzr istədi. Dedi ki, “Bilmədim məni bağışla”. Mətanət cavab verdi ki, “Sən kimsən, məni təhqir edirsən?” Mətanət xanım verilişdə uzun paltar geyinmişdi. Ayrı vaxt pis geyinəndə heç belə demirlər”.
 
Xatırladaq ki, bundan öncə də “Space” televiziyasında bu cür xoşagəlməz, qeyri-etik qalmaqal baş vermişdi. Samir Biləsuvarlı adlı müğənni oxuduğu mahnının sözlərini dəyişərək, söyüş dolu ifadələrdən istifadə etmişdi. Lakin televiziyanın rəhbərliyi bu məsələyə çox etinasız yanaşmışdı.
 
 
 
622 DƏFƏ OXUNUB
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM