İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin APA-ya müsahibəsi
- Nüvə danışıqları ilə bağlı hazırkı durum necədir? İyulun 7-də keçiriləcək görüşdən gözləntiləriniz nədir?
- Bu gün baş verməkdə olan ən mühüm və dünya birliyinin diqqət mərkəzində olan ən böyük hadisə İranla 5+1 ölkələri arasında olan nüvə danışıqlarıdır. Bu məsələnin İranla Qərb ölkələri arasında, eləcə də güclü dövlətlər arasında regional əməkdaşlığın gücləndirilməsi yönündə əhəmiyyətli olduğunu nəzərə alaraq, bütün dünya ictimaiyyəti bu danışıqların, müzakirələrin tez bir zamanda həll olunmasını istəyir. Lakin bəzi qüvvələr də var ki, bu danışıqların müsbət nəticələnməsini istəmir və bunlar arasında ən böyük qrup yəhudi lobbisidir. Bu səbəbdən də onlar bir sıra yalan məlumatlar yayırlar ki, guya İranın nüvə proqramı sülh məqsədli deyil. İranın nüvə proqramı sülh məqsədlidir. Biz heç zaman bu yoldan dönməmişik və bu işimizdən kənara çıxmamışıq. Beynəlxalq Atom Enerjisi Agentliyi indiyə kimi İranın nüvə obyektlərində 100-dən çox yoxlamalar aparıb və İranın nüvə silahı əldə etməsi ilə bağlı məlumata onların hər hansı hesabatında rast gəlinməyib. Müqayisə üçün deyək ki, İranda hazırda 17, Yaponiyada isə 170 nüvə obyekti var. İndiyə kimi beynəlxalq agentliyin İranda apardığı nüvə yoxlamaları qədər Yaponiyada yoxlama aparılmayıb. Agentliyin bu yoxlamalardan sonra nəşr etdiyi hesabatlarında İranın nüvə silahı əldə etməsinə dair heç bir məlumat olmayıb. Digər tərəfdən, İranın ali dini rəhbəri Ayətullah Xameneyi nüvə silahının əldə olunmasını haram bilib. Bütün İran müsəlmanları da bu fətvaya hökmən əməl edirlər.
Bütün bunları nəzərə alaraq bir daha bildiririk ki, İranın nüvə proqramı sülh məqsədlidir, elmi inkişaf üçün nəzərdə tutulub və heç zaman digər məqsədlər üçün bu proqramı inkişaf etdirməmişik. Başqa bir məsələni bu danışıqlara müxalif olan qüvvələr yayır. Guya İran sanksiyalara məruz qaldığı üçün danışıqlara gedir, amma bu, belə deyil. Biz daim danışıqlara açıq olmuşuq, daim danışıqların keçirilməsini istəmişik. Biz məntiqli insanlarıq. Hətta sanksiyalar elan olunmazdan qabaq da bəyan etmişdik ki, danışıqlara hazırıq. Burada daha mühüm məqam ondan ibarətdir ki, İranın guya nüvə silahı əlaqə etməsi barədə şayiələri elə bir ölkə hazırlayıb və dünya ölkələrinə ötürür ki, özünün nüvə silahı var. Bu, İsraildir. İsrail regionda yeganə ölkədir ki, nüvə silahına malikdir və 300 ədəd nüvə başlığı var. Bu rejim hətta Nüvə Silahının Yayılmaması ilə bağlı Müqavilənin (NPT) üzvü deyil və indiyə kimi bu ölkənin nüvə obyektlərində bir dəfə də olsun yoxlama aparılmayıb. Bu rejim regionda heç bir qanuna, beynəlxalq hüquqa məhəl qoymayan rejimdir. İstədiyi vaxt Qəzzaya hücum edir, qırğınlar törədir. Bu, region və dünya üçün təhlükəli bir rejimdir. Mən bir daha qeyd edim ki, biz müzakirələrin tezliklə müsbət həllinin tərəfdarıyıq. Əgər qarşı tərəf məntiqli olsa və müxaliflərin yaydığı şayiələrə məhəl qoymasa, biz həll yoluna çata bilərik. Yaxşı razılaşma o zaman əldə olunacaq ki, hər iki tərəfin mənafeyini təmin etsin və ədalətli olsun. Biz qarşı tərəfi istənilən şəkildə əmin etməyə və sübut etməyə hazırıq ki, nüvə silahı əldə etmək niyyətində deyilik. Eyni halda bizim də gözləntimiz budur ki, biz də sülh məqsədli nüvə enerjisindən ölkəmizin inkişafı üçün istifadə edə bilək. Bu, hər iki tərəfin udmaq şansına malik olduğu oyundur. Biz düşünürük ki, əgər qarşı tərəf məntiqli olsa və qane olsa, biz yaxı bir razılaşma əldə edə bilərik. Həm bizim, həm də qarşı tərəfin danışıqların davam etməsini qəbul etməsi onu göstərir ki, tərəflər danışıqlara nikbin baxır. Əgər bu məsələ həll olunsa, İran regiondakı problemlərin həllində daha çox iştirak edə bilər. Eləcə də 5+1 ölkələrinin də potensialı başqa işlərə sərf olunacaq. Hazırda dünyanın 7 ölkəsinin enerjisi və potensialı bu işə sərf olunur. Hazırda həm dünyanı, həm də regionu təhdid altında saxlayan ən böyük təhlükə terrorizmdir. Biz müşahidə edirik ki, dünyanın mühüm ölkələrinin vaxtı və potensialı həqiqi və gerçək olmayan mövzulara sərf olunur və əsas mövzular kənarda qalır. Bu həqiqi və gerçək olmayan mövzu həll olsa, dünya ölkələri həqiqi olan digər məsələlərin həllinə vaxt ayıra bilər. İranın iqtisadiyyatı güclü iqtisadiyyatdır və bu səbəbdən də ölkəmizə tətbiq olunan sanksiyalar indiyə kimi bizə təsir etməyib. Gələcəkdə bizim iqtisadiyyatımızın güclü olması regionun inkişafına töhfə verə bilər. Sanksiyalar aradan götürülsə, İranın əli regional layihələrin icrasında, iqtisadi əməkdaşlıq üçün daha açıq olar.
- İŞİD növbəti hədəfinin Qafqaz olduğunu açıqlayıb. Bu təşkilat region üçün hansı təhlükələri törədir və qarşısını necə almaq mümkündür?
- İŞİD özünü çox təbliğ edir və malik olduğu gücü 5 qat artıq göstərməyə çalışır. İŞİD-i yaradan Qərb ölkələrinin mediası bu qruplaşmanın gücünü daha böyük göstərməyə çalışır. İŞİD-ə çoxlu köməklilərin göstərilməsinə baxmayaraq, İraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar ki, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyiblər. Yəməndə bunlar “Əl-Qaidə” adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar. Təbii olaraq İŞİD-in və terror qruplarının hədəflərindən biri də Qafqazdır. Bunların Qafqazda 2 hədəfləri var. Birinci məqsədləri Şimalı Qafqazda, Rusiyanın müsəlman əyalətlərində təhlükə törətmək və savadsızlıq yaratmaqdır. Onlar Rusiyaya təzyiqlər göstərməklə bu ölkənin Suriya və İraqdakı mövqeyində dəyişikliyə nail olmağa çalışırlar. Əslində İŞİD bu gün Qafqazda Qərb ölkələrin hədəflərinə xidmət edir. Onların ikinci hədəfi isə şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər. Mən düşünmürəm ki, bunlar Azərbaycanda bir uğur əldə edə bilsinlər. Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. İkinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsi ilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır. Düşünürəm ki, İŞİD-lə mübarizə bir ölkənin öhdəsindən gələcəyi iş deyil. Regional ölkələr birgə səy göstərməlidirlər. Bütün region ölkələri birləşərək terrorizmin yeni növü olan İŞİD və “Əl-Qaidə” terrorçularına qarşı birgə mübarizə aparmalıdırlar. Qərb ölkələri də İŞİD-i dəstəklədiklərinə görə nüfuzları əldən gedir. Bunu dərk edirlər və bir qədər mühafizəkar olublar. Hazırda Qərb ölkələri arasında İŞİD-i müdafiə etmək mövzusunda fikir ayrılığı yaranıb. Bu da regionda İŞİD-lə mübarizə üçün yaxşı fürsət yaradıb.
- Azərbaycanla İran arasında müştərək müdafiə komissiyasının təxminən nə zaman yaradılacağı məlumdurmu, bu komissiyanın məqsədi nədir?
- Prinsipcə hər iki ölkə müştərək müdafiə komissiyasının yaradılmasına razıdır. Tərəflər tezliklə bu komissiyanın üzvlərini elan edəcək və o, öz işinə başlayacaq. Bu komissiyanın məqsədi iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq və regional təhlükəsizliyinin qurulması üçün əməkdaşlıqdır.
- Dağlıq Qarabağ münaqişəsinin həllində durğunluq müşahidə olunur. Sizcə, bu, nə ilə bağlıdır və nə qədər belə davam edə bilər?
- Düşünürəm ki, Minsk Qrupu daha fəal hərəkət etsə və öz vəzifəsini yerinə yetirsə, münaqişənin həlli o qədər də uzaq deyil. Mən xəbərlərdən əldə etdiyim məlumata görə, Bakıda keçirilən Avropa Oyunlarından sonra Minsk Qrupu yenindən öz fəaliyyətini artırmalı və müzakirələri davam etdirməlidir. Düşünürəm ki, Minsk Qrupunun həmsədrləri müzakirələrin aparılmasında daha fəal olsalar və münaqişənin həlli ilə bağlı beynəlxalq qanunlara riayət etsələr, müsbət həll gözləmək olar. İran müzakirələrin davam etdirilməsinin, münaqişənin sülh yolu ilə həll olunmasının və müzakirələrin Bakı ilə İrəvan arasında davam etdirilməsinin tərəfdarıdır.
- Ermənistan ordusu İranla həmsərhəd olan işğal olunmuş Azərbaycan ərazilərində yanğınlar törədir. Bu, İranın ekologiyasına necə təsir edib?
- Düzdür, bununla bağlı iki fakt qeydə alınıb. İran tərəfi də sərhəddə, meşələrdə olan bu yanğınlara müdaxilə edərək yanğınların söndürülməsində iştirak edib. Yanğınlar əkinçilik üçün müəyyən fəsadlar yaradıb. Biz bu yanğınların səbəblərini dəqiq bilmirik.
- Avropa Oyunları geridə qaldı. Növbədə İslam Həmrəyliyi Oyunlarıdır. Bu oyunların necə keçiriləcəyini düşünürsünüz, İranın bu oyunlarda iştirakı hansı səviyyədə olacaq?
- Mən Avropa Oyunlarının Azərbaycanda keçirilməsini müsbət qiymətləndirirəm və çox uğurla şəkildə keçirildiyini düşünürəm. Oyunların keçirilməsi ilk növbədə Azərbaycanın dünyaya tanıdılmasında əhəmiyyətli oldu və bu, müsbət haldır. Bu oyunların keçirilməsi bir daha göstərdi ki, Azərbaycan beynəlxalq mədəniyyət və idman yarışlarını çox yüksək səviyyədə keçirə bilər. Avropanın 51 ölkəsindən idmançıların, eləcə də çoxlu turistlərin, idman azarkeşlərinin oyunlarda iştirakı onu göstərdi ki, Avropa ölkələri də bu oyunların Azərbaycanda keçirilməsinə müsbət yanaşır. Ümumilikdə idman yarışlarının keçirilməsinin bir məqsədi də müxtəlif xalqlar arasında insanların, mədəniyyətlərin bir-birinə inteqrasiyasıdır ki, bu sahədə də müsbət nəticələr əldə olunub. İslam Həmrəyliyi oyunlarının keçirilməsi də müsbət haldır. Düşünürəm ki, müsəlman ölkələri buna müsbət yanaşacaq. İnşallah, İran da bu oyunlarda fəal iştirak edəcək.
- Avropa Oyunları zamanı bəzi Qərb dairələri tərəfdən Azərbaycana göstərilən təzyiqləri necə qiymətləndirirsiniz, bunun səbəbi nədir?
- Düşünürəm ki, Qərb ölkələri bu oyunların Azərbaycanda keçirilməsinə görə ona təşəkkür etməlidir. Onlar Azərbaycanın qədrini bilməlidirlər ki, birinci oyunları Azərbaycan Respublikası bu qədər büdcə ilə keçirdi. Qərb ölkələrinin özləri iqtisadi böhrana görə bu oyunların keçirilməsinə hazır deyildilər. Azərbaycana qarşı istifadə olunan insan hüquqlarının pozulması məsələsi də hazırda dünyada siyasi təzyiq vasitəsi kimi istifadə olunmaqdadır. Nə üçün bu insan hüquqlarının müdafiəçisi olan ölkələr Yəməndə hazırda qətlə yetirilən insanların hüquqlarının qorunması ilə bağlı heç nə demirlər? Nə üçün Azərbaycanı ittiham edən bu ölkələr İŞİD-i terror qruplaşması adlandırmaq belə istəmirlər? İŞİD-in cinayətləri insan hüquqlarına ziddi olan cinayətlər deyilmi? İŞİD-ə kömək edən və qruplaşmanı dəstəkləyən ölkələrin bir çoxunda insan hüquqları yoxdur. Bu ölkələrdə qadınlar ən ibtidai hüquqlarından məhrumdurlar, onlarda seçkilər keçirilmir. Niyə onlara etiraz olunmur? İran da bu məsələlərlə hər zaman qarşılaşır və adətən müstəqil siyasət yürüdən ölkələrin başlarına bu işlər gəlir. Fikrimcə, biz Avropa xalqlarını Avropa dövlətlərinin rəhbərlərindən ayırmalıyıq. Avropa xalqları bu oyunları dəstəklədilər və oyunların keçirilməsindən razılıqlarını bildirdilər.
- Azərbaycan və İran sərhəd keçid məntəqələri rəisləri arasında tez-tez görüşlər keçirilir. Hazırda bu sahədə danışıqlar nə yerdədir və növbəti görüş nə zamana təyin olunub?
- Şükürlər olsun ki, bizim ölkələrin sərhədləri dostluq və təhlükəsizlik sərhədləridir. İki ölkənin sərhəd qoşunlarının komandaları Tehran, Bakı və son dövrlərdə Naxçıvanda görüşlər keçirir. Bu müzakirələrin və görüşlərin məqsədi sərhədlərdə təhlükəsizliyin qorunmasıdır. Biz sərhəd pozucularına, qaçaqmalçılara və insan alverçilərinə qarşı müştərək şəkildə fəaliyyət göstəririk.
- Rəşt-Astara dəmir yolu xəttinin inşası necə gedir?
- Bu istiqamətdə İran, Rusiya və Azərbaycan dəmir yolu şirkətləri arasında müzakirələr davam etməkdədir. Razılaşma əldə olunduqdan sonra Rəştdən Astaraya kimi uzanan dəmir yolu xəttinin inşasına başlanacaq. Bu xəttin bu hissəsinin tikintisinin maliyyə ayırmaları üçün bir sıra Asiya şirkətləri ilə müzakirələr aparılır və yaxşı nəticələr əldə olunub. Ümid edirəm ki tezliklə dəmir yolunun çəkilişinə başlanacaq və şimal-cənub dəhlizi sayılan bu nəqliyyat xətti istifadəyə veriləcək.
- Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin növbəti görüşü ilə bağlı təxmini tarix varmı? Ümumiyyətlə, bu format nə dərəcədə uğurludur?
- Bildiyiniz kimi, hər üç ölkənin xarici işlər nazirlərinin başı çox qarışıqdır. Bizim nazir Vyana və Cenevrədə danışılar aparır, Türkiyədə seçkilər keçirilib. Bu səbəbdən üçtərəfli müzakirələrin və görüşlərin aparılması üçün vaxt olmayıb. Lakin gələcəkdə vaxt olduğu təqdirdə, bu müzakirələr və görüşlər yenidən başlayacaq. Bu gün hər üç ölkə arasında üçtərəfli müzakirə, xüsusilə iqtisadi müzakirələrin aparılması üçün yaxşı anlaşma var. Hər üç ölkə regional təhlükəsizliyin qorunması üçün də yaxşı anlaşır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM