Son günlər Böyük Britaniyanın bəzi nəşrlərinin Azərbaycana qarşı apardığlı kampaniya ilə bağlı yerli və xarici jurnalistlərdən çoxsaylı suallar daxil olmaqdadır.
Həmkarlarımız xüsusilə “The Guardian” qəzetinin yol verdiyi və ictimai rəyə açıq saxtakarlıq faktı kimi daxil olan məsələyə münasibət öyrənmək istəyirlər. Münasibət aydındır. Bu nəşrin başqa kütləvi informasiya vasitəsindən götürdüyü fotoreportajın mənasını tam dəyişdirərək, ona neqativ çalarlar əlavə etməsi, özü də bunu yazının müəllifinin ayağına yazması ortada olan və zaman-zaman ifadə edilə bir həqiqəti yenidən dilə gətirmək üçün əsas verdi. Söhbət açıq qərəz nümayişindən gedir. Söz və ifadə azadlıqlarının alətə çevrildiyi, qurban verildiyi qərəzdən.
“The Guardian”ın israilli jurnalist Tomer İfrahın “The Calvert Journal”da və digər KİV-lərdə yayımlanmış reportajının təhrif olunmasının üstü açıldı və bundan sonra bu Britaniya nəşri izləri silməyə çalışdı. Lakin bu gün də həmin yalanın izləri qəzetin saytından tam silinməyib. Yəni “The Guardian”ın israilli fotoreportyorun ayağına yazdığı bəzi “sitatlar” hələ də saytda qalmaqdadır. Reportajın başına o qədər oyun açılıb ki, onu daha diqqətlə təhlil edilsə, hətta cinayət məsuliyyəti yarada biləcək yazı nümunəsi kimi də müxtəlif təlimlərdə gənc jurnalistlərə nümayiş etdirmək mümkündür. Belədə ilk olaraq düşünürsən - budurmu, Britaniyanın böyük tarixə malik, təcrübəli və nüfuzlu nəşri?! Kim deyə bilər ki, belə işləri özünə rəva bilən qəzet digər məsələlərin işıqlandırılmasında da eyni üsullardan yararlanmır?!
Ümumiyyətlə, “The Guardian”ın Azərbaycana qarşı kampaniyada aparıcı rol oynaması əvvəldən də nəzərə çarpırdı. Təsəvvür edin ki, Avropa tarixində ilk dəfə keçirilən mötəbər idman yarışı zamanı bu aparıcı Avropa nəşri həmin Oyunları işıqlandırmaq əvəzinə, onun keçirildiyi ölkəyə bir ayda 40-dan çox tənqidi məqalə həsr edir. Qərəz o qədər yüksək fazadadır ki, oyunlara böyük heyətlə qatılmış ingilis idmançılarının çıxışlarını belə işıqlandırmır.
Nə üçün 3 il bundan əvvəl Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının keçirilməsini Azərbaycana həvalə edəndə “The Guardian” və digər kütləvi informasiya vasitələri bugünkü kimi ajiotaj yaratmırdılar?! Necə oldu ki, Azərbaycana qarşı oxşar münasibət məhz belə mötəbər beynəlxalq tədbirlərin keçirildiyi dövrə təsadüf etdi?! Xatırlayırsınızsa, «Avroviziya-2012» ölkəmizdə düzənlənərkən də bəzi Avropa nəşrləri belə davranış sərgiləyirdilər. Əlbəttə, istər hazırda yaşananlar, istərsə də üç il öncə baş verənlər böyük siyasi məqsədlərin reallaşmasına xidmət edən oxşar ssenarinin tam gücü ilə hərəkətə gətirildiyini söyləmək üçün kifayət qədər ciddi əsaslar verir.
Bəli, bütün bunlar və bəzi Qərb nəşrlərinin hərəkətləri əslində səmimiyyətdən və obyektivlikdən çox uzaq mənzərə formalaşdırır. Bu mənzərə bizlərə bir çox məqamları saf-çürük etmək üçün geniş imkan verir. Bəzən düşünürük, ya özümüzü müəyyən mənada düşünməyə məcbur edirik ki, Azərbaycana qarşı həqarət yağdıran xarici ölkə KİV-lərinin mövqeyi həmin ölkəni təmsil edən rəsmilərin baxışı demək deyil. Təbii ki, bu mənada Böyük Britaniyanın Azərbaycandakı ali rəsmisi - səfir İrfan Siddiqin qalmaqallı məsələyə münasibətindəki detalları tam şəkildə saf-çürük etmək niyyətindən uzağıq. Hesab edirik ki, cənab Səfir peşəkar adamdır. Ancaq Siddiqin ölkəsinin nəşrlərinin bu davranışını Azərbaycan tərəfinin onların əməkdaşlarını akkreditasiya etməkdən imtinası ilə əlaqələndirməsi təəccüblüdür. Hər halda bu cür izahda ən azından məntiqilik nəzərə çarpmır. Əlbəttə, cənab Səfirin öz ölkəsinin kütləvi informasiya vasitələrinə bəraət qazandırmağa çalışması təbiidir. Ancaq burda mühüm bir məqam var ki, diplomat ortaya real əks-arqument qoymur, fikirlərilə Britaniya nəşrlərinin qərəzli davranışını dolayısıyla təsdiqləmiş olur. Diplomat sadə incəliyi də unudur ki, əgər hansısa tədbirə akkreditasiya tələb olunursa, həmin akkreditasiyadan imtina da edilə bilər və bu, normal dünya təcrübəsidir.
Öz Etik Kodeksi də daxil olmaqla bütun jurnalistika qaydalarını və qanunları pozan, oxuculara yalan və qərəzli məlumat verən, açıq-aşkar saxtakarlığa əl atan bir nəşrin əməkdaşına Böyük Britaniyanın özündə akkreditasiya verərlərmi?! Gəlin, əvvəldə haqqında söz açdığımız məqama nəzər salaq və görək ki, israilli jurnalist Tomer İfrahın “The Calvert Journal”da və digər KİV-lərdə Azərbaycanla bağlı yayımlanmış pozitiv ruhlu foto-reportajı necə primitiv qaydada təhrifə məruz qalır. Sadə məqama diqqət yetirək: reportajın orijinal variantında ingiliscə işlədilmiş “fərqli”, “müxtəlif” anlamı daşıyan “different” sözü “konfounded” yəni məyusluq mənasını verən sözlə dəyişdirilib. “The Guardian” fotomüxbirin başqa saytda dərc edilmiş fotolarını verib və şəkilaltı qeydləri də neqativə doğru dəyişib. İndi sual yaranır: peşəkarlığı belə yarıtmaz üsullara qurban verən KİV-in normal fəaliyyət göstərə biləcəyinə təminat varmı? Yaxud Britaniya hakimiyyəti belə dəst-xətt seçərək qalmaqal yaratma potensialını özündə daşıyan hansısa media orqanına ölkəsində baş tutacaq mötəbər tədbiri işıqlandırmağa icazə verəcək qədər risk edərmi?
Əslində “The Guardian”ın yol verdiyi saxtakarlığın üzə çıxması Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin səylərinə də zərbə vurur. Diplomatlar iki ölkə arasında münasibətlərin inkişafı üçün çalışdığı vaxtda Böyük Britaniyanın nüfuzlu nəşri ictimai fikrə Azərbaycanla bağlı təhrif edilmiş məlumatlar ötürür.
Media dördüncü hakimiyyətdir və dövlət onun işinə müdaxilə edə bilməz. Lakin Böyük Britaniyanın bəzi nəşrlərinin iki ölkə arasındakı münasibətlərə vura biləcəyi ziyanı nəzərə almaq da vacibdir. Yaxşı olardı ki, cənab səfir Siddiq də münasibətilə saxtakarlıq edib, sonra izləri silməyə çalışan qəzetin deyil, aldadılmış Britaniya oxucusunun yanında dayanan şəxs təəssüratı yaradaydı. Çünki onun missiyası Azərbaycan-Britaniya münasibətlərinin perspektivini düşünmək fövqəladəliyinə malikdir.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM