Strategiya.az xəbər verir ki, 4 iyul Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin ad günüdür. Ölkənin tanınımış mədəniyyət xadimlərindən biri olan Əliqismət Lalayev şənbə gününə təsadüf etməsinə baxmayaraq doğum günü teatrda – iş başında olacaq. “Teatrımız 105-ci mövsümünü başa vurmaq üzrədir. Tam əminliklə deyə bilərəm ki, yekunlaşmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün çox əlamətdar olub. Mövsüm boyu teatrımızda bir sıra beynəlxalq tədbirlər keçirilib, neçə-neçə yeni əsərin premyerası olub. Kollektivimizin müxtəlif üzvləri səmərəli və uğurlu fəaliyyətlərinə görə il boyu istər rəsmi, istərsə də yaradıcı təşkilatlar tərəfindən təltif olunublar. Biz hələ də I Avropa Oyunlarının xoş xatirələri ilə yaşayırıq. I Avropa Oyunlarının keçirildiyi 17 gün ərzində xüsusi olaraq təşkil olunmuş repertuara əsasən Musiqili Teatrda 15 tamaşa nümayiş olunub. Tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub. 11-28 iyun arası Musiqili Teatrda tamaşalarımızı yerli tamaşaçılarla yanaşı, İngiltərə, Rusiya Federasiyası, Danimarka, İspaniya, İtaliya, Macarıstan, Almaniya, Ukranya, Kipr, Türkiyə, Moldova, Polşa, Bolqarıstan, Fransa və başqa dövlətlərdən gəlmiş əcnəbilər də izləyiblər və razılıqlaırnı bildiriblər. 105-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq iyulun 4-də teatrımızda mükafatlandırma mərasimi olacaq. Biz burda müxtəlif nominasiyalar üzrə əməkdaşlarımızı mükafatlandıracağıq. İnsanların əməyini dəyərləndirmək, onlara sevinc bəxş etməkdən ali heç nə ola bilməz. Buna görə də mən də təbii ki, ad günümdə doğma kollektivimlə bir yerdə olacağam və mövsüm ərzindəki uğurlarına görə mükafatlandırılacaq sənət dostlarımla, həmkarlarımızla sevincimizi birlikdə bölüşəcəyik”, - deyə Əliqismət Lalayev bildirib.
Qeyd edək ki, Əliqismət Hümmət oğlu Lalayev 1956-cı ildə Salyanda anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc rejissor kimi 10 ilə yaxın müddətdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında çalışıb. Sonralar Salyana qayıdan Ə. Lalayev bir müddət yerli "Qələbə" qəzetində məsul katib işləyib, sonra rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü ildə isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsinə dəvət olunub. Sonrakı illərdə Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi kimi çalışıb. Nazirliyin strukturundakı dəyişiklikdən sonra Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri olub. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 6 may 2008-ci il tarixli əmri ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrının ) direktoru vəzifəsinə təyin edilib. Böyük Azərbaycan şairi Hüseyn Cavidin teatr səhnəsində obrazını yaradan ilk sənətçi məhz Əliqismət Lalayev olub. 1982-ci ildə Naxçıvan Dövlət Poeziya Teatrında səhnəyə qoyulan "Mənim tanrım gözəllikdir, sevgidir" tamaşasında gənc aktyor mütəfəkkir şairin obrazını yaradıb. O, eyni zamanda müxtəlif tamaşalarda Rəsul Rza və Abbas Səhhət rollarını da özünəməxsus ustalıqla oynayıb. İtalyan dramaturqu Paolo Messinainin "Sükut divarı" əsərində Antonio, Sofoklun "Elektra" faciəsində Orest obrazı da Əliqismət Lalayevin yaratdığı surətlər qalereyasına daxildir. Yaradıcılığının sonrakı mərhələsində isə daha çox rejissor kimi tanınan Ə. Lalayev Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində onlarla tamaşaya quruluş verib. E. Qolsuorsinin "Birincilər və sonuncular", T. Uilyamsın "Sökülən yurd", E. de Filipponun "Silindr", Emin Sabitoğlu və Sabit Rəhmanın "Hicran" musiqili komediyası, H. Cavidin "Ana" və "Uçurum", A. Ostrovskının "Günahsız müqəssirlər" əsərləri, A. Dudarevin "Astana" psixoloji dramı, C. Məmmədquluzadənin "Kişmiş oyunu" və "Kamança" əsərləri əsasında "Keçmiş günlər" komediyası onun səhnəyə qoyduğu maraqlı tamaşalar sırasındadır. Ə. Lalayevin quruluşunda "Ana" faciəsi Azərbaycan Televiziyasının qızıl fonduna daxil olub və vaxtaşırı olaraq mavi ekranda nümayiş etdirilir. "Azərbaycan - Orta Asiya Teatr əlaqələri" kitabıyla yanaşı bir neçə elmi-nəzəri araşdırmanın və milli mədəniyyətimizin müxtəlif sahələrinə həsr olunmuş yüzlərlə elmi, bədii, publisistik yazıların da müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət Departamentinin direktorudur.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM