Artıq Ramazan ayındayıq, on bir ayın sultanını sevinclə qarşılayır və yaşayırıq. Hər bir müsəlman üçün bizə hidayət rəhbəri olan Quranın endirildiyi bu ayı yaşamaq xüsusilə zövqlüdür və böyük nemətdir. Ramazan ayı həm ibadət ayıdır, həm də bir çox yönü ilə təfəkkür ayıdır. Allah Quranda Ramazan ayı ilə bağlı belə bildirmişdir:
İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)
Hər şeydən əvvəl bu ay sevgi, qardaşlıq və sevinc ayıdır bizim üçün, bütün dünyadakı müsəlmanlar üçün. Tək Allaha inanan, Peyğəmbərini qəbul edən və həyatında rəhbər kimi Quranı əsas götürən müsəlmanlar iftar və sahur süfrələrində bir araya gəlirlər, görüşürlər və bir yerdə oturub Allahı zikr edirlər. Başqa vaxtda fərqli işləri olsa da, müsəlmanlar üçün ramazan süfrələrində bir yerə gəlmək, əlbəttə ki, böyük sevincdir. Bu da onlar arasında sevgini və qardaşlığı daha da artırır, aralarındakı birlik bağını daha çox gücləndirir. Sözsüz ki, birlik, qardaşlıq, həmrəylik Allahın bütün müsəlmanlardan istədiyi davranışlardan biridir.
Digər tərəfdən, Ramazan ayında oruc tutmaq, səhərdən axşama qədər ac və susuz qalmaq səbir tələb edir. Deməli, bu ay bizim üçün səbir ayıdır. Allah Ramazan ayı vasitəsilə səbrimizi gücləndirir. Kənardan baxanda müsəlman olmayan bəzi insanlar üçün çətin gələ bilər oruc tutmaq. Ancaq Allahın buyurduğu bu ibadəti müsəlman sevə-sevə edir. Allahın razılığını qazanmaq üçün bildirilən vaxtlarda sevinc və şövqlə ac-susuz qalır. Çünki əsl müsəlmanın enerjisi yediyi yeməklərdən deyil, ruhunda Allaha bəslədiyi iman və sevgidən qaynaqlanır. Əlbəttə, bu, gün boyunca aclıq və susuzluğa səbir etmək deyil, eyni zamanda, təvəkkül etməkdə, gözəl söz söyləməkdə, əsəbiləşməməkdə, bir sözlə, Allahın Quranda bildirdiyi bütün ibadətləri həyata keçirməkdə səbir etməkdir. Allah üçün gün boyu ac və susuz qalan insan həm də ruhən güclü olur, özünə inam qazanır, əxlaqındakı çatışmazlıqları da düzəltməkdə özündə güc tapır.
Ramazan həm də şükür ayıdır, Allahın verdiyi nemətlərə yenidən və qəlbən şükür etmək ayıdır. Gün boyunca ac və susuz qalan müsəlman iftar süfrəsinə oturanda gördüyü nemətlərin nə qədər dəyərli olduğunu xatırlayır. Bəlkə də, digər aylarda yeyib-içdikləri ona adi və normal gələ bilər, sanki bütün bunlar olmalı imiş kimi… Ancaq aclığın və susuzluğun nə olduğunu bilən müsəlman üçün bu nemətlərin dəyəri daha çoxdur artıq. İndi isti günlərdə yaşayırıq ramazanı. Axşam süfrəyə oturanda gördüyümüz nemətlərdən sadəcə bir neçəsini gözdən keçirək. Məsələn, qapqara torpaqdan çıxan şirin və sulu
qarpız, yemiş, fərqli dadlara məxsus gilas, gilənar, çiyələk, alça və s. Dünyadakı bütün alimlər bir yerə gəlsələr belə, bu nemətlərdən birini belə yoxdan hazırlaya bilməzlər. Yaxud da suyu götürək. Gün boyu susuz qalan bir insan üçün su necə böyük nemətdir… Baxmayaraq rəngsiz və dadsızdır, ancaq bizim üçün necə əvəzedilməz bir nemətdir, su olmasaydı, nə edərdik, həyatımızı necə davam etdirə bilərdik?! Əlbəttə ki, bunlar mənim təfəkkür edərək yazdığım çox az nemətlərdir, siz süfrəyə oturarkən Allahın sizə bəxş etdiyi nemətləri yenidən və dərin-dərin düşünün.
Məqaləmi bir də dünyada əziyyət çəkən müsəlmanları yad edərək yekunlaşdırmaq istəyirəm. Yəqin ki, bir çoxunuz Şərqi Türkistanda bu gözəl ayda əziyyət çəkən müsəlmanları görmüşsünüz, eləcə də Suriyada, İraqda, Misirdə, Nigeriyada və s. Bu da müsəlmanların Quran əxlaqının bir gərəyi olaraq birləşməyinə və qardaş olaraq yaşamağına nə qədər ehtiyacın olduğunu göstərir. Allah ən qısa zamanda o günləri görməyi nəsib etsin. Dualarımızda onları unutmayaq!
Nərmin Kərimzadə
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM