Publika.az baş verənləri Tamilla Hüseynəliyeva ilə müsahibədə araşdırmağa çalışıb.
- Toma xanım, prodüserlikdən əlavə "T Production" şirkətinin rəhbəri kimi də fəaliyyət göstərirsiniz. Şirkət rəhbəri olmaq çətindir, yoxsa prodüserlik?
- Şirkət hələ də yaranmaqdadır. Bəlkə "T Production" adının qarşısına bir hərf də əlavə olundu. Mənə əziz olan insan - Aynurə Səmədova da mənimlədir. Belə görünür ki, bu iş bir tək "T" hərfi ilə bitməyəcək. Bir sıra planlarımız var. Türkiyədə fəaliyyət göstərən "UKopuz" şirkəti ilə həyata keçirəcəyimiz layihələr var. Düşünürəm ki, hər prodüserin şirkəti olmalıdır. Bu gün imzasız, möhürsüz heç bir addım atmaq mümkün deyil. Artıq şirkətimin möhürü də var. "T Production"ın ilk məhsulu Günay İbrahimlinin albomu oldu. Yavaş-yavaş irəli gedəcəyik. Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlər də bizimlə çalışacaq.
- Həyat yoldaşınız müğənni Elton Hüseynəliyev ilə boşanma xəbərləriniz yayılıb. Heç biriniz məsələyə münasibət bildirmədiniz. Bu doğru xəbərdir?
- Bəli, bu doğru xəbərdir.
- Niyə ayrıldığınızı gizli saxlayırdınız?
- Əslində, bu, mənə görə olmadı. Sanki, eşidənlər görməzdən-bilməzdən gəldilər. Mən bu işdə bütün media işçilərinə təşəkkür edirəm. Məsələyə çox sayğı ilə yanaşdılar. Xəbəri eşidənlər, sanki, buna inanmaq istəmir, gizli saxlamaqla şişirtmək istəmirdilər. Bəlkə də, düşünürdülər ki, sonu dəyişə bilərlər. Təəssüf olsun ki, mənim 9 illik ailə həyatım bitdi.
- İlk addımı kim atdı?
- İlk addımı Elton atdı. Mən ailəmə, yoldaşıma, balalarıma bağlı insanam. Mən ailəmə sadiq insanam. Tanıyanların hamısı bilir. Amma həyatdır... Nə etmək olar?
- 2 qız övladınız var. Uşaqlar bəs kiminlə yaşayır?
- Uşaqlar mənimlə qalır. Azərbaycanda bu sual nadir hallarda qalxır. O insan özü ailəni tərk edib getdi. Uşaq söhbəti, ümumiyyətlə, olmadı.
- Elton keçmişindən birdəfəlik xətt çəkib, yoxsa uşaqlarla görüşür?
- Heç kəs Eltonu məndən yaxşı tanıya bilməz. Onu tanıdığım üçün də düşünürəm ki, bu insanda nə isə baş verir. Adamların üstünə gedən, təzyiq göstərən, basqı altında saxlayan bir insan deyiləm. Həmişə insanları öz halına buraxıram. Eltonu da öz halına buraxmışam. Zaman gələcək, övladlarını da görmək istəyəcək. Deyim ki, tez-tez görməyə gəlir, yox. Hələ ki, o, öz həyatını yaşayır.
- Ayrılmağınıza baxmayaraq, Eltona qarşı nifrətiniz hiss olunmur. Dost münasibətiniz qalıb?
- Mən hər münasibətə razılaşan insanam. Ancaq Elton heç bir münasibət saxlamır. Nə dostuq, nə də düşmən. Kinli insan deyiləm. Bir insanın üzərindən xətt çəkəcəyəmsə, bunu edəcəyəm. Çalışdığım sahədə də belələri var. Amma bilmirəm nə etmək lazımdır ki, mənim içimdə o kin oyansın. Mən insana nifrət edə bilmirəm.
- Uzun fasilədən sonra yenidən şou-biznesə qayıtdınız. Peşman olmadınız?
- Həyatda güvən çox önəmlidir. İndiyədək dəfələrlə saxtakarlıqla, süni insanlarla rastlaşmışam. Amma peşman deyiləm. Belə şeylər adamı güclü edir. Ancaq daha sınaqlardan keçmək istəmirəm. Nə olar ki, gəlin, sözüm əsl mənasında, mehriban olaq. Bir-birimizə daş atmayaq. Biz o qədər çox deyilik. Mən hər kəsi çox istəyirəm. Niyə axı düşmən olmalıyıq.
- Prodüserlik fəaliyyətinə gənc olmasına baxmayaraq şou-biznesin əsas fiqurlarından olan Günay İbrahimli ilə çalışmaqla qayıtdınız. Həmkarlarınızın qısqanclığı ilə qarşılaşmadınız?
- Çox yerində verilən sualdır. Bəlkə də indi yaşadığım gərginlik bundan irəli gəlir, bilmirəm. Bir neçə gün bundan öncə kiçik stress yaşadım. Geri qayıtdığım deyilsə də, əslində, bu sahədən heç vaxt ayrılmamışdım. Eltonun işləri ilə hər zaman özüm məşğul olurdum. Ailəli olduğumdan gündəmdə deyildim. Günay İbrahimli ilə işbirliyimizə Aynurə Səmədova səbəb oldu. Başqa cür ola da bilməzdi. İnan ki, Günay xanımdan başqa, sənətdə olan bir neçə adlı-sanlı müğənnilər də işbirliyi təklif etdilər. Amma mən Günay İbrahimlinin səsi və ifasını bəyənirəm. Kiminlə işləmək önəmlidir.
- Danışmadığınız prodüser var?
- Sevmədiyim və paxıllığını çəkdiyim prodüser yoxdur. Mən 10 il sonra da sinəmə döyüb "mən nömrə birəm" deməyəcəyəm. Mən öz işimlə sübut edəcəyəm ki, Tamilla deyilən bir prodüser olub, var və olacaq!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM