Bu il Səhiyyə Nazirliyi tərəfindən verilən qərarda evlənən cütlüklərin əvvəlcədən icbari tibbi müayinədən keçməsi tələb olunurdu. Bu istiqamətdə ciddi adımlar atan Səhiyyə Nazirliyi qısa zamanda böyük nailiyyətlər əldə edib.
Bu məqsədlə Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına həsr edilmiş geniş kollegiya iclası keçirib.
Səhiyyə məssisələri və onların vəzifələri müəyyən edilib
Nikaha daxil olacaq şəxslərin icbari tibbi müayinədən keçirilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi ciddi hazırlıq işləri davam edir. Artıq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsini həyata keçirəcək səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib. Bu tədbirləri regionlarda mərkəzi rayon və ya şəhər xəstəxanaları, şəhər səhiyyə şöbələrinin əvvəldən müəyyən etdiyi tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayon üzrə təyin olunmuş poliklinikalar, həmçinin Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu (ETHTİ), Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcək.
Qan xidməti avtomobilləri istifadəyə verilib
Artıq proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələrinin yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunub. Qan nümunələrinin Bakıya çatdırılması üçün xüsusi qan xidməti avtomobilləri ayrılıb və onların marşrutları müəyyən edilib. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda Talassemiyanın profilaktikası şöbəsi yaradılıb. Şöbə, talassemiyanın təsdiqedici müayinəsini həyata keçirəcək kadrlar və müasir standartlara uyğun lazımi laborator avadanlıqla təmin olunub.
Nikaha girən şəxslərə İİV və QİCS müayinəsi
Səhiyyə Nazirliyinin 77 nömrəli əmrinə əsasən, mərkəzi rayon xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb. Həmin hematoloji kabinetlər təhkim edilmiş ərazidə nikaha daxil olmaq istəyən şəxslərin qan nümunələrinin alınmasını, nişanlanmasını, qeydiyyatdan keçirilməsini və talassemiyanın daşıyıcılığı üzrə skrininq müayinələrinin aparılmasını təşkil etməsi nəzərdə tutulub. Bundan başqa, skrininq zamanı talassemiya daşıyıcılığına şübhəli şəxslərin qan nümunələrini, eləcə də İİV/QİÇS və sifilis müayinələrinin aparılması üçün qan nümunələrinin müəyyən edilmiş temperatur rejimində saxlanmasını və xüsusi termokonteynerlərdə ETHTİ-na göndərilməsini təmin etməlidir. Nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticələri ilə bağlı tibbi-genetik məsləhət və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş formada arayış verilməlidir.
Artıq hamilə qadınlardan döl materialı alınacaq
Səhiyyə Nazirliyinin “Tibb” qəzetində yazılan məlumata görə, əsas vəzifə perinatal diaqnostikanın aparılması üçün risk qrupundan olan hamilə qadınlardan hamiləliyin 1-ci trimestrində döl materialının alınmasıdır. Bunun üçün mərkəzin 2 mütəxəssisinin Türkiyədə 2 ay müddətində tam hazırlıq keçirilib.
Səhiyyə Nazirliyinin Respublikada talassemiya xəstəliyi ilə bağlı statistikası
Səhiyyə Nazirliyinin açıqladığı statistikaya görə, son illər talassemiya xəstəliyindən əlillik və ölüm halları azalıb. Məlumata görə hazırda Respublika Talassemiya Mərkəzində bu xəstəliyin radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla aparılıb. Eyni zamanda, prezidentin bu il fevralın 10-da imzaladığı sərəncamla talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illəri əhatə edən yeni Dövlət Proqramını təsdiq edib.
Qeyd edək ki, 2013-2014-cu illərin statistikasına əsasən, ölkədə il ərzində orta hesabla 85-90 min nikah qeydə alınır ki, bu da 170-180 min şəxsin tibbi müayinə olunması deməkdir. Onların təxminən 24 faizi Bakı şəhərinin, qalan 76 faizi isə regionların payına düşür. Beləliklə, bir gündə paytaxtda orta hesabla 50-60, bölgələrdə 180-ə yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir.
Natavan ÇAVUŞ
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM