Azərbaycanda dağ- mədən sənayesi potensialı olduqca yüksək qiymətləndirilir

14:46 / 06.07.2015

Dağ-mədən sənayesinin inkişaf etdirilməsi konkret amillərdən ciddi şəkildə asılıdır. Bu amillərdən biri olan kadr hazırlığı məsələsini diqqətdən kənarda saxlamaq olmaz. Postsovet dövründə bu sahədə hazırlanan kadrlara bir o qədər də ehtiyac olmadı və müxtəlif təhsil ocaqlarının yetişdirdikləri kadrların səviyyəsi heç kimi maraqlandırmırdı. İndi isə vəziyyət dəyişib. Bu gün belə kadrlara ehtiyac var. Bu fikir artıq öz təsdiqini tapmaqdadır. Belə ki, artıq inkişaf etməkdə olan dağ-mədən sənayesi müasir texnika və texnologiyaları mənimsəmiş kadrlar tələb edir. Bu sahənin problemləri və həll edilməsi yollarına növbəti süjetdə toxunulub.

Mütəxəssislər Azərbaycanda dağ- mədən sənayesi potensialını olduqca yüksək qiymətləndirirlər. Bura filiz və qeyri- filiz yataqları daxildir. Əlavə olaraq termal sularımızı da qeyd etmək yerinə düşərdi. Çünki, bu sular da dağ- mədən sənayesinə aiddir. Bu gün ölkədə bu sahədə bir neçə karxanalar, 700-dən çox kəşf edilmiş yataqlar var.

Azər Şükürov- "Azinterpartlayış" MMC-nin direktoru: “Bu gün sement zavodları dağ mədənlə fəaliyyət göstərir, digərləri var ki, onları saymaqla bitmək olmaz. Hətta İmişli Şəkər Zavodunun belə əhəng mədəni var ki, o da istehsal komponentinin bir hissəsidir”.

Ekspertlər deyir ki, hər bir sahənin çatışmazlıqları olduğu kimi dağ- mədən sənayesinin də problemləri istisna deyil. Ən böyük çətinliklərdən biri isə bu sahədə mütəxəssis azlığıdır.

Azər Şükürov- "Azinterpartlayış" MMC-nin direktoru: “Texnologiya gətirmək, vəsait tapmaq problem deyil. Bu gün hətta texniki peşə məktəbləri yoxdur. Dağ- mədən texnikası bir az spesifik texnikadır, bu texnikaları işlədən mütəxəssis yoxdur. Məcburən xaricdən mütəxəssislər cəlb edilir. Amma ən azı üç ay müddətində bizim üçün iki yerli kadr hazırlanması şərtilə dəvət edilir. Bu kadrların da ən azından orta texniki peşə təhsili olmalıdır. Praktika üçün bu vacibdir. Yaxşı olardı ki, dağ- mədən şirkətləri universitetdə bu sahədə təhsil alan tələbələrə qayğı göstərsinlər.

Müsahib dağ- mədən sahəsində layihə və ya elmi institutların olmadığına diqqəti çəkərək qeyd edir ki, bu sahədə problemlərin aradan qaldırılması üçün hər hansı komitənin yaradılmasına ehtiyac var.

Azər Şükürov- "Azinterpartlayış" MMC-nin direktoru: “Bu gün Azərbaycanda dağ- mədən sahəsində potensial var, işləyir bu sahə, amma pərakəndə şəkildə. Bu tam mərkəzi formada idarə olunsa yaxşı olardı. Bildiyiniz kimi bu gün neft sahəsinə hər hansı xarici investor maliyyə yatırmağa hazırdır. Çünki, bu sahənin qarantı - dövlət şirkəti var. Azərbaycanda dağ- mədən sənayesinə xaricdən investisiya qoyulmur. Tək Gədəbəy Qızıl mədənidir, o da Azərbaycana bir örnək oldu. İlk dəfə olaraq Gədəbəy Qızıl Mədəni sayəsində xeyli iş yeri açıldı. Bunun arxasınca Daşkəsəndə qızıl zavodu tikildi.

Bu arada, Azərbaycanın 51%, xarici şirkətin 49% pay sahibi olduğu Gədəbəy Qızıl Mədənində 500-ə yaxın işçi çalışır. Mədən ötən il Azərbaycan brendi ilə 60 min unsiya qızılı dünya bazarlarına çıxarıb. Bu il istehsal gücünü artırmaq niyyətində olan zavod dağlarda geoloji kəşfiyyat işləri aparmaqla yanaşı, qızıl və mislə zəngin filizin əldə olunması üçün şaxtalardan istifadə edir. İlkin olaraq, dərinliyi 1 kilometr, uzunluğu isə 800 metr olan şaxtadan bu günədək 200 ton filiz çıxarılaraq emal edilib.

Rövşən Kazimov –koordinator: "Biz hər iki zavoddan aldığımız məhlulları göndəririk elektroliz zavoduna, ordan isə qızıl külçələr alınır. Əldə olunan külçələr doremetal adlı külçələrdir ki, təxminən onlarında tərkibi 70-80% qızıl metalı təşkil edir. Biz bu külçələri xaricə göndəririk və orda qızıl külçələr tam saflaşdırıldıqdan sonra Aurum brendi adı altında satışa çıxarırıq".

Hazırda Azərbaycanda dağ- mədən sənayesi sahəsində əsasən filiz, əlvan daşlar -əlvan və nəcib, o cümlədən qiymətli metallara maraq göstərilir. Bu gün qarşıda duran əsas məsələ qeyd olunan yataqların rentabelli şəkildə istismar edilməsi, hasilatın artırılması, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, Azərbaycanda ehtiyatları hələ öyrənilməmiş digər yataqlarda kəşfiyyat işlərinin aparılması və istismara cəlb edilməsidir. Mütəxəssislər deyir ki, qeyd edilənlərin tam şəkildə reallaşdırılması Azərbaycanda yeni iqtisadi sıçrayışın əsasını təşkil edə bilər.

Xəyalə Mürsəl


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM