ANS PRESS-in məlumatına görə, hazırda aksiyanın keçirildiyi Baqramyan prospektinə Ermənistan polisinin rəis müavini Hunan Poqosyan, İrəvan şəhər polisinin rəis müavini Valeri Osipyan gəlib. Onlar nümayişçilərdən prospektdə yolu açmağı və zibil qutularını yığışdırmağı tələb ediblər. 

Polis aksiyanı Azadlıq meydanına keçirməyi tələb edir. Hazırda Baqramyan prospektinə yüzə yaxın xüsusi təyinatlı gətirilib. 


İrəvan, Baqramyan prospekti, 07 iyul, saat 14:15. 



İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-i saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Ertəsi günü səhər erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıdılıb. Etirazçılara qarşı su şırnağı tətbiq edilib, onları döyüblər və paltarlarını soyundurublar. Nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb. Amma buna baxmayaraq həmin gün axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar. 

Ermənistan Tarif Şurası iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.