Strategiya.az-ın məlumatına görə, H qrupunda yer alan komandların görüşünün saatı isə hələ məlum deyil. Stadionda Azərbaycan və İtaliya komandaları qarşı-qarşıya gələcək. 

2015-ci ilin mart ayının əvvəlində istismara hazır olan Bakı Olimpiya Stadionu 65 min tamaşaçı tutumuna malikdir. Maraqlı məqam orasındadır ki, Azərbaycan milli komandası bu stadionda ilk futbol matçına çıxacaq. 

Bundan əvvəl "Bakı-2015" I Avropa Oyunlarının Açılış və Bağlanış mərasimləri, həmçinin Avrop Oyunları çərcivsində bir neçə oyun bu stadionda baş tutmuşdu.