İnternet vasitəsilə ailə qurmaq istəyib, köləyə çevrilənlər...

19:16 / 07.07.2015

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 60 nəfərə müvafiq yardım göstərib.

"Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 60 nəfərə müvafiq yardımlar göstərib. Onlardan 43 nəfəri Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanı, qalan 17 nəfəri isə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslər olublar". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Zaman-Azərbaycan"a verilən məlumata görə, həmin insanlardan 9 nəfərinə hüquqi,  6 nəfərinə tibbi, 10 nəfərinə psixoloji yardımların göstərilməsi,  1 nəfərinin sığınacaqda yerləşdirilməsi təmin edilib. 12 nəfərin məşğulluğunun təminatına, daha 12 nəfərin peşə reabilitasiyasına cəlb edilməsinə köməklik göstərilib, 1 nəfərinin ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün müvafiq rayon ƏSMM-ə müraciət olunub. Digər şəxslərin də zəruri yardımlarla təminatı istiqamətində işlər aparılıb və ayrı-ayrı şəxslər ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növləri ilə təmin ediliblər.

Bəs insan alveri nədir və kimlər bu sahədən pul qazananların fırıldağına düşə bilərlər? İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin məlumatında qeyd olunur ki, insan alverçiləri yalnız qadınları deyil, kişiləri və uşaqları da qul vəziyyətinə salırlar: "İnsan alveri ilə məşğul olan cinayətkarlar, əsasən, 19 yaşından 55 yaşınadək kişiləri əməyin istismarına cəlb edirlər. Kişilər bəzən mövsümi işlərlə əlaqədar ölkəni qısamüddətli tərk edirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar belə insanların etibarından sui-istifədə edərək, onları toplayaraq xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. Həmin şəxslər uzun müddət kölə vəziyyətində çalışdıqdan sonra xəstə, yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdırlar. Bəzən belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanına dönməkdən çəkinirlər".

"Ailə qurmaq təklif edilən şəxsin sənədləri ilə tanış olun"

Qəribədir, son vaxtlar internet vasitəsilə ailə qurmaq istəyənlərin sayı çoxalıb. Amma bu, heç də həmişə uğurlu olmur. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bildirir ki, internet vasitəsilə ailə qurmaq təklifi bəzən insanları köləyə çevirə bilər: "Odur ki, hər bir təklifi öncə dəqiqləşdirin. Əgər xarici ölkə vətəndaşı ilə ailə qurmaq istəyinizi reallaşdırmaq məqsədi ilə nikah firmalarına müraciət etməli olsanız, öncə həmin firmanın lisenziyasının olmasına diqqət yetirin. Ailə qurmaq təklif edilən şəxslə və onun sənədləri ilə tanış olun. Ailə qurmaq istədiyiniz xarici vətəndaş barədə onun vətəndaşı olduğu ölkənin nümayəndiliyinə müraciət edərək, rəsmi məlumat alın. Bu, həmin şəxsi rəsmi şəkildə tanımağınız üçün ən yaxşı yollardan biridir".

Öyrədilmiş adamlar şahid göstərilirlər

İdarə xaricə gedənlərə aşağıdakı tövsiyələri verir: "Pasportunuzu başqa şəxsə verməyin. Əgər vacibdirsə, sənədlərinizin yalnız surətini tələb olunan yerə təqdim edin. Xarici ölkədə olarkən sənədləriniz itərsə, dərhal həmin ölkənin polisinə və Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə və ya konsulluğuna müraciət edin. Mütəmadi olaraq qohumlarınız və ailənizlə əlaqə saxlayın. Bunun üçün vətəndə qalan yaxın adamlarınızla necə əlaqə saxlayacağınızı qabaqcadan razılaşdırmalısınız. Heç vaxt dövlət sərhədini, qeyri-qanuni və ya saxta sənədlərlə keçməyə çalışmayın.

Xaricə getməzdən əvvəl, Azərbaycan səfirliklərinin və konsulluqlarının xarici ölkələrdəki telefonlarını öyrənin. Lazımi anda təcili onlara müraciət edin.

Sonda qeyd edək ki, insan alverçiləri vətəndaşları daha çox aşağıdakı vədlərlə cəlb edirlər:

- Maliyyə problemlərinizə son qoyulacağı ilə bağlı vədlər verilir.

- Yüksək əməkhaqqı ilə bağlı təkliflər olunur.

- Əldə edilən nailiyyətlər barədə məlumatlar verilir və daha da inandırıcı olsun deyə öyrədilmiş adamlar şahid göstərilirlər.  
"Zaman Azərbaycan"


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM