Azərbaycanın məşğul vətəndaşları 4 gün işə getməyəcəklər.

 Ramazan bayramı ilə əlaqədar dörd gün qeyri-iş günü sayılacaq.

Nazirlər Kabinetindən bildirilib ki, hökumət tərəfindən 2014-cü il noyabrın 21-də “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edilib.
Qərara əsasən, iyulun 17-si və 18-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. 


Ramazan təqvimi

Azərbaycan qanunvericiliyinə, xüsusən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günü istirahət günlərinə təsadüf etdikdə, növbəti həftənin ilk iş günləri istirahət günü hesab olunur. Ramazan bayramının ikinci günü —18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 20 iyul qeyri-iş günü olacaq. Beləliklə, işləyənlər Ramazan bayramı münasibətilə ardıcıl 4 gün -iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si istirahət edəcəklər. 

Xatırladaq ki, ötən il isə Ramazan bayramı ilə əlaqədar Azərbaycanda rəsmi iki gün iş günü olmayıb. Belə ki, ötən il Ramazan bayramı iyulun 28-29-na təsadüf edib. İyul ayının 26 və 27-si isə həftəsonuna düşüb. İyulun 28 və 29-u həftənin bazar ertəsi və cərşənbə axşamı günlərinə təsadüf etdiyindən ölkə ərazisində 4 gün qeyri-iş günü olub.