“Dünyada qəbul olunan bir norma var ki, jurnalistlər konkret partiya üzvü olmurlar. Buna görə də çoxdan, neçə illər öncə verdiyim bir qərarı həyata keçirəcəyəm”.
Bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetini baş redaktoru Rauf Arifoğlu deyib.
R.Arifoğlu bildirib ki, partiyadan getmək barədə qərarı çoxdan qəbul edib və onun həyata keçirilməsi zaman məsələsidir: “Hələ qurultaydan öncə başqan namizədlərinin demək olar ki, hamısına elan etmişdim ki, qurultaydan sonra partiya üzvlüyündən gedəcəyəm. Bir neçə ay öncə bu qərarı icra edəcəkdim, indiki başqanın xahişi ilə təxirə saldım. Artıq Müsavat Partiyasında vəziyyət stabilləşib, hər şey başqanın kontrolundadır, bütün strukturlar işləyir. Hesab edirəm ki, cəmiyyəti alışdıra-alışdıra mənim də Müsavat Partiyasından getməyimin zamanı gəlib. Uzun müddətdir Müsavatın opponentləri mənim qəzetçi kimi sərbəst fəaliyyətimi təşkilata qarşı şantaja çeviriblər. Bəzi partiya üzvləri də belə durumdan rahatsız olurlar və mənə qarşı əsassız ittihamlara yol verirlər”.
R.Arifoğlu qeyd edib ki, jurnalistika özü bir dünya partiyasıdır və onun öz qızıl prinsipləri var, bu prinsiplər partiyalılıq prinsipləri ilə ziddiyyət, özü də tam diametral ziddiyyət təşkil edir: “Biri hər şeyi açıq tutmağı, gündəmə çıxartmağı, digəri isə gizlətməyi, qapalılığı tərcih edib. Bunların ikisi bir yerdə əslində mümkün deyil. Əminəm ki, Azərbaycanda da bu proses mütləq getməlidir və jurnalistlər “öz” partiyalarına - məsləklərinə aid olmalıdırlar. Onların partiya nizamnaməsinə tabe olması nonsensdir, söz azadlığı prinsiplərinə ziddir. Çünki partiya üzvü olan jurnalist bir sıra azadlıqları ilə yanaşı, söz azadlığının verdiyi imkanlardan da könüllü olaraq imtina edir, onu məhdudlaşdırır, buna məcbur qalır. Siyasi liderin yanında sirr tutan jurnalist artıq jurnalist deyil, o, peşəsinə xəyanət edir“.
R.Arifoğlu əlavə edib ki, partiyadan getmək kimi strateji və həyati qərarının başqa özəl səbəbləri də var: “Bütün səbəbləri partiyadan istefa verəcəyim gün yazacağım məqalədə göstərəcəyəm. Amma bunun Müsavat Partiyasının perspektivi, indiki rəhbərliyinin mənə münasibəti ilə əlaqəsi yoxdur. Hesab edirəm ki, Müsavat Partiyası Azərbaycanın keçmişi, bu günü və sabahında mühüm rol oynayan-oynayacaq təşkilatdır. Lakin mənim həyatımda əsas rolu 26 il öncə yaratdığım qəzet oynayır. Seçim anıdır, bunu etmişəm, geriyə yol yoxdur. Bundan sonra da müstəqil şəxs kimi ictimai-siyasi fəaliyyət göstərəcəyəm. Məsələn, təsisçilərindən biri olduğum Milli Strateji Düşüncə Mərkəzində fəaliyyətimi davam etdirəcəyəm. Mənə də, Müsavata da bu cür daha rahat olacaq”.
R.Arifoğlu onu da deyib ki, rəsmi istefa ərizəsini Müsavat rəhbərliyinə doğum günündən sonra yollayacaq: “49 yaşı müsavatçı kimi tamamlayım, sonra ərizəni göndərəcəyəm. Bundan sonra da həyatımın 26 ilini sərf etdiyim bir layihə ilə - Müsavatla mənəvi bağlılığım təbii ki, qalacaq. Lakin mənim üzərimdə heç bir öhdəlik, heç bir məsuliyyət olmayacaq. Təşkilata informasiya dəstəyini isə davam etdirəcəyəm. Ancaq Müsavatın yeni rəhbərliyi istəməsə, bunu məcburi edəsi deyiləm ”.
“Yeni Müsavat”da çalışan digər müsavatçı jurnalistlərin qərarı ilə bağlı suala R.Arifoğlu belə cavab verib: “Özləri bilərlər. Mən bir neçə ay öncə onlara “qalın” deyə xahiş etdim. Çünki təşkilatda vəziyyət fərqli idi. İndi kimsəyə “gedin” deməyəcəyəm. Hər kəs özü qərar verəcək”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM