Cənab Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla görüşün ardından keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün "hər cür yardım göstərməyə hazırdır", Ria Novosti agentliyi məlumat verir.
Linklər
"Rusiya Azərbaycan və Ermənistan hakimiyyəti arasında Dağlıq Qarabağla bağlı əlaqələrin bərpasına arxalanır və problemin həlli üçün hər cür yardım göstərməyə hazırdır", o, qeyd edib.
XİN rəhbərinin sözlərinə görə, Rusiya münaqişənin həllini əldə etmək üçün əvvəl qəbul olunmuş razılaşmalar və tərəflərə sərf edən lazımi atmosferin yaradılmasına kömək edəcək.
"Türkiyənin önəmi"
ABŞ Dövlət Katibi John Kerry isə bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərilə danışdığını bildirib.
"Son 48 və ya 72 saat ərzində mən Prezident Əliyev və Prezident Sarkisyanla danışmışam və onlar bir azdan görüşəcəklər", bazar ertəsi Vaşinqtonda türk həmkarı Ahmet Davutoğlu ilə etdiyi çıxışda cənab Kerry deyib. "Prosesin irəliyə doğru hərəkət etməsinə çağırırıq və (prosesdə) iştirak etməyə davam edəcəyik".
Cənab Kerry eyni zamanda Türkiyənin bir neçə münaqişədəki "önəmli" rolundan danışıb. "Neçə aydır ki, Kipr barədə və Dağlıq Qarabağ barədə də danışmışıq. Və sakitcə işləyirik ki, təşəbbüslərin önündə və ortasında olan səfirlərimiz bu prosesi davam etsinlər", o deyib.
Türkiyə baş naziri Ahmet Davutoğlu öz növbəsində deyib ki, iki prezident arasında görüşün "müvəffəqiyyətli olmasına ümid edirik".
"Deməyə şadam ki, mən və John, Türkiyə və ABŞ bu məsələyə eyni perspektivdən baxırıq", XİN başçısı əlavə edib.
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Ermənistan prezidenti Serj Sarkisyanla görüşmək üçün Avstriyaya işgüzar səfərə gəlib. Məlumatı prezidentin rəsmi saytı yayıb.
Ermənistan prezidentinin mətbuat xidməti Serj Sarkisyan görüş üçün bazar ertəsi Avstriyaya uçacağını təsdiqləyib.
Noyabrın 18-də yayılan məlumata görə, bu gün Vyanada iki ölkə prezidentləri nin iki illik fasilədən sonra ATƏT-in Minsk Qrupunun nümayəndələrinin iştirakı ilə görüşü gözlənilir.
ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 4-6-da Azərbaycana və Ermənistana səfər ediblər.
Səfərin nəticəsi olaraq verilən bəyanatda hər iki ölkə başçısının "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqelərinə aydınlıq gətirmək və bu məsələdə gələcək addımları müzakirə etmək məqsədilə" görüşə razılıq verdikləri bildirilib.
Strategiya.az
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM