Böyük Britaniyanın “Diplomat” jurnalının iyul-avqust buraxılışında (http://www.diplomatmagazine.com/issues/2015/july-august/989-the-baku-2015-games.html bu ölkənin keçmiş enerji naziri, baş nazirin Azərbaycandakı sabiq ticarət nümayəndəsi, 2001-2015-ci illərdə parlamentin üzvü olmuş Çarlz Hendrinin “Bakı 2015 Avropa Oyunları” adlı məqaləsi dərc olunub.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən xəbərə görə, müəllif aşağıdakıları yazıb:
“Baş nazirin ticarət nümayəndəsi vəzifəsində çalışdığım zaman mənim Cənubi Qafqaz və Mərkəzi Asiyaya bir çox səfərlərim olub. Səfərlərimin əsas məqsədi daha çox peşə fəaliyyətimlə əlaqədar olub - xüsusilə Azərbaycana etdiyim səfərlər. Burada xarici ölkələr tərəfindən yatırılan bütün sərmayənin yarısı Böyük Britaniyaya məxsusdur. 2012-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilk Avropa Oyunlarının keçirilməsini Azərbaycana həvalə etdi. Beləliklə, adətən 5 ildən 7 ilə qədər vaxt tələb edən layihənin həyata keçirilməsi üçün cəmi iki il yarım vaxt qaldı. Təşkilatçıların bunun öhdəsindən çox qısa müddətdə uğurla gələ bilməsində heç şübhəsiz Britaniya təcrübəsindən effektiv faydalanmanın mühüm rolu var. “Bakı-2015” yarışları üçün Azərbaycana gələn qonaqlar ilk növbədə britaniyalı dizaynerlərin layihələri ilə inşa edilmiş hava limanı terminalına üz tuturdu. Onlar “London keb” adlanan əfsanəvi taksilər vasitəsilə tezliklə oyunların keçirildiyi arenalara və ya otellərə çatdırıla bilərdilər. Bakının səs-küylü küçələrində yüzlərlə bu cür taksi işləyir. Qonaqlar stadiona gəldikdə isə onlar Britaniya Olimpiya Komitəsinin sabiq rəhbəri cənab Saymon Kleq tərəfindən təşkil edilmiş açılış mərasimindən və oyunlardan şübhəsiz ki, təsirləniblər. O, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə (BAOƏK) rəhbər seçiləndən öncə London-2012 Yay Olimpiya Oyunlarının Böyük Britaniyada uğurla həyata keçirilməsinə rəhbərlik edən şəxs olub”.
Ç. Nendri son iki il yarım ərzində Avropa Oyunlarına hazırlıq işlərinin şəxsən şahidi olduğunu bildirib: “Şəhərdə həyata keçirilən inşaat proqramı misli görünməyən bir proqram idi və bu prosesə 20 000 şirkət cəlb olunmuşdu. Ümumilikdə isə burada 18 yarış arenası var. Bura yeni tikilmiş gimnastika mərkəzi, BMX, üzgüçülük və atıcılıq üçün nəzərdə tutulmuş idman qurğuları, bundan əlavə 68 000 tamaşaçı tutumu olan, atletika idman növləri, həmçinin açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan stadion daxildir. 50 ölkədən gəlmiş 6 000-dən artıq idmançı 20 idman növü üzrə medallar uğrunda yarışıb. Onlardan 16 idman növündə Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat mərhələsindən keçmək imkanı təmin edilib. İdmançılar tam yeni inşa edilmiş “Atletlər kəndi”ndə yerləşdirilmişdi. Onlar burada 1042 mənzil və 800 ton ərzaqla təmin edilmişdi. Bu ərzaq və yeməklər ən yaxşı qida mütəxəssisləri tərəfindən təyin edilmiş və Avropanın ən böyük mətbəxlərindən gətirilmişdi. Biz açılış mərasimində digər 68 000 tamaşaçı ilə birgə əyləşərək Odlar Yurdunun canlılığı, rəngarəngliyi və ruhunu nümayiş etdirən əlamətdar bir şounu seyr etmək imkanı əldə etdik. Göstərilən tamaşada kaleydoskopik rəqs silsiləsi, atəşfəşanlıq, nəhəng bir nar və onun içindən çıxan “dənələri” əks etdirən şarlar, uçan xalça üzərində oturaraq muğam ifa edən Alim Qasımov, Qobustanın qayaüstü rəsmləri və Con Lennonun “İmagine” mahnısını ifa edən Ledi Qaqa var idi. Son olaraq məşəli cüdo üzrə ikiqat olimpiya çempionu, Azərbaycan və işğal olunmuş ərazilər arasındakı təmas xəttində xidmət edərkən erməni snayperi tərəfindən vurulub gözdən əlil olan İlham Zəkiyev daşıdı. Açılış mərasimi Avropa Oyunlarının möhtəşəm birləşdirici gücünü nümayiş etdirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bah bildirdi: “Biz rusiyalı idmançıların ukraynalı idmançılarla yanaşı yarışdığını görürük. Burada Serbiya və Kosovo komandaları və erməni idmançıları yarışı keçirən azərbaycanlılarla yanaşı bu oyunlarda yarışırdılar. Bütün bu idmançılar açılış mərasimində birgə yürüş ediblər. İdmanın gücü bundadır - tarixçəsindən, inancından və ya milliyyətindən asılı olmayaraq insanları bir araya gətirməkdə. Bu, idmanın edə biləcəyi bir şeydir və bəlkə də yalnız idmanın edə biləcəyi şeydir”. Cənab Bah çıxışına belə davam etdi: “Açılış mərasimi həqiqətən çox əzəmətli idi, tarix, simvolizm və mədəniyyət elementləri ilə dolu idi. Mərasim və Avropa Oyunlarının tam şəkildə təşkili təşkilatçıların qısa müddət ərzində gördüyü möhtəşəm işi əks etdirirdi. Bu, böyük nailiyyətdir”. Təbii ki, bizim hamımızın Qərb mətbuatının tənqidləri barədə məlumatımız var. Buna baxmayaraq qeyd etməliyəm ki, getdiyim hər yerdə açılış mərasimi, ümumilikdə Avropa Oyunları barədə çox həvəslə danışıldığını gördüm, söhbət etdiyim bütün insanlardan xoş münasibət gördüm. Mən çox xoşbəxtəm ki, Britaniya təcrübəsi bu uğura öz töhfəsini verib. Bu ölkə beynəlxalq arenada öz yerini tutmağa qərarlıdır. Növbəti Avropa Oyunlarının keçirilməsinə kim cəhd edərsə, o, öz üzərinə çox çətin bir vəzifə götürməli olacaq”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM