Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilir

19:50 / 09.07.2015

Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilir.

DQİDK-dən AZƏRTAC-a bildiriblər ki, növbəti iftar süfrəsi iyulun 7-də Masallı rayonunun Çaxırlı kəndində açılıb. Tədbirdə yaxın ərazilərdəki dini icmaların sədrləri və üzvləri, ağsaqqallar, gənclər, həmçinin dindarlar iştirak ediblər.

Tədbiri açan Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Mirqiyas Təhməzov dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq, bu diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Dövlət Komitəsinin fəaliyyətindən, dini maarifləndirmə sahəsində görülən tədbirlərdən danışıb. O qeyd edib ki, bu cür tədbirlər bütün bölgələrdə təşkil edilir.

Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov isə bölgədəki dini durumdan bəhs edib və tədbiri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndirib.

İyulun 7-də Quba şəhəri Cümə məscidində də iftar süfrəsi açılıb. Tədbirdə Dövlət Komitəsinin nümayəndələri Anar Əliyev və Rüstəm Ramazanov, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Seyid Cabbarov, eləcə də icma üzvləri, axund və imamlar iştirak ediblər.

Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev çıxış edərək, respublikamızdakı mövcud dini durumdan, ölkəmizin dünya birliyindəki və İslam aləmindəki yerindən və rolundan danışıb.

Sonda tədbir iştirakçıları dualar edib, iftar süfrəsi arxasında müqəddəs Ramazan ayının fəzilətindən söhbət açıblar.

Samux rayonunda da iftar süfrəsi təşkil edilib. “Əbülfəz Abbas” Cümə məscidində təxminən 50 nəfərin iştirak etdiyi iftar süfrəsində Samux şəhər müsəlmanları dini icmasının üzvləri ilə yanaşı, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev, şəhid atası Eynulla Namazov, Qarabağ qaziləri və rayon dindarları iştirak ediblər.

Rayonun axundu və dini icmasının sədri İlham Məmmədov çıxış edərək, milli mənəvi dəyərlərin təbliği və dini maariflənmə işinin aparılması məqsədilə ölkə Prezidentinin Sərəncam imzalamasını yüksək qiymətləndirib. O, din sahəsinə, o cümlədən dini icmalara və dindarlara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib. Eyni zamanda, İlham Məmmədov son dövrlər Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu və bu sahədə hər zaman Dövlət Komitəsi ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Sonra rayon ağsaqqalı Həmzə Həmzəyev çıxış edərək, müasir gəncliyin dini cəhətdən maariflənməyə böyük ehtiyac duyduğunu və bu sahədə Dövlət Komitəsi rəhbərliyinin apardığı siyasəti alqışladığını diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iftar süfrəsi ətrafında dualar oxunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM