Strategiya.az-a verilən məlumata görə, "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası separatçı Dağlıq-Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Böyük Britaniyaya səfərindən, Britaniya Parlamenti və Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda (Chatham House) ona çıxış hüququ tanınmasından narahatlığını və məyusluğunu bildirir. Bu yanaşma Azərbaycan xalqı və yüzlərlə vətəndaş cəmiyyətini öz sıralarında birləşdirən Koalisiya üçün qəbuledilməzdir. Koalisiya qondarma rejimin rəhbərinin səfərinə etiraz edir və Böyük Britaniyanın bu yanaşmasını ikili standart olaraq qəbul edir. "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası həm də bu tip səfərlərin, yanaşmanın və ikili standarlların tətbiqinin münaqişənin həllinə kömək etməyəcəyindən, əksinə danışıqlar prosesinə mənfi təsir göstərəcəyindən narahatdır. Biz Böyük Britaniyanın nüfuzlu ölkə, demokratiyanın və Avropa sivilizasiyasının beşiklərindən biri olduğunu bilirik. Belə bir ənənəsi olan ölkənin ikili standartlara yol verməsi və separatçı rejimləri şirnikləndirməsi onun dəyərləri üzərinə qara kölgələr salır və heç bir halda baş ucalığı gətirmir. Koalsiya üçün maraqlıdır ki, görəsən Böyük Britaniya Ukraynanın bölünmüş parçaları olan və separatçılar tərəfindən yaradılan “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, separatçıların nəzarət etdiyi Cənubi Osetiyanın (Gürcüstan işğal olunmuş ərazisi) rejimlərinə eyni hüququ tanıyardımı? Bəs, Dağlıq-Qarabağ münaqişəsinin həllinə və Azərbaycan xalqına qarşı tətbiq edilən bu ikili standartlar nədən xəbər verir? Bu suallara cavab axtarırıq və ümid edirik ki, ən azından Azərbaycandakı Britaniya səfirliyi bu məntiqli suallara məntiqli bir cavab versin. Biz əminliklə inanırıq ki, qondarma Dağlıq-Qarabağ Respublikasının qondarma rəhbərinin səfərinin təsiri elə yuxarıda adı çəkilən digər separatçı rejimlərin rəhbərlərinin səfəri qədər eyni dəyərə malikdir. Biz Avropa və dünya hökumətlərini Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə ikili standartlardan imtina etməyə səsləyirik. Azərbaycan tərəfi Dağlıq-Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyilə həlli üçün əlindən gələni edib və etməkdədir. Amma, bu tip ikili standartların tətbiqi münaqişənin sülh yolu ilə həllinə maneçilik törədir və Azərbaycanın işğal olunmuş ərazisində yuva salan separatçı rejimin ayağının altına daş qoyur. Bu səfər həm də beynəlxalq hüquq normalarını pozur və Böyük Britaniya hökumətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edir. Bako Saakyan müharibə cinayətkarıdır. Onun həyata keçirdiyi cinayətkar və separatçı münaqişə siyasəti bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqınların əsrlər boyu əcdadlarının yaşadığı dogma yurd-yuvalarına qayıtmasını əngəlləyir. Dünya bilməlidir ki, BMT erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib və Ermənistanın işğalçı rəhbərliyi bu qətnamələrin tələblərini hələ də yerinə yetirmir. Avropa Şurasının Parlament Assembleyası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və və digər qurumlar erməni işğalını psiləyən bəyanat və qətnamələr qəbul ediblər. ABŞ, Fransa və Rusiya tərəfinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu 20 ildir ki, nəticəsiz vasitəçilik missiyasını aparmaqdadır. Amma, hər kəs bilməlidir ki, Azərbaycna xalqının səbri artıq tükənib. "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası Mətbuat Xidməti 10 iyul, 2015, Bakı, Azərbaycan
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM